Previous Next
Bağla

İlk kvant süni həyat yaradılıb

08-10-2018 16:15
İlk kvant süni həyat yaradılıb

Beynəlxalq tədqiqatçılar qrupu ilk dəfə olaraq kvant kompüterdən süni həyatın yaradılması – canlı orqanizmlərin mövcudluğunun modelləşdirilməsi üçün istifadə edib. Alimlər həyatın bütün mərhələlərini (bütöv sosial qrupların fəaliyyətindən tutmuş, ayrı-ayrı hüceyrələrin fəaliyyətinədək) dərk etmək üçün simulyasiyadan yararlanmaq imkanı əldə ediblər.

Xeberler.az  bildirir ki, ICTnews Elektron Xəbər Xidmətinin məlumatına görə, İspaniyanın Basklar Ölkəsi Universitetinin yeni tədqiqatı kvant mexanikasının həyatın əmələ gəlməsini izah edə bilməsi baxımından böyük irəliləyiş hesab edilir. Tədqiqat qrupunun məqsədi Carlz Darvinin təkamül nəzəriyyəsi proseslərini kvant kompüterdə təkrarlayan kompüter modelinin yaradılmasından ibarət olub. Bunun üçün tədqiqatçılar tərəfindən “IBM” şirkətinin hazırladığı 5 kubitə malik kvant prosessordan istifadə olunub. Kvant alqoritm əsas bioloji prosesləri (canlandırma, mutasiya, fərdlər arasında əlaqə və ölüm) kubitlər səviyyəsində imitasiya edib. Nəticədə ekspertlər təkamül prosesinin mikroskopik səviyyədə inkişaf edən dəqiq modelləşdirilməsini əldə etməyə nail olublar.

Kvant süni həyatın modelləşdirilməsi Yerdə həyatın əmələ gəlməsi məsələsində yeni yanaşmadır. Məlumat üçün qeyd edək ki, kvant kompüter iş prinsipi adi kompüterlərdən fərqlənən və kvant mexanikası əsasında işləyən hesablayıcı qurğudur. Kvant kompüter ənənəvi bitlərin əvəzinə kubitlərdən istifadə edir.

Kvant kompüterin praktiki tətbiqi hələ ki sübut edilməyib. Hesab edilir ki, kvant kompüter tranzistorların daima azalması şəraitində texnologiyaların inkişafı üçün fiziki maneələri aradan qaldıra bilər.

Kubitlər və ya kvant bitlər informasiyanın kvant kompüterdə saxlanılması elementləridir. Kvant mexanikasının qanunları onlara ikili vəziyyətdə olmağa imkan verir ki, bunun da sayəsində kompüter paralel hesablamalar apara bilir. Lakin kubitlər temperatur və maqnit sahəsi dəyişikliklərinə qarşı çox həssas olur.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Adi kompüterdən 100 milyon dəfə sürətli kompüter istifadəyə verilib

11-12-2015

Yüksək məhsuldarlıqlı kvant kompüteri təqdim olunub

24-08-2015

İsrail ilk yerli istehsalı olan kvant kompüterini təqdim edib

17-12-2024

Google-dan yeni maraqlı kompüter

09-03-2018

Alibaba şirkəti kompüter hazırlamağa başlayıb

03-08-2015

IBM Q System One adlı kvant kompüteri yaradılacaq

16-09-2019

Küçələrdə kvant texnologiyalar peyda olacaq

20-10-2015

Google dünyanın ən güclü superkompüterini yaradıb

21-09-2019

Dünyada kvant sınaqları üçün ilk peyk orbitə buraxılıb

17-08-2016

“Microsoft” 2030-cu ilədək kvant kompüteri hazırlayacaq

21-02-2025

Çin yeni təhlükəsiz ünsiyyət sistemi qurdu

06-10-2017

Dünyada ən uzun kvant rabitə xətti istifadəyə verilib

22-11-2016

“Kvant informasiyası” beynəlxalq konfransının Bakıda təşkil olunacağı gözlənilir

16-04-2015

Dördölçülü kodlaşdırma sınaqdan keçirilib

31-08-2017

Təbiətin qanunları, “0 və 1” oyunu

20-10-2018

İşıq sürəti ilə işləyən komputer çipi

21-09-2010

İT üzrə III Avropa konfransı keçiriləcək

20-08-2015

Teleradio İB yayımın yaxşılaşdırılması istiqamətində tədbirləri davam etdirir

22-12-2009

Almaniya süni intellektdən istifadəni genişləndirir

15-07-2025

Su ilə işləyən ilk kompüter

30-11-2016

2018-in 10 ən qabaqcıl texnologiyası

02-03-2018

Superkompüter texnologiyaları ilə bağlı elmi seminar keçirilib

16-02-2016

Kompüter mütəxəssislərinin peşə bayramıdır

14-02-2017

IBM kibertəhlükəsizlik problemlərini süni intellektlə həll edəcək

18-10-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə