Previous Next
Bağla

Azərbaycanda innovasiya iqtisadiyyatına doğru mühüm addımlar atılır

05-05-2021 14:43
Azərbaycanda innovasiya iqtisadiyyatına doğru mühüm addımlar atılır

Dünya iqtisadiyyatındakı son tendensiyalar, inkişaf etməkdə olan ölkələrdəki iqtisadi vəziyyət startapların dəstəklənməsi istiqamətində dövlət təşviqinin artırılmasının vacibliyindən xəbər verir.

Xeberler.az bildirir ki, müxtəlif ölkələrdə sahibkarlıq fəaliyyətinin, o cümlədən startapların inkişaf etdirilməsi hökumət üçün mühüm əhəmiyyət daşıyır və bu məqsədlə özünəməxsus münbit ekosistemin yaradılması istiqamətində işlər görülür.

Startapların əhəmiyyəti

Bu günün uğurlu startapları sabahın kiçik və orta biznesləridir. Kiçik və orta sahibkarlıq subyeklərinin isə ölkə iqtisadiyyatının inkişafında çox böyük əhəmiyyəti var. Belə ki, işsizliyə qarşı mübarizədə və ölkədə innovasiyanın tətbiqində kiçik biznesin oynadığı rol danılmazdır. Startaplar həm də neftdən asılılığın aradan qaldırılması, qeyri-neft sektorunun inkişafı və bütövlükdə iqtisadiyyatın diversifikasiyası ilə bağlı hədəflərə nail olunması baxımından çox önəmlidir.

Bu, iqtisadiyyata innovasiyanı gətirən və innovativ olaraq iqtisadiyyatın inkişafını stimullaşdıran təşəbbüslərdəndir. Son illərin təcrübəsi göstərir ki, bütövlükdə innovasiyanın əhəmiyyətli hissəsi məhz startaplara aiddir. İnkişaf etmiş ölkələrdə iqtisadiyyatın yüksək texnologiyalar sektorunda işlə təmin olunan əhalinin 40 %-i kiçik biznes subyektlərinin payına düşür.

Azərbaycan da startapları dəstəkləyən ölkələr sırasındadır

Azərbaycanda əlverişli biznes mühitinin yaradılması, vergi güzəştləri və biznesləri dəstəkləmə üçün real dövlət proqramlarının həyata keçirilməsi son illər geniş tətbiq olunur. Vergi Məcəlləsinə edilmiş dəyişikliklərlə Azərbaycanda mikro və ya kiçik sahibkarlıq subyekti olan startapların "Startap" şəhadətnaməsi aldığı tarixdən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirləri 3 il müddətinə gəlir və mənfəət vergisindən azad olunub. Bundan əlavə, mikrobiznes, kiçik və orta sahibkarlıq subyektləri üçün gəlir, mənfəət, əmlak vergisi üzrə güzəştlər də nəzərdə tutulub. Belə ki, kiçik və orta biznes (KOB) klasterinin iştirakçısı olan sahibkarlıq subyektləri tərəfindən KOB klaster şirkəti ilə bağlanmış müqavilə əsasında təqdim etdiyi mal (iş, xidmət) üzrə əldə etdiyi gəlirin (mənfəətin) kapital xarakterli xərclərin çəkilməsinə yönəldilən hissəsi 7 il müddətinə gəlir (mənfəət) vergisindən azad edilir.

Qeyd edək ki, mikro-sahibkarlıq subyektləri üçün nəzərdə tutulan güzəştlərə sahibkarlıq fəaliyyətindən əldə olunan gəlir və mənfəətin 75 %-nin vergidən azad edilməsi də daxildir. Mikro sahibkarlıq subyektləri sahibkarlıq fəaliyyətində istifadə etdikləri əsas vəsaitlərə münasibətdə amortizasiya ayırmalarını Vergi Məcəlləsində müəyyən edilən amortizasiya normalarına 2 əmsal (kiçik sahibkarlıq subyektləri isə 1,5 əmsal) tətbiq etməklə gəlirdən çıxmaq hüququna malikdirlər. Həmçinin, mikrosahibkarlıq subyekti olan fərdi sahibkarlar və hüquqi şəxslər əmlak vergisindən azad edilirlər (mülkiyyətindəki əsas vəsaitlərin ilin əvvəlinə qalıq dəyəri 1 milyon manatdan artıq olan şəxslər istisna olmaqla). Bu dəyişikliklər nəticəsində Azərbaycan sahibkarlıq ekosisteminin önəmli bir hissəsi olan vergi güzəştləri bu sahənin dünyanın aparıcı ölkələrində mövcud olan sistemlərlə rəqabət qabiliyyətliliyini təmin edir.

Biznes qurmaq vaxtıdır

Ölkəmizdə mikro və kiçik sahibkarlıq subyektlərinə “Startap” şəhadətnaməsinin verilməsi prosesi başlayıb. “Startap” şəhadətnaməsi gəlir və ya mənfəət əldə etmək məqsədilə istehsal olunan, innovativ təşəbbüsə əsaslanan, rəqabətqabiliyyətli, eləcə də digər startap məhsulu (xidməti) ilə eynilik təşkil etməyən məhsul (xidmət) istehsalı üçün təqdim edilir. “Startap” şəhadətnaməsini alan mikro və kiçik sahibkarlıq subyektləri şəhadətnaməni aldıqları tarixdən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edilir. Bu isə startap vasitəsilə daha innovativ təşəbbüslərin reallaşmasına gətirib çıxaracaq. Mənfəət (gəlir) vergisindən azadolma hesablanmış verginin sahibkarın hesabında qalmasına imkan verəcək və onlar həmin vəsaitdən istifadə etməklə fəaliyyətlərini genişləndirə biləcəklər.

Startapların say etibarilə genişləndirilməsi daha innovativ tədbirlərin, xüsusən də qeyri-neft sektorunun inkişafına hesablanan layihələrin və təşəbbüslərin maliyyələşməsinə imkan verəcək. Bu baxımdan, mənfəətə (gəlirə) tətbiq edilən güzəşt nəticədə daha çox investisiyanın əldə olunmasına, startapla məşğul olan gənc innovator startapçıların bu imkandan istifadə etməsinə şərait yaradacaq. Bu addım qeyri-neft sektorunun inkişafını stimullaşdırmaqla yanaşı, yeni təşəbbüslərin və ideyaların reallaşması üçün zəmin formalaşdıracaq.

Ümumilikdə startap və kiçik bizneslər üçün yaradılan bu vergi güzəştləri ölkəmizdə sahibkarlıq fəaliyyətini daha da canlandıracaq, ölkəmizin iqtisadi inkişafına və insanların məşğulluğuna öz töhfəsini verəcək.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Startaplar 3 il müddətinə mənfəət vergisindən azad oluna bilər

19-11-2018

Startap şəhadətnaməsi daha çox hansı sahələr üzrə verilib?

17-04-2023

“Startap” şəhadətnaməsi üçün müraciətlərin qəbuluna başlanıldı

23-04-2021

“Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 151-ə çatıb

06-06-2024

Bu ilin birinci rübündə 16 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

22-04-2024

I rübdə 16 sahibkara "Startap" şəhadətnaməsi verilib

20-04-2026

Daha 5 mikro sahibkara “Startap” şəhadətnaməsi verilib

30-12-2023

Azərbaycanda daha 5 startap mənfəət və gəlir vergisindən azad edilib

13-03-2024

Ötən il 59 sahibkar innovativ layihələr üzrə vergi güzəştləri əldə edib

27-01-2026

İndiyədək 90-na yaxın “Startap” şəhadətnaməsi verilib

09-02-2023

Azərbaycanda startap şəhadətnamələrinin verilməsinə başlanılıb

21-05-2021

Ötən il 65 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

22-01-2025

Azərbaycanda I yarımildə 13 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

03-08-2023

Daha 4 mikrosahibkara “Startap” şəhadətnaməsi verilib

04-04-2024

Daha 7 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

01-10-2024

Daha 8 qurum Startap şəhadətnaməsi alıb

13-10-2023

Sahibkarlara “Startap” şəhadətnaməsinin verilməsi davam etdirilir

23-05-2022

Daha 4 KOB subyekti vergidən azad olundu

04-02-2025

“Startap” şəhadətnaməsi almış KOB subyektlərinin əksəriyyəti mikro sahibkarlardır

28-07-2025

Startapın müəyyən olunması meyarları təsdiqlənib

30-01-2021

Daha 3 mikro və kiçik sahibkara "Startap" şəhadətnaməsi verilib

05-01-2023

Azərbaycanda daha 5 KOB subyekti vergidən azad edildi

10-04-2023

Daha 6 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

07-01-2025

Azərbaycanda daha 3 sahibkara “Startap” şəhadətnaməsi verilib

05-05-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə