Previous Next
Bağla

Azərbaycanda keçirilən I foto və sənət düşərgəsi öz işinə yekun vurub

31-08-2009 12:54
Azərbaycanda keçirilən I foto və sənət düşərgəsi öz işinə yekun vurub

26-29 Avqust 2009-cu il tarixində “İRƏLİ” İctimai Birliyi və “iStudio” bədii foto məktəbinin təşkilatçılığı ilə Gənclərin 1-ci Foto və Sənət düşərgəsi yekunlaşdı. Tədbirin ilk günü gənclərə “Foto sənətinin tarixi” mövzusunda mühazirə keçirilmiş, eyni zamanda peşəkar fotoqrafın riayət etməli olduğu texniki biliklər aşılanmışdır. Daha sonra gənclər qruplara bölünərək interaktiv təlimlərdə iştirak etmişdir.

Foto təlimlərini İsa Aydın, Günel İsmayılova, Türkan Hüseynova və Aytən Məmmədova tədris etdiyi bu layihədə foto sənəti, rəssamlıq, musiqişünas, sənətşünas, teatr, kino və başqa sənət sahələrini təmsil edən istedadlı gənclər iştirak etmişdir.

29 Avqustda Oğuz rayon İcra Hakimiyyətinin başçısı Aydın Hüseynov və “İRƏLİ” İctimai Birliyinin sədri Ceyhun Osmanlının iştirakı ilə layihənin bağlanış mərasimi keçirilmişdir. Düşərgə iştirakçılarının rəsm və foto əsərlərinin nümayiş olunduğu sərgidən ibarət olan bağlanış mərasimində düşərgədə 4 nominasiya üzrə qalib gəlmiş gənclərə rəqəmsal fotoaparat hədiyyə edilmişdir.

 Foto nominasiyası üzrə Vüsal Atayev, Rəsm nominasiyası üzrə Alyona Bandurina, Dizayn nominasiyası üzrə Telman Şıxəliyev, Sosial reklam nominasiyası üzrə Türkan Hüseynova qalib olmuşdur. Bağlanış mərasimini gənc skripka ifaçısı, M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solisti Rövşən Əmrahov müşayiət etmişdir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycanda keçirilən ilk Foto və Sənət düşərgəsinə start verildi

27-08-2009

Azərbaycanda I foto və sənət düşərgəsi keçiriləcək

24-08-2009

“Media açarı-2009” mükafatının təqdimat mərasimi keçirilib

22-07-2009

“Gənc kompüter istedadları” müsabiqəsinin qalibləri müəyyən olunub

04-05-2009

“İnformasiya Texnologiyaları Akademiyası” layihəsi davam edir

31-08-2009

“WeBlog-2” layihəsi start götürdü

10-03-2011

“Azpress.az” elektron foto – informasiya agentliyi fotomüsabiqə keçirir

19-08-2009

“Elektron Təhsil” Respublika müsabiqəsinin nominantları müəyyənləşdirildi

10-06-2010

“İnformasiya Texnologiyaları Akademiyası” Qazaxda

11-06-2009

NEXUS-şirkəti "Facebook" üzvləri arasında foto müsabiqə keçirir

18-05-2010

Bakıda ictimai yerlərdə foto köşklər quraşdırılacaq

29-10-2009

GTMŞ “Jurnalistlər üçün düşərgə” adlı təlim kursu açır

06-10-2009

“Elektron Təhsil” Respublika müsabiqəsində iştirakçıların qeydiyyatı başa çatdı

26-05-2010

“İnformasiya Texnologiyaları Akademiyası” davam edir

04-08-2009

Zaqatala və Balakəndə keçirilən “İnformasiya Texnologiyaları Akademiyası” başa çatdı

07-07-2009

“İnformasiya Texnologiyaları Akademiyası” Şamaxı və Xaçmazda davam edir

07-09-2009

“İlin ən yaxşı PR xidməti” müsabiqəsi yekunlaşdı!!!

16-03-2009

“Elektron Təhsil” müsabiqəsində 113 layihə mübarizəni davam etdirəcək

30-05-2012

“İRƏLİ” İctimai Birliyi 2010-cu ildə İKT sahəsində bir sıra layihələr həyata keçirəcək

04-12-2009

NEXUS Foto Müsabiqəsinin nəticələrini açıqladı

05-06-2010

“İKT Akademiyası” layihəsinin bağlanış tədbiri keçirilmişdir

01-07-2019

Youth Inc. Bakutel-də iştirak edib-Foto

01-12-2016

"İrəli" 20 Yanvar faciəsinə həsr olunmuş bloq istifadəyə verib

19-01-2011

“Bloq-dünyaya yeni pəncərə” adlı seminar keçirildi

29-03-2011





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə