Previous Next
Bağla

Azərbaycanda "Texnopark rezidenti" anlayışı dəyişir

19-12-2022 13:41
Azərbaycanda "Texnopark rezidenti" anlayışı dəyişir

Azərbaycanda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada texnologiyalar parkının qeydiyyat şəhadətnaməsini almış, texnologiyalar parkı ilə yanaşı, texnologiyalar parkından kənarda fəaliyyət göstərən hüquqi şəxs və yaxud hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər də texnologiya parkının rezidenti sayılacaq.

Xeberler.az xəbər verir ki, bu, Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, texnologiyalar parkının rezidenti kimi texnologiyalar parkından kənarda fəaliyyət göstərən sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən əldə edilən aylıq gəlirlərindən gəlir vergisi gələn il yanvarın 1-dən 3 il müddətində 8 min manata qədər olduqda 0%-lə, 8 min manatdan çox olduqda 5%-lə, 2026-cı il yanvarın 1-dən isə 7 il müddətində 5%-lə tutulacaq.

Güzəşt texnologiyalar parkının rezidenti kimi texnologiyalar parkından kənar sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən şəxslərin həmin fəaliyyətdən (o cümlədən həmin fəaliyyətin həyata keçirilməsindən irəli gələrək alıcılara göstərilən təkmilləşmə, texniki dəstək və təlim xidmətləri) əldə etdikləri gəlirlərə münasibətdə də tətbiq edilir.

Texnologiyalar parkının rezidenti kimi texnologiyalar parkından kənar sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən şəxslər tərəfindən ödənilən dividenddən texnologiyalar parkının qeydiyyat şəhadətnaməsinin alındığı hesabat ilindən başlayaraq 10 il müddətinə ödəmə mənbəyində vergi tutulmur.

Bundan başqa, Miqrasiya Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən, texnologiyalar parkının rezidentinə (hüquqi şəxsə münasibətdə onun rəhbəri və müavinləri vəzifəsini tutanlar) və həmin rezidentin ölkə ərazisində əmək fəaliyyətinə cəlb etdiyi informasiya və kommunikasiya texnologiyaları sahəsində təcrübəsi olan mütəxəssislərə Azərbaycanda müvəqqəti yaşamaq icazəsi veriləcək.

Eyni zamanda "Sosial sığorta haqqında" qanuna təklif olunan dəyişikliyə əsasən, texnologiyalar parkının rezidenti (o cümlədən sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən şəxslər), onun podratçısı və podratçısı ilə birbaşa müqavilə bağlamış subpodratçı, habelə bu şəxslər tərəfindən həmin fəaliyyətin məqsədləri üçün cəlb edilən fiziki şəxslər (əcnəbilər və vətəndaşlığı olmayan şəxslər istisna olmaqla) üzrə, 2023-cü il yanvarın 1-dən 10 il müddətində məcburi dövlət sosial sığorta haqqı öz seçimlərindən asılı olaraq minimum aylıq əməkhaqqı məbləğinin dörd misli miqdarından və ya muzdlu işdən əldə edilən gəlirlərdən ödənilir. Bu maddədə nəzərdə tutulan sığortaolunan hər il yanvar ayının 15-dək öz seçimi barədə yazılı məlumatı sığortaedənə təqdim edir və təqvim ilinin sonunadək həmin 2 seçim dəyişdirilmir. Növbəti təqvim ili üçün sığortaolunan qeyd olunan müddətdə seçimi barədə yazılı məlumatı təqdim etmədikdə, sığortaedən əvvəlki ildə həmin sığortaolunanın seçimini tətbiq edir. Təqvim ili ərzində qeyd edilən kateqoriyadan olan yeni işəgötürülən şəxsə münasibətdə isə müqavilə bağlamaq üçün ərizədə qeyd etdiyi seçimi tətbiq edilir. 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
 İKT sektoruna vergi və sosial sığorta üzrə güzəştlər verilir

İKT sektoruna vergi və sosial sığorta üzrə güzəştlər verilir

24-01-2023
Texnologiyalar parkında çalışan əcnəbilər sosial sığorta haqqı ödəməyəcək

Texnologiyalar parkında çalışan əcnəbilər sosial sığorta haqqı ödəməyəcək

27-12-2022
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi 7 şirkətə rezidentlik verib

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi 7 şirkətə rezidentlik verib

01-03-2023
Rəqəmsal texnologiya istehsalçılarına güzəştlər müəyyən ediləcək

Rəqəmsal texnologiya istehsalçılarına güzəştlər müəyyən ediləcək

17-06-2026
İT mütəxəssisləri üçün yeni vergi güzəşti tətbiq olunacaq

İT mütəxəssisləri üçün yeni vergi güzəşti tətbiq olunacaq

17-06-2026
Texnologiyalar parkına rezidentlik nə qazandırır?

Texnologiyalar parkına rezidentlik nə qazandırır?

10-02-2023
Əcnəbi İKT mütəxəssislərə Azərbaycanda yaşamaq icazəsi veriləcək

Əcnəbi İKT mütəxəssislərə Azərbaycanda yaşamaq icazəsi veriləcək

27-12-2022
İKT sahəsində idarəetmə təkmilləşdirilir-Yeni qanunlar

İKT sahəsində idarəetmə təkmilləşdirilir-Yeni qanunlar

27-12-2022
İşğaldan azad edilmiş ərazinin rezidentləri hansı vergilərdən azaddır?

İşğaldan azad edilmiş ərazinin rezidentləri hansı vergilərdən azaddır?

01-05-2023
Texnoparkdan kənar fəaliyyət üçün rezidentlik almış şirkətlərlə görüş keçirilib

Texnoparkdan kənar fəaliyyət üçün rezidentlik almış şirkətlərlə görüş keçirilib

15-12-2023
Deputat: Azərbaycan regionda İKT şirkətlərindən ən az vergi alan ölkə olacaq

Deputat: Azərbaycan regionda İKT şirkətlərindən ən az vergi alan ölkə olacaq

23-12-2022
Əcnəbi İKT mütəxəssislərə Azərbaycanda yaşamaq icazəsi veriləcək

Əcnəbi İKT mütəxəssislərə Azərbaycanda yaşamaq icazəsi veriləcək

19-12-2022
Texnologiyalar parkları ilə bağlı yeni təkliflər hazırlanacaq

Texnologiyalar parkları ilə bağlı yeni təkliflər hazırlanacaq

17-06-2013
"GoldenPay" şirkəti " Yüksək Texnologiyalar Parkının rezidenti oldu

"GoldenPay" şirkəti " Yüksək Texnologiyalar Parkının rezidenti oldu

15-07-2023
Startaplar 3 il müddətinə mənfəət vergisindən azad oluna bilər

Startaplar 3 il müddətinə mənfəət vergisindən azad oluna bilər

19-11-2018
Texnoparkdan kənar fəaliyyət üçün rezidentlik verilən şirkətlərin sayı açıqlanıb

Texnoparkdan kənar fəaliyyət üçün rezidentlik verilən şirkətlərin sayı açıqlanıb

25-05-2023
Bəzi vergi ödəyiciləri elektron kabinetə kod-parolla daxil ola biləcək

Bəzi vergi ödəyiciləri elektron kabinetə kod-parolla daxil ola biləcək

16-12-2024
“Adviad” Pirallahı Yüksək Texnologiyalar Parkının yeni rezidenti olub

“Adviad” Pirallahı Yüksək Texnologiyalar Parkının yeni rezidenti olub

05-06-2023
Daha 2 şirkət Yüksək Texnologiyalar Parklarına rezidentliyə qəbul olunub

Daha 2 şirkət Yüksək Texnologiyalar Parklarına rezidentliyə qəbul olunub

22-02-2021
Nağdsız hesablaşmalarla bağlı qanun layihəsi hazırlanıb

Nağdsız hesablaşmalarla bağlı qanun layihəsi hazırlanıb

14-12-2016
Bəzi vergi ödəyiciləri elektron kabinetə kod-parolla daxil ola biləcək

Bəzi vergi ödəyiciləri elektron kabinetə kod-parolla daxil ola biləcək

27-12-2024
Yüksək Texnologiyalar Parkının rezidenti 1-ci yerin qalibi olub

Yüksək Texnologiyalar Parkının rezidenti 1-ci yerin qalibi olub

03-05-2023
İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara daha bir güzəşt

İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara daha bir güzəşt

12-01-2023
Azərbaycana gətirilən bəzi elektron cihazların gömrük rüsumu ləğv edildi - SİYAHI

Azərbaycana gətirilən bəzi elektron cihazların gömrük rüsumu ləğv edildi - SİYAHI

29-07-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə