Previous Next
Bağla

İT mütəxəssisləri üçün yeni vergi güzəşti tətbiq olunacaq

17-06-2026 17:53
İT mütəxəssisləri üçün yeni vergi güzəşti tətbiq olunacaq

İT mütəxəssisləri üçün yeni vergi güzəşti tətbiq olunacaq.

Xeberler.az məlumat verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan qanuna əsasən, 2026-cı il yanvarın 1-dən 7 il müddətində texnologiyalar parkının rezidenti kimi texnologiyalar parkından kənar fəaliyyət göstərən sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən vergi ödəyicilərində bu sahə üzrə işləyən mütəxəssislərin muzdlu işdən əldə edilən aylıq gəlirlərindən gəlir vergisi aylıq gəlirin 5 faizi həcmində tutulur.

Layihəyə əsasən, 2026-ci il iyulun 1-dən 20 il müddətində bu mütəxəssislərin muzdlu işdən əldə edilən aylıq gəlirlərindən gəlir vergisi tutulmayacaq, vergi dərəcəsi 0 faiz olacaq.

Vergi Məcəlləsinə əlavə edilməsi təklif olunan yeni - 101.8-ci maddəyə əsasən, rəqəmsal texnologiyalar, süni intellekt texnologiyaları, kibertəhlükəsizlik və innovasiya sahəsində (texnologiyalar parkının rezidentləri istisna olmaqla) işləyən yüksəkixtisaslı miqrantların, habelə ardıcıl olaraq son 24 ay və daha çox müddət ərzində Azərbaycan Respublikasında vergi öhdəliyi olmamış və ya Azərbaycan Respublikasının qeyri-rezidenti olmuş şəxslərin, habelə həmin sahələr üzrə fəaliyyət göstərmək məqsədilə ölkəyə qayıdan Azərbaycan Respublikası vətəndaşlarının, müəssisələrin bilavasitə elmi-tədqiqat, layihə-axtarış və təcrübə-konstruktor işlərində çalışan mütəxəssislərinin muzdlu işdən əldə edilən aylıq gəlirlərindən gəlir vergisi 2026-cı il iyulun 1-dən 20 il müddətinə 0 faiz dərəcəsi ilə tutulacaq.

O cümlədən Vergi Məcəlləsinə əlavə edilməsi təklif olunan yeni - 102.1.21-2-ci maddəyə görə, rəqəmsal texnologiyaların, süni intellekt texnologiyalarının və innovasiya məhsulunun hazırlanması, inkişaf etdirilməsi və tətbiqi, habelə həmin sahələrdə, habelə kibertəhlükəsizlik sahəsində xidmətlər göstərən fiziki şəxslərin (investisiya təşviqi sənədini alan və ya texnologiyalar parkının rezidenti olan şəxslər istisna olmaqla) həmin fəaliyyətdən əldə etdiyi gəlir – 2026-cı il iyulun 1-dən 20 il müddətinə gəlir vergisindən azaddır. Qeyd edilən fəaliyyət növləri üzrə malların (işlərin, xidmətlərin) Azərbaycan Respublikasının hüdudlarından kənarda yerləşən və qeydiyyatda olan qeyri-rezident şəxslərə ixracı (təqdim edilməsi) halında azadolma həmin ixrac əməliyyatları üzrə əldə edilən gəlirlərin (vəsaitlərin) vergi ödəyicisinin Azərbaycan Respublikasında olan bank və digər ödəniş hesablarına köçürüldüyü təqdirdə tətbiq edilir.

Avadanlıqların, aparat-texniki vasitələrin təkrar ixracı zamanı həmin avadanlıqlara (aparat-texniki vasitələrə) vergi ödəyicisinin bilavasitə özü tərəfindən yaradılmış qeyri-maddi aktivlər (o cümlədən proqram təminatı), habelə innovasiya məhsulu və nou-hau inteqrasiya edildiyi və ya avadanlığın, aparat-texniki vasitənin üzərində əsaslı texnoloji dəyişiklik aparıldığı hallarda bu azadolma tətbiq edilir. Avadanlıqların, aparat-texniki vasitələrin üzərində əsaslı texnoloji dəyişiklik aparılmadan, yalnız üçüncü şəxslərə məxsus proqram təminatının yüklənməsi, qablaşdırma və ya sadə quraşdırma əməliyyatlarından əldə edilən gəlirinə bu azadolma şamil edilmir.

rəqəmsal texnologiyaların, süni intellekt texnologiyalarının və innovasiya məhsulunun hazırlanması, inkişaf etdirilməsi və tətbiqi, habelə həmin sahələrdə, habelə kibertəhlükəsizlik sahəsində xidmətlər göstərən hüquqi şəxslər (texnologiyalar parkının rezidenti olan şəxslər istisna olmaqla) tərəfindən ödənilən dividend də 2026-cı il iyulun 1-dən 20 il müddətinə vergidən azad olunacaq.

Rəqəmsal texnologiyalar, süni intellekt texnologiyaları, kibertəhlükəsizlik və innovasiya sahələrində fəaliyyət göstərmək məqsədilə ölkəyə gələn yüksəkixtisaslı mütəxəssislərin Azərbaycan Respublikasının hüdudlarından kənarda yerləşən və ya qeydiyyatda olan qeyri-rezident şəxslərlə bağlanmış əmək müqaviləsi və ya mülki-hüquqi müqavilə çərçivəsində əldə etdikləri, habelə Azərbaycan Respublikası mənbəyindən olmayan gəlirləri (gəliri ödəyən qeyri-rezident şəxsin bu Məcəllənin 18-ci maddəsinə əsasən həmin şəxslə qarşılıqlı surətdə asılı olan şəxs olmaması, gəliri ödəyən qeyri-rezident şəxsin benefisiar mülkiyyətçiləri arasında Azərbaycan Respublikasının rezidentlərinin üstünlük təşkil etməməsi və güzəştli vergi tutulan ölkələrdə (ərazilərdə) qeydiyyatda olan şəxs olmaması şərtilə) mütəxəssisin rezident olduğu tarixdən etibarən 20 (iyirmi) il müddətinə gəlir vergisindən azad ediləcək.

Vergi ödəyicilərinin bilavasitə özlərinin həyata keçirdikləri elmi-tədqiqat, layihə-axtarış və təcrübə-konstruktor işləri nəticəsində Azərbaycan Respublikasının ərazisində yaradılmış və normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada qeydiyyata alınmış müəllif hüququn obyekti olan qeyri-maddi aktivlər (o cümlədən proqram təminatı), habelə innovasiya məhsulu və nou-hau üzərində istifadə hüququnun digər şəxslərə verilməsindən (royaltidən), texnologiya transferindən və ya həmin hüquqların özgəninkiləşdirilməsindən (satışından) əldə edilən gəlirlərin isə 95 faizi vergidən azad olunur.

Rəqəmsal texnologiyalar, o cümlədən süni intellekt texnologiyaları, kibertəhlükəsizlik və innovasiya sahələrində layihələrin maliyyələşdirilməsi məqsədilə qrant müqaviləsi (qərarı) əsasında alınan vəsaitlər və subsidiyalar vergitutulan gəlirə aid edilmir. Bu maddənin müddəaları əlavə dəyər vergisi üzrə azadolmalarla birlikdə tətbiq edilir.

Rəqəmsal texnologiyaların, o cümlədən süni intellekt texnologiyalarının və innovasiya məhsulunun hazırlanması, inkişaf etdirilməsi və tətbiqi, habelə həmin sahələrdə, habelə kibertəhlükəsizlik sahəsində xidmətlər göstərən hüquqi şəxslərin (investisiya təşviqi sənədini alan və ya sənaye yaxud texnologiyalar parkının rezidenti olan şəxslər istisna olmaqla) həmin fəaliyyətdən əldə etdiyi mənfəət də 2026-cı il iyulun 1-dən 20 il müddətinə vergidən azad olunur. Qeyd edilən fəaliyyət növləri üzrə malların (işlərin, xidmətlərin) Azərbaycan Respublikasının hüdudlarından kənarda yerləşən və qeydiyyatda olan qeyri-rezident şəxslərə ixracı (təqdim edilməsi) halında azadolma həmin ixrac əməliyyatları üzrə əldə edilən gəlirlərin (vəsaitlərin) vergi ödəyicisinin Azərbaycan Respublikasında olan bank və digər ödəniş hesablarına köçürüldüyü təqdirdə tətbiq edilir. Avadanlıqların, aparat-texniki vasitələrin təkrar ixracı zamanı həmin avadanlıqlara, aparat-texniki vasitələrə vergi ödəyicisinin bilavasitə özü tərəfindən yaradılmış qeyri-maddi aktivlər (o cümlədən proqram təminatı), habelə innovasiya məhsulu və nou-hau inteqrasiya edildiyi və ya avadanlığın, aparat-texniki vasitənin üzərində əsaslı texnoloji dəyişiklik aparıldığı halda bu azadolma tətbiq edilir. Avadanlıqların, aparat-texniki vasitələrin üzərində əsaslı texnoloji dəyişiklik aparılmadan, yalnız üçüncü şəxslərə məxsus proqram təminatının yüklənməsi, qablaşdırma və ya sadə quraşdırma əməliyyatlarından əldə edilən gəlirə bu azadolma şamil edilmir.

Rəqəmsal texnologiyaların, o cümlədən süni intellekt texnologiyalarının və innovasiya məhsulunun hazırlanması, inkişaf etdirilməsi və tətbiqi, habelə həmin sahələrdə, habelə kibertəhlükəsizlik sahəsində xidmətlər göstərən hüquqi şəxslər (texnologiyalar parkının rezidenti olan şəxslər istisna olmaqla) tərəfindən ödənilən dividend 2026-cı il iyulun 1-dən 20 il müddətinə vergidən azad olacaq. Vergi ödəyicilərinin bilavasitə özlərinin həyata keçirdikləri elmi-tədqiqat, layihə-axtarış və təcrübə-konstruktor işləri nəticəsində Azərbaycan Respublikasının ərazisində yaradılmış və normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada qeydiyyata alınmış müəllif hüququn obyekti olan qeyri-maddi aktivlər (o cümlədən proqram təminatı), habelə innovasiya məhsulu və nou-hau üzərində istifadə hüququnun digər şəxslərə verilməsindən (royaltidən), texnologiya transferindən və ya həmin hüquqların özgəninkiləşdirilməsindən (satışından) əldə edilən mənfəətin 95 faizi vergiyə cəlb olunmayacaq.

Rrəqəmsal texnologiyaların, süni intellekt texnologiyalarının və innovasiya məhsulunun hazırlanması, inkişaf etdirilməsi və tətbiqi, habelə həmin sahələrdə, habelə kibertəhlükəsizlik sahəsində xidmətlər göstərən hüquqi və fiziki şəxslər (investisiya təşviqi sənədini alan və ya texnologiyalar parkının rezidenti olan şəxslər istisna olmaqla) tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə dəstləşdirici hissələrin, materialların və xammalın idxalı - 2026-cı il iyulun 1-dən 20 il müddətinə ƏDV-dən azad edilir. Rəqəmsal texnologiyaların, süni intellekt texnologiyalarının və innovasiya məhsulunun hazırlanması, inkişaf etdirilməsi və tətbiqi, habelə həmin sahələrdə, fəaliyyətini həyata keçirən sahibkarlıq subyektlərinin (investisiya təşviqi sənədini alan və ya texnologiyalar parkının rezidenti olan şəxslər istisna olmaqla) həmin fəaliyyət prosesində istifadə etdiyi əmlakına görə 2026-cı il iyulun 1-dən 20 il müddətinə əmlak vergisini ödəməkdən azad olacaq. Rəqəmsal texnologiyaların, süni intellekt texnologiyalarının və innovasiya məhsulunun hazırlanması, inkişaf etdirilməsi və tətbiqi, habelə həmin sahələr və kibertəhlükəsizlik sahəsi üzrə xidmətlərin göstərilməsi fəaliyyətini həyata keçirən sahibkarlıq subyektlərinin (investisiya təşviqi sənədini alan və ya texnologiyalar parkının rezidenti olan şəxslər istisna olmaqla) həmin fəaliyyət prosesində istifadə etdiyi torpaqlara görə 2026-cı il iyulun 1-dən 20 il müddətinə torpaq vergisini ödəməkdən də azad ediləcək.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Rəqəmsal texnologiya istehsalçılarına güzəştlər müəyyən ediləcək

Rəqəmsal texnologiya istehsalçılarına güzəştlər müəyyən ediləcək

17-06-2026
Azərbaycanda "Texnopark rezidenti" anlayışı dəyişir

Azərbaycanda "Texnopark rezidenti" anlayışı dəyişir

19-12-2022
 İKT sektoruna vergi və sosial sığorta üzrə güzəştlər verilir

İKT sektoruna vergi və sosial sığorta üzrə güzəştlər verilir

24-01-2023
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi 7 şirkətə rezidentlik verib

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi 7 şirkətə rezidentlik verib

01-03-2023
İşğaldan azad edilmiş ərazinin rezidentləri hansı vergilərdən azaddır?

İşğaldan azad edilmiş ərazinin rezidentləri hansı vergilərdən azaddır?

01-05-2023
Startaplar 3 il müddətinə mənfəət vergisindən azad oluna bilər

Startaplar 3 il müddətinə mənfəət vergisindən azad oluna bilər

19-11-2018
Media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır

Media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır

06-11-2025
Media subyektlərinin məhsullarının təqdim edilməsi ƏDV-dən azad edilir

Media subyektlərinin məhsullarının təqdim edilməsi ƏDV-dən azad edilir

07-03-2023
Sahibkarlar 7 il müddətinə ciddi güzəştlər əldə  edəcək

Sahibkarlar 7 il müddətinə ciddi güzəştlər əldə edəcək

19-01-2016
Media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır

Media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır

21-11-2025
Media subyektləri gəlir, mənfəət və sadələşdirilmiş vergidən azad edilir

Media subyektləri gəlir, mənfəət və sadələşdirilmiş vergidən azad edilir

07-03-2023
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar vergidən azad edildi

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar vergidən azad edildi

09-01-2023
Aqrar emal fəaliyyəti ilə məşğul olan sahibkarlara vergi təşviqləri verilib

Aqrar emal fəaliyyəti ilə məşğul olan sahibkarlara vergi təşviqləri verilib

09-01-2023
Texnologiyalar parkına rezidentlik nə qazandırır?

Texnologiyalar parkına rezidentlik nə qazandırır?

10-02-2023
Texnologiyalar parkında çalışan əcnəbilər sosial sığorta haqqı ödəməyəcək

Texnologiyalar parkında çalışan əcnəbilər sosial sığorta haqqı ödəməyəcək

27-12-2022
Kino qurğularının idxalı 3 il müddətinə rüsumlardan azad ediləcək

Kino qurğularının idxalı 3 il müddətinə rüsumlardan azad ediləcək

01-11-2016
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin texnoparkı rezident qəbuluna başlayıb

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin texnoparkı rezident qəbuluna başlayıb

24-01-2023
Kriptovalyutadan gəlir əldə edənlər vergi ödəməli olacaq

Kriptovalyutadan gəlir əldə edənlər vergi ödəməli olacaq

19-08-2025
Bəzi vergi ödəyiciləri elektron kabinetə kod-parolla daxil ola biləcək

Bəzi vergi ödəyiciləri elektron kabinetə kod-parolla daxil ola biləcək

16-12-2024
Bəzi vergi ödəyiciləri elektron kabinetə kod-parolla daxil ola biləcək

Bəzi vergi ödəyiciləri elektron kabinetə kod-parolla daxil ola biləcək

27-12-2024
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin adı dəyişdirilib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin adı dəyişdirilib

12-10-2021
İKT sahəsində idarəetmə təkmilləşdirilir-Yeni qanunlar

İKT sahəsində idarəetmə təkmilləşdirilir-Yeni qanunlar

27-12-2022
Texnoparkdan kənar fəaliyyət üçün rezidentlik almış şirkətlərlə görüş keçirilib

Texnoparkdan kənar fəaliyyət üçün rezidentlik almış şirkətlərlə görüş keçirilib

15-12-2023
Əcnəbi İKT mütəxəssislərə Azərbaycanda yaşamaq icazəsi veriləcək

Əcnəbi İKT mütəxəssislərə Azərbaycanda yaşamaq icazəsi veriləcək

19-12-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə