Previous Next
Bağla

İnformasiya təhlükəsizliyinin müxtəlif problemləri araşdırılır

14-01-2016 12:42
İnformasiya təhlükəsizliyinin müxtəlif problemləri araşdırılır

İnformasiya təhlükəsizliyi sahəsində məlumatlandırma məqsədilə www.sciencecert.az veb-saytında mövzu üzrə populyar məqalələrin yerləşdirilməsi nəzərdə tutulur.

AMEA İnformasiya Texnologiyaları İnstitutunda informasiya təhlükəsizliyinin müxtəlif problemləri üzrə elmi-tədqiqatlar davam etdirilir.

 İnstitutundan Xeberler.az-a verilən məlumata görə, bu haqda texnika üzrə fəlsəfə doktoru Yadigar İmamverdiyev rəhbərlik etdiyi şöbənin 2016-cı il üçün fəaliyyət planı ilə bağlı çıxışı zamanı bildirdi. Hazırda şöbədə bu istiqamətdə 8 mövzu üzrə elmi-praktiki tədqiqatlar aparıldığını söyləyən şöbə müdiri cari il ərzində bu tədqiqatlar çərçivəsində e-dövlətin informasiya təhlükəsizliyinin idarə edilməsi üzrə bir sıra metod və modellərin, o cümlədən təhdidlərin ranqlaşdırılması, internet infrastrukturunun dayanıqlığının qiymətləndirilməsi və digər modellərin işlənilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb.

Qeyd edib ki, kompüter şəbəkələrinin intellektual monitorinqi üçün metod və modellərin işlənməsi istiqamətində böyük həcmli şəbəkə monitorinqi verilənlərinin effektiv toplanması və saxlanması metodunun, analizi modelin işlənilməsi, o cümlədən irimiqyaslı kompüter şəbəkələrində monitorinq verilənlərinin toplanması metodunun işlənməsi üzrə tədqiqatlar aparılacaq.

Yadigar İmamverdiyev bildirib ki, bulud texnologiyalarında informasiya təhlükəsizliyinin təmin edilməsi, kompüter şəbəkələrinin təhlükəsizliyinin qiymətləndirilməsi, e-dövlətin  e-imza  infrastrukturunun  sintezi və informasiya təhlükəsizliyi insidentlərinin idarə edilməsi üçün metod və alqoritmlərin işlənməsi, həmçinin şəbəkə təhlükəsizliyinin monitorinqi üçün intellektual sistemin işlənilməsi və s. cari ildə planlaşdırılmış elmi-tədqiqat işləri sırasındadır.

Alim şöbənin elmi-innovasiya fəaliyyəti ilə bağlı  qeyd edib ki, AzScienceNet elm kompüter şəbəkəsinin monitorinqi üzrə hesabatların hazırlanması, AzScienceCERT üzrə işlərin həyata keçirilməsi, qrant layihələrinin yerinə yetirilməsi, bir sıra konfrans və tədbirlərdə iştirak edilməsi nəzərdə tutulur.

Yadigarİmamverdiyev 2016-cı ildə şöbə əməkdaşları tərəfindən 30-a yaxın məqalənin nüfuzlu elmi jurnallarda, o cümlədən SCİ reyestrinə daxil olan jurnallarda nəşr olunmasının qarşıya qoyulan əsas hədəflərdən olduğunu diqqətə çatdırıb.

Onun sözlərinə görə, informasiya təhlükəsizliyi sahəsində məlumatlandırma məqsədilə www.sciencecert.az veb-saytında mövzu üzrə populyar məqalələrin yerləşdirilməsi nəzərdə tutulur.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
 İnformasiya təhlükəsizliyinin idarə edilməsi üçün metodlar işlənilir

İnformasiya təhlükəsizliyinin idarə edilməsi üçün metodlar işlənilir

24-11-2015
Azərbaycan alimləri informasiya təhlükəsizliyi sahəsində tədqiqatlar aparacaqlar

Azərbaycan alimləri informasiya təhlükəsizliyi sahəsində tədqiqatlar aparacaqlar

02-02-2021
Rəqəmsal dövlətin formalaşması və intellektuallaşdırılması problemləri araşdırılır

Rəqəmsal dövlətin formalaşması və intellektuallaşdırılması problemləri araşdırılır

10-03-2025
İnformasiya təhlükəsizliyi və kiberdayanıqlılıq problemləri tədqiq olunub

İnformasiya təhlükəsizliyi və kiberdayanıqlılıq problemləri tədqiq olunub

21-01-2026
Proqram mühəndisliyinin nəzəri əsasları araşdırılır

Proqram mühəndisliyinin nəzəri əsasları araşdırılır

09-02-2016
Mürəkkəb bulud sistemlərinin intellektual analizi və sintezi problemləri araşdırılır

Mürəkkəb bulud sistemlərinin intellektual analizi və sintezi problemləri araşdırılır

13-03-2023
Uşaqların internetdə informasiya təhlükəsizliyinin təmin olunması üçün alqoritmlər işlənilir

Uşaqların internetdə informasiya təhlükəsizliyinin təmin olunması üçün alqoritmlər işlənilir

31-07-2023
Bulud texnologiyası ilə bağlı tədqiqatlar aparılıb

Bulud texnologiyası ilə bağlı tədqiqatlar aparılıb

18-07-2019
İnformasiya təhlükəsizliyi mövzusunda konfrans keçiriləcək

İnformasiya təhlükəsizliyi mövzusunda konfrans keçiriləcək

13-05-2015
AzScienceCert-in fəaliyyəti genişləndirilir

AzScienceCert-in fəaliyyəti genişləndirilir

09-02-2016
Proqram mühəndisliyi və proqram sistemlərinin analizi problemləri tədqiq olunur

Proqram mühəndisliyi və proqram sistemlərinin analizi problemləri tədqiq olunur

10-03-2025
Biometrik texnologiyalarla bağlı araşdırma aparılır

Biometrik texnologiyalarla bağlı araşdırma aparılır

07-07-2017
Milli intellektual potensialın qiymətləndirilməsi tədqiq edilir

Milli intellektual potensialın qiymətləndirilməsi tədqiq edilir

11-12-2024
E-dövlət üçün effektiv audio-video xidmətləri mühiti formalaşdırılacaq

E-dövlət üçün effektiv audio-video xidmətləri mühiti formalaşdırılacaq

15-01-2016
Kompüter şəbəkələrinin kibertəhlükəsizliyinin monitorinqi müzakirə olunub

Kompüter şəbəkələrinin kibertəhlükəsizliyinin monitorinqi müzakirə olunub

28-04-2025
Ölkədə texnologiya ilə bağlı hansı qrant layihələr olub?-Hesabat

Ölkədə texnologiya ilə bağlı hansı qrant layihələr olub?-Hesabat

27-04-2018
“Əşyaların İnterneti”nin elmi-nəzəri problemləri araşdırılacaq

“Əşyaların İnterneti”nin elmi-nəzəri problemləri araşdırılacaq

19-02-2016
İnformasiya Texnologiyaları İnstitutunda müzakirələr aparılıb

İnformasiya Texnologiyaları İnstitutunda müzakirələr aparılıb

10-06-2025
Proqram mühəndisliyi və proqram sistemlərinin analizi tədqiq olunur

Proqram mühəndisliyi və proqram sistemlərinin analizi tədqiq olunur

20-08-2025
Azərbaycanda saxta jurnalları aşkarlayan alqoritm hazırlanır

Azərbaycanda saxta jurnalları aşkarlayan alqoritm hazırlanır

10-04-2023
Kompüter xidmətlərinin keyfiyyəti artırılır

Kompüter xidmətlərinin keyfiyyəti artırılır

15-02-2016
Uşaqların internetdə təhlükəsizliyi üçün yeni metod hazırlanır

Uşaqların internetdə təhlükəsizliyi üçün yeni metod hazırlanır

13-02-2017
“İnformasiya təhlükəsizliyinin multidistiplinar problemləri” mövzusunda respublika elmi-praktiki konfransı keçiriləcək

“İnformasiya təhlükəsizliyinin multidistiplinar problemləri” mövzusunda respublika elmi-praktiki konfransı keçiriləcək

08-01-2015
İnformasiya təhlükəsizliyi ilə bağlı konfrans olacaq

İnformasiya təhlükəsizliyi ilə bağlı konfrans olacaq

26-03-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə