Previous Next
Bağla

“Banklarda informasiya təhlükəsizliyinin idarə edilməsi Qaydası” təsdiq edilib

03-08-2021 16:56
“Banklarda informasiya təhlükəsizliyinin idarə edilməsi Qaydası” təsdiq edilib

İnformasiya-kommunikasiya texnologiyaları sahəsində aparılan tədbirlər nəticəsində, Beynəlxalq Standartlaşdırma Təşkilatının ISO/IEC 2700X standartlarının tələbləri nəzərə alınmaqla Azərbaycanda fəaliyyət göstərən banklarda informasiya təhlükəsizliyinə dair minimum tələbləri müəyyən edən “Banklarda informasiya təhlükəsizliyinin idarə edilməsi Qaydası” (Qayda) işlənib hazırlanaraq Mərkəzi Bankın İdarə Heyətinin Qərarı ilə təsdiq edilib və Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib (http://www.e-qanun.az/framework/48025).

Xeberler.az  Azərbaycan Mərkəzi Bankına istinadən məlumat verir ki, informasiya təhlükəsizliyi sahəsində yeni Qaydanın tətbiqi üçün banklarda müvafiq informasiya texnologiyaları infrastrukturunun qurulması və informasiya təhlükəsizliyi üzrə biznes proseslərin təşkili üçün siyasət və prosedurlarının hazırlanmasının əhəmiyyətli vaxt tələb edəcəyini nəzərə alaraq adıçəkilən Qaydanın 2022-ci il 1 aprel tarixindən qüvvəyə minməsi və həmin tarixdən etibarən qüvvədə olan Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin 2014-cü il 10 dekabr tarixli Qərarı ilə təsdiq edilmiş “Banklarda informasiya sistemlərinin təhlükəsizliyinə dair Qaydalar”ın ləğv edilməsi qərara alınıb.

Qayda ISO/IEC 2700X standartlarının tələblərinə uyğun olaraq banklarda “İnformasiya təhlükəsizliyinin idarə edilməsi sistemi”nin formalaşdırılması və təşkili, insan resurslarının təhlükəsizliyi, aktivlərin idarə olunması, girişlərə nəzarət, kriptoqrafiya, fiziki və perimetr üzrə təhlükəsizlik, informasiya mübadiləsinin təhlükəsizliyi, informasiya sistemlərinin əldə edilməsi, tətbiqi və dəstəklənməsi zamanı təhlükəsizliyin təmin olunması, kənar təchizatçılarla xidməti münasibətlərdə informasiya təhlükəsizliyinin qorunması, informasiya təhlükəsizliyi insidentlərinin idarə edilməsi üzrə nəzarət mexanizmlərini və tələbləri ehtiva edir.

Qeyd edilir ki, Mərkəzi Bank tərəfindən ölkənin bank sektorunda informasiya təhlükəsizliyinin təmin edilməsi, xüsusilə də mümkün kiber hücumların vaxtında aşkar edilməsi, mənfi təsirlərinin azaldılması və qarşısının alınması üzrə fəaliyyət daim diqqət mərkəzində saxlanılır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

AMB bank informasiya sistemlərinin təhlükəsizlik qaydalarını təsdiq edib

07-01-2015

Kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə səlahiyyətli orqanlar müəyyənləşib

20-07-2023

Banklarda fövqəladə hallarda informasiya təhlükəsizliyinə dair tələblər müəyyənləşib

04-08-2021

İnformasiya təhlükəsizliyi mövzusunda konfrans keçiriləcək

13-05-2015

Informasiya təhlükəsizliyinə dair V respublika konfransı keçiriləcək

12-11-2019

Mərkəzi Bank banklara göstəriş verib

10-04-2025

"120-dən artıq dövlət qurumu daxili informasiya təhlükəsizliyi təlimatını təsdiqləyib"

23-09-2023

“İnformasiya təhlükəsizliyi riskləri reyestrinin aparılma Qaydası” təsdiqlənib

26-12-2025

Kritik informasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlı komissiya yaradılıb

21-07-2025

İnformasiya Təhlükəsizliyi üzrə Komissiyanın internet informasiya ehtiyatı istifadəyə verilib

30-01-2025

Azərbaycanın informasiya məkanında təhlükəsizlik riskləri müəyyənləşdiriləcək

28-08-2023

Kibertəhlükəsizliyə Nəzarət və Monitorinq Mərkəzi fəaliyyətə başlayıb

29-12-2025

Kritik informasiya infrastrukturu obyektlərinin reyestrinin strukturu təsdiqlənib

20-07-2023

Azercell ISO/IEC 27701:2019 beynəlxalq sertifikatını əldə edən ilk şirkət oldu

23-01-2026

“AzInTelecom” Beynəlxalq İnformasiya Təhlükəsizliyi Standartının etibarlılıq müddəti uzadıldı

17-07-2020

Kibertəhlükələrə qarşı koordinasiya gücləndirilir

12-03-2026

"Elektron kredit və zəmanət" informasiya sisteminin Əsasnaməsi təsdiq edilib

05-12-2023

AMB banklara informasiya təhlükəsizliyini təkmilləşdirilməsi ilə bağlı vaxt verib

17-06-2022

Azərbaycanda informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik riskləri reyestri yaradılacaq

28-08-2023

XRİTDX: İnformasiya təhlükəsizliyi üzrə risklər reyestri fundamental əhəmiyyətlidir

26-12-2025

İnformasiya təhlükəsizliyinin inkişaf istiqamətləri müzakirə edilib

19-05-2016

Kritik informasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlı ilkin qiymətləndirmə aparılıb

26-09-2025

Azərbaycanda maliyyə bazarları üzrə kibertəhlükəsizlik strategiyası hazırlanır

24-11-2022

Müharibə şəraitində kritik informasiya infrastrukturlarının təhlükəsizliyi ilə bağlı təşkilati əsaslar yaradılacaq

28-08-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə