Previous Next
Bağla

Dördölçülü kodlaşdırma sınaqdan keçirilib

31-08-2017 11:04
Dördölçülü kodlaşdırma sınaqdan keçirilib

İnformasiyanın ötürülməsi üçün kodlaşdırmanın ənənəvi texnologiyaları ikili say sistemindən istifadə edir. Bu halda, hətta hazırda inkişaf edən informasiyanın kvant ötürülməsi üsulları da məlumatların ikidəyişənli sisteminə əsaslanır.

Xeberler.az ict.az-a istinadən məlumat verir ki, dördölçülü kodlaşdırmanın isə, bu yaxınlarda ilk sınaqları keçirilib.

Yeni tətbiq hər fotona dörd qiymətdən birini – 00, 01, 10 və 11 gətirməyə imkan verir. Kvant 4D-kodlaşdırması texnologiyasından istifadə ötürülən informasiyanın sayını bir neçə dəfə artırmağa imkan verir. Məlumatlar isə, təhlükəsizliyin daha yüksək səviyyəsinə malik olurlar. 

Son zamana qədər kvant 4D-kodlaşdırması texnologiyaları yalnız kiçik modellər şəklində reallaşdırılırdı. Lakin Ottava Universitetinin ekspertləri ilk real sınaqları müvəffəqiyyətlə keçiriblər. İnformasiyanın ötürülməsi bir-birindən 300 metr məsafədə yerləşən çoxmərtəbəli binaların damlarında yerləşdirilmiş baza stansiyaları arasında həyata keçirilib.

Hər iki stansiya onları pis hava şəraitindən qoruyan taxta qutuların içərisinə yerləşdirilib. Məlumatların ötürülməsi zamanı səhvlərin səviyyəsi 11 faiz təşkil edib ki, bu da təhlükəsiz kvant rabitə kanalının təşkili üçün tələb olunan səviyyədən aşağıdır. Sistem “adi” kvant kodlaşdırması sistemi ilə müqayisədə, 1,6 dəfə daha çox informasiya ötürə bilib.

Layihənin aparıcı tədqiqatçısı İbrahim Kəriminin sözlərinə görə, sınaqlar real şəhər şərtləri daxilində dünyada ilk çoxölçülü kvant kodlaşdırması texnologiyasının köməyi ilə keçirilmiş məlumatların ötürülməsi prosesi olub. Açıq havada işləyən kvant rabitə sistemi orbitdə peyklərlə və Yerdə müxtəlif bölgələrlə əlaqəni təmin etmək imkanına malikdir. Belə sistem hərəkət edən obyektlərlə (təyyarə və gəmilər kimi) təhlükəsiz əlaqənin təşkili üçün xidmət edə bilər.

Gələcəkdə aralıq stansiyalardan və uyğunlaşan optik sistemdən istifadə edərək məsafənin 5-6 kilometrə qədər artırılması planlaşdırılır.

Xeberler.az

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Dünyada kvant sınaqları üçün ilk peyk orbitə buraxılıb

17-08-2016

Dünyada ən uzun kvant rabitə xətti istifadəyə verilib

22-11-2016

Adi kompüterdən 100 milyon dəfə sürətli kompüter istifadəyə verilib

11-12-2015

Çin yeni təhlükəsiz ünsiyyət sistemi qurdu

06-10-2017

İlk kvant süni həyat yaradılıb

08-10-2018

Küçələrdə kvant texnologiyalar peyda olacaq

20-10-2015

İsrail ilk yerli istehsalı olan kvant kompüterini təqdim edib

17-12-2024

Yüksək məhsuldarlıqlı kvant kompüteri təqdim olunub

24-08-2015

Google-dan yeni maraqlı kompüter

09-03-2018

IBM Q System One adlı kvant kompüteri yaradılacaq

16-09-2019

“Microsoft” 2030-cu ilədək kvant kompüteri hazırlayacaq

21-02-2025

Alibaba şirkəti kompüter hazırlamağa başlayıb

03-08-2015

Google dünyanın ən güclü superkompüterini yaradıb

21-09-2019

“Kvant informasiyası” beynəlxalq konfransının Bakıda təşkil olunacağı gözlənilir

16-04-2015

Haker hücumlarına son qoyulur!

07-04-2012

Optik disklərin həcmini milyon dəfə artıran texnologiya

06-01-2017

Teleradio İB yayımın yaxşılaşdırılması istiqamətində tədbirləri davam etdirir

22-12-2009

İşıq sürəti ilə işləyən komputer çipi

21-09-2010

Hərbi İnternet sınaqdan keçirilir

02-08-2019

Təbiətin qanunları, “0 və 1” oyunu

20-10-2018

Samsung yeni televizor təqdim edib

07-04-2015

iOS istifadəçiləri üçün yeni təhlükə

08-02-2017

Almaniya süni intellektdən istifadəni genişləndirir

15-07-2025

Virtual relslər üzərində hərəkət edən qatarlar

16-06-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə