Previous Next
Bağla

Almaniya süni intellektdən istifadəni genişləndirir

15-07-2025 22:09
Almaniya süni intellektdən istifadəni genişləndirir

Almaniya onilliyin sonuna qədər iqtisadiyyatını dəstəkləmək və aparıcı texnologiyalar sahəsində qlobal miqyasda rəqabət apara bilmək üçün süni intellektdən istifadəni genişləndirməyi planlaşdırır.

Xeberler.az məlumat verir ki, Almaniyanın Elmi Tədqiqatlar Nazirliyinin strategiya layihəsində deyilir: “Süni intellektin inkişafı sayəsində biz 2030-cu ilə qədər iqtisadi istehsalımızın 10 faizini süni intellekt əsasında həyata keçirmək və onu əsas tədqiqat sahələrində mühüm alətə çevirmək istəyirik”.

“Reuters” yazır ki, süni intellekti inkişaf etdirmək uğrunda yarış daha da qızışır: Çin, ABŞ və Hindistan lider mövqeyə yüksəlib ki, bu da Almaniyaya və ümumilikdə Avropa İttifaqına (Aİ) təzyiq göstərir və onları liderlər səviyyəsinə qalxmağa vadar edir.

Strategiyada hazırda Almaniya iqtisadiyyatının hansı hissəsinin süni intellekt tərəfindən dəstəkləndiyi barədə dəqiq məlumat yoxdur.

İqtisadçılar Almaniya sənayesinin rəqabət qabiliyyətini qorumaq üçün təcili tədbirlər görülməsini tələb edirlər. Bu ilin əvvəlində IW institutu bildirib ki, 2025–2030-cu illərdə Almaniyada əmək məhsuldarlığı hər il orta hesabla 0,9 faiz artacaq və 2030-cu illərdə bu göstərici 1,2 faizə çata bilər. Hazırkı onillikdə bu artım cəmi 0,4 faizdir.

Gözlənilir ki, Almaniya Nazirlər Kabineti ayın sonunadək bu strategiyanı təsdiqləyəcək, qarşısına ABŞ və Çini süni intellekt sahəsində yaxalamaq kimi iddialı bir məqsəd qoyacaq.

Avropa Komissiyası “süni intellekt giqafabriklərinin” tikintisi üçün Aİ-yə 20 milyard avro ayırıb. Alman hökuməti isə bu mərkəzlərdən azı birini “Deutsche Telekom” şirkəti ilə birlikdə Almaniyada inşa etməyi planlaşdırır.

Strategiyada, həmçinin kvant hesablamaları texnologiyalarının inkişafı da hədəf kimi göstərilib. Sənədə görə, 2030-cu ilə qədər istifadəçilər üçün əlçatan olacaq iki “səhv korreksiyalı (və ya səhvləri korreksiya edən) kvant kompüteri” yaradılmalıdır.

Strategiyada qeyd olunur ki, Almaniyanın innovasiya sahəsində ilkin uğurlarına baxmayaraq, süni intellekt texnologiyalarının kommersiyalaşdırılmasında hələ də geridə qalır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
IBM Q System One adlı kvant kompüteri yaradılacaq

IBM Q System One adlı kvant kompüteri yaradılacaq

16-09-2019
Süni intellekt Almaniyanın internet sənayesini stimullaşdırır

Süni intellekt Almaniyanın internet sənayesini stimullaşdırır

30-09-2025
Berlində Avropa Rəqəmsal Sammiti keçirilib

Berlində Avropa Rəqəmsal Sammiti keçirilib

19-11-2025
İnternetin sürətində böyük artım

İnternetin sürətində böyük artım

09-09-2015
Fariz Cəfərov: Bu il qlobal süni intellekt bazarı 5 mlrd. dollara çatacaq

Fariz Cəfərov: Bu il qlobal süni intellekt bazarı 5 mlrd. dollara çatacaq

11-04-2025
Almaniyada Avropanın ilk superkompüteri istifadəyə verilib

Almaniyada Avropanın ilk superkompüteri istifadəyə verilib

06-09-2025
Sədr: "ASAN xidmət"in fəaliyyətində süni intellektin tətbiqinin uğurlu nəticələri görünür

Sədr: "ASAN xidmət"in fəaliyyətində süni intellektin tətbiqinin uğurlu nəticələri görünür

02-12-2025
Çin 2030-cu ilə qədər süni intellekt sahəsində ABŞ-ı keçməyi hədəfləyir

Çin 2030-cu ilə qədər süni intellekt sahəsində ABŞ-ı keçməyi hədəfləyir

26-03-2025
Süni intellektin inkişafı üçün əlverişli biznes mühiti yaradılacaq

Süni intellektin inkişafı üçün əlverişli biznes mühiti yaradılacaq

19-03-2025
Süni intellekt rəqəmsal gələcəyin möhkəmlənməsində mühüm rol oynayacaq

Süni intellekt rəqəmsal gələcəyin möhkəmlənməsində mühüm rol oynayacaq

19-03-2025
Süni intellekt 2030-cu ildə trilyon kilovat-saat elektrik enerjisi istehlak edə bilər

Süni intellekt 2030-cu ildə trilyon kilovat-saat elektrik enerjisi istehlak edə bilər

10-06-2026
Çin səhiyyədə süni intellekt istifadəsini genişləndirir

Çin səhiyyədə süni intellekt istifadəsini genişləndirir

05-11-2025
Azərbaycan süni intellekt indeksində 64-cü yerdədir

Azərbaycan süni intellekt indeksində 64-cü yerdədir

24-09-2019
Almaniya kosmik təhlükəsizlik arxitekturasına investisiya ayıracaq

Almaniya kosmik təhlükəsizlik arxitekturasına investisiya ayıracaq

04-12-2025
Yaponiya və ABŞ birgə süni intellekt layihələrinə sərmayə qoyacaq

Yaponiya və ABŞ birgə süni intellekt layihələrinə sərmayə qoyacaq

05-06-2026
Aİ süni intellekt sahəsinə 1,3 milyard avro investisiya yatıracaq

Aİ süni intellekt sahəsinə 1,3 milyard avro investisiya yatıracaq

31-03-2025
“OpenAI” və SAP Almaniyanın dövlət idarələrini süni intellektlə təmin edəcək

“OpenAI” və SAP Almaniyanın dövlət idarələrini süni intellektlə təmin edəcək

24-09-2025
Süni intellektin inkişafına dair məruzə dinlənilib

Süni intellektin inkişafına dair məruzə dinlənilib

03-04-2025
Süni intellekt 130 milyondan çox yeni iş sahəsi yaradacaq

Süni intellekt 130 milyondan çox yeni iş sahəsi yaradacaq

06-12-2024
Mask: Süni intellekt 2031-ci ilə qədər bəşəriyyətdən daha ağıllı ola bilər

Mask: Süni intellekt 2031-ci ilə qədər bəşəriyyətdən daha ağıllı ola bilər

23-01-2026
"Süni intellekt Strategiyası” çərçivəsində görüş keçirilib

"Süni intellekt Strategiyası” çərçivəsində görüş keçirilib

24-10-2025
“Meta” süni intellekt sahəsinə 60-65 milyard dollar sərmayə qoyacaq

“Meta” süni intellekt sahəsinə 60-65 milyard dollar sərmayə qoyacaq

25-01-2025
Azərbaycan ilə süni intellekt sahəsində güclərimizi birləşdirəcəyik

Azərbaycan ilə süni intellekt sahəsində güclərimizi birləşdirəcəyik

29-09-2025
OpenAI reklamlardan 2,5 milyard dollar gəlir əldə etməyi planlaşdırır

OpenAI reklamlardan 2,5 milyard dollar gəlir əldə etməyi planlaşdırır

10-04-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə