“İnformasiya Texnologiyaları Akademiyası” layihəsinin təqdimatı keçirilib

01-06-2009 / 17:02

Gəncədə “İnformasiya Texnologiyaları Akademiyası” layihəsinin təqdimat mərasimi keçirilib. Respublikanın bütün regionlarını əhatə edəcək layihənin icrası əvvəlcə Gəncədə və ətraf rayonlarda nəzərdə tutulub.

“İrəli” İctimai Birliyi tərəfindən həyata keçirilən proqramın məqsədi gənclərin maarifləndirilməsi və əhalinin gənc təbəqəsinin informasiya ilə təmin olunmasıdır. İl ərzində müəllimlərin, yeniyetmələrin və gənclərin kompüter və internet sahəsi üzrə maarifləndirilmək, regionlarda bu istiqamətdə başlanğıc biliklər formalaşdırılmaq və “informasiya texnologiyaları qruplarını” yaratmaqla layihəyə 50 min insan cəlb olunacaq.

Layihənin ilkin aidiyyəti auditoriyası kompüter biliklərinə malik olmayan gənclərdir. Artıq texniki heyət, işçi qrupu, eləcədə proqramın regionlarda tədrisi ilə məşğul olacaq müəllimlər heyəti hazırdır.

Məlumat üçün bildirək ki,layihənin tərəfdaşları “İRƏLİ” İctimai Birliyi, Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi, Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları nazirliyi, “HP” Şirkəti, “Microsoft” Şirkəti, “Bestcomp” Şirkəti və “Yumroo” şirkətidir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə