“İnformasiya Texnologiyaları Akademiyası” Qazaxda

11-06-2009 / 13:14

“İRƏLİ” İctimai Birliyi Azərbaycanın müxtəlif regionlarında keçirdiyi “İnformasiya Texnologiyaları Akademiyası”nın Qazax rayonunda növbəti təlimlərin açılış mərasimi keçirilmişdir. Mərasim 9 İyun 2009-cu il tarixində, saat 11:00-da Qazax rayonunun Mədəniyyət və Turizm Şöbəsinin akt zalında keçirilmişdir.

Tədbirdə iştirak edən qonaqlar arasında Qazax rayonu İcra başçısının humanitar məsələlər üzrə müavini Gülayə Həsənova, rayon rəhbərliyinin nümayəndələri, “İnformasiya Texnologiyaları Akademiyası” layihəsinin rəhbəri Hikmət Hüseynov, “İRƏLİ” İctimai Birliyinin Gəncə Rayon Təşkilatının sədri Mikayıl Zeynalov olmuşdur.

Xatırladaq ki, layihə regionlarında gənclərin, xüsusən gənc müəllimlərin informasiya və kommunikasiya texnologiyaları sahəsində maarifləndirilməsi, ilkin biliklərin formalaşdırılması məqsədi daşıyır.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə