Previous Next
Bağla

İnformasiya Təhlükəsizliyi üzrə Komissiyanın internet informasiya ehtiyatı istifadəyə verilib

30-01-2025 11:50
İnformasiya Təhlükəsizliyi üzrə Komissiyanın internet informasiya ehtiyatı istifadəyə verilib

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının rəsmi internet informasiya ehtiyatı Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində qeydiyyata alınaraq ona https://itkk.gov.az domen adı ayrılıb və “AzStateNet” şəbəkəsinə qoşulmaqla təhlükəsizliyinin gücləndirilməsi təmin edilib.

Xeberler.az Dövlət Xidmətinə istinadən məlumat verir ki, İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 29 mart tarixli 3851 nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikasında informasiya məkanının təhlükəsizliyinin təmin edilməsi, dövlət və cəmiyyət üçün xüsusi əhəmiyyət kəsb edən infrastruktur obyektlərinin informasiya sistemləri və ehtiyatlarının kiberhücumlardan qorunması, belə təhdidlərin qabaqlanması, qarşısının alınması və araşdırılması sahəsində fəaliyyət göstərən dövlət qurumlarının işinin əlaqələndirilməsini təmin etmək məqsədilə yaradılıb.

İnformasiya təhlükəsizliyi, habelə ölkədə kibercinayətkarlıqla bağlı əsas təhdid və risklərin müəyyən olunması, qiymətləndirilməsi və gələcək təhdidlərin proqnozlaşdırılması sahəsində mütəmadi təhlillər aparmaq, təkliflər hazırlamaq və bu sahədə aparılan işlərin əlaqələndirilməsini həyata keçirmək komissiyanın əsas vəzifələrindəndir.

Qeyd edək ki, İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının sədri Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi general-leytenant İlqar Musayevdir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının ilk iclası keçirilib

16-05-2018

"120-dən artıq dövlət qurumu daxili informasiya təhlükəsizliyi təlimatını təsdiqləyib"

23-09-2023

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası yaradılıb

27-04-2018

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası sədrinin “İnternet cəmiyyəti” ilə görüşü keçiriləcək

02-02-2023

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Parlamentdə keçirilmişdir

07-05-2024

Orduda informasiya təhlükəsizliyi müzakirə edilib

17-08-2023

“İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası haqqında Əsasnamə” dəyişib

12-05-2025

Kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə səlahiyyətli orqanlar müəyyənləşib

20-07-2023

Dövlət Agentliyi kibertəhlükəsizlik üzrə yeni resursunu istifadəyə verib

06-03-2020

Kritik informasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlı komissiya yaradılıb

21-07-2025

Naxçıvanın daha bir dövlət qurumu “GOV.AZ” zonasına köçürülüb

17-02-2023

“İnformasiya təhlükəsizliyi” jurnalı çapdan çıxdı

04-07-2015

“AzstateNet” dövlət şəbəkəsində bu ilin 3 rübü ərzində 709 milyondan çox zərərli keçid bloklanıb

18-10-2023

Azərbaycanda 90 dövlət qurumu informasiya təhlükəsizliyi təlimatını hazırlayıb

02-11-2022

İnormasiya təhlükəsizliyi rəhbərlərinin VII Zirvə toplantısı keçirilir

23-12-2025

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası olub

30-11-2022

Azərbaycan Prezidenti informasiya təhlükəsizliyi sahəsində fəaliyyətin təkmilləşdirilməsi tədbirləri haqqında fərman imzalayıb

27-09-2012

Azərbaycanda milli kriptoqrafik alqoritm yaradıla bilər

30-11-2022

Dövlət Xidmətinin rəisi "Huawei" şirkətinin vitse-prezidenti ilə görüşüb

04-11-2023

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin nümayəndə heyətinin Türkiyəyə səfəri bitib

27-01-2023

Naxçıvana aid informasiya ehtiyatları “GOV.AZ”-a köçürüləcək

10-12-2022

Naxçıvanda 16 dövlət qurumu “AzStateNet” şəbəkəsinə qoşulub

07-08-2023

Bu qurumların strukturu niyə təsdiqlənmir?

06-01-2021

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti əməkdaşlarının peşə bayramıdır

26-09-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə