Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunda “Elektron elm” proqramının layihəsi işlənilir.
Bununla əlaqədar institutun iclaslarında həmin layihənin müxtəlif aspektləri müntəzəm olaraq geniş müzakirə olunur, alimlərin bu istiqamətdə vəzifələri müəyyənləşdirilir, müvafiq təklif və tövsiyələr hazırlanır. Hazırda proqramın konseptual, hüquqi, iqtisadi və texnoloji əsasları müəyyənləşdirilmiş, institutun mütəxəssisləri tərəfindən dünyada bu istiqamətdə gedən proseslər, qəbul olunan məqsədyönlü proqramlarla bağlı araşdırmalar aparılmış, müvafiq işlər görülmüşdür.
AMEA-nın institutları da daxil olmaqla, elmi fəaliyyətlə məşğul olan 150-dək təşkilatda informasiya–kommunikasiya texnologiyalarının (İKT) tətbiqi vəziyyətini araşdırmaq və mövcud vəziyyəti qiymətləndirmək məqsədilə monitorinq aparılır. Bunun üçün elmi qurumlarda İKT-nin tətbiqi vəziyyətini xarakterizə edən yeni işlənmiş indikatorlar sistemi əsasında sorğu anketi hazırlanaraq həmin təşkilatlara göndərilib.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri