Previous Next
Bağla

Kanadanın Türkiyədəki səfiri AMEA İTİ-də olub

11-04-2011 23:33
Kanadanın Türkiyədəki səfiri AMEA İTİ-də olub

AMEA İnformasiya Texnologiyaları İnstitutunda (İTİ) Kanadanın Türkiyədəki səfiri cənab Mark Beyli və səfirliyin ikinci katibi Timoti Makey ilə görüş keçirildi. Görüşdə Azərbaycanda son illərdə informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində həyata keçirilən genişmiqyaslı işlər, elmi fəaliyyətin müasir İKT əsasında yenidən qurulması və inkişaf etdirilməsi, eləcə də Azərbaycan elminin dünya elminə inteqrasiyası, İKT layihələri, informasiya texnologiyaları sahəsində kadr hazırlığı, beynəlxalq əməkdaşlıq əlaqələri və digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı. 

AMEA İTİ-nin fəaliyyəti haqqında məlumat verən institutun direktoru, AMEA-nın müxbir üzvü professor 
Rasim Əliquliyev İKT-nin dünya iqtisadiyyatının dinamik inkişaf edən perspektivli sektoruna çevrildiyi müasir dövrdə ölkəmizdə də biliklər iqtisadiyyatını formalaşdırmaq, elmi-texniki infrastrukturu modernləşdirmək, elmin, təhsilin inteqrasiyasını təmin etmək, innovasiya siyasətinin səmərəsini artırmaq və s. kimi məsələlərin həyata keçirilməsi istiqamətində mühüm tədbirlərin görüldüyünü bildirdi. 

Dövlət başçısı tərəfindən təsdiq edilən “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı”nda bu məsələlərin öz əksini tapdığını nəzərə çatdırdı. Ölkəmizdə informasiya cəmiyyətinin formalaşması üçün əlverişli zəmin yarandığını qeyd edən alim institutun bu proseslərə elmi dəstək verdiyini, dövlət proqramlarının, İKT layihələrinin həyata keçirilməsində yaxından iştirak etdiyini, müvafiq ideologiyanın tədrisi və əhalinin maarifləndirilməsi istiqamətində mühüm işlər gördüyünü vurğuladı. 

İKT-nin imkanlarından geniş istifadə etməklə elmi fəaliyyətin müasir tələblərə uyğun təşkili və inkişaf etdirilməsi, elmi idarəetmənin təkmilləşdirilməsi, milli elmi informasiya fəzasının formalaşdırılması istiqamətində “E-elm” layihəsinin böyük əhəmiyyət kəsb etdiyini qeyd etdi. Bu layihənin elmi təşkilatların, kollektivlərin qarşılıqlı əlaqəsi, elmi idarəetmənin və tədqiqat işlərinin səmərəliliyinin yüksəldilməsi, elmin bütün sahələrinin müasir dünya standartları səviyyəsində inkişaf etdirilməsi və dünya elm məkanına inteqrasiyasına nail olmaq məqsədi daşıdığını söylədi. “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramından (Elektron Azərbaycan)” irəli gələn vəzifələrin icrasına elmi dəstək verməklə yanaşı elmin və təhsilin innovasiya əsasında qurulması, yüksək keyfiyyətli elmi kadrların hazırlanması, digər dövlət əhəmiyyətli araşdırmaların aparılması istiqamətində institutda görülən işlər haqında məlumat verdi. İKT sahəsində dünyanın aparıcı elmi mərkəzləri ilə əməkdaşlıq əlaqələrindən söhbət açdı. 

Azərbaycanda İKT-nin inkişafı istiqamətində görülən işlərin təqdirəlayiq hal olduğunu bildirən cənab Mark Beyli beynəlxalq elmi-texniki əməkdaşlıq əlaqələrinin genişləndirilməsindən məmnunluğunu ifadə etdi. Məqsədinin Vaterlo Universiteti ilə AMEA İTİ arasında əməkdaşlıq əlaqələrinin qurulmasına dəstək verməkdən ibarət olduğunu söylədi. 

Yüksək ixtisaslı, peşəkar mütəxəssislər yetişdirən Vaterlo Universitetinin dünyanın aparıcı İT müəssisələri ilə, o cümlədən, Microsoft şirkəti ilə əməkdaşlıq əlaqələrinin mövcud olduğunu qeyd etdi. Yeni texnologiyalarla təchiz olunmuş, beynəlxalq standartlara müvafiq şəkildə fəaliyyət göstərən AMEA İTİ ilə əməkdaşlıq istiqamətində təkliflərin müzakirə olunacağını bildirdi. 

Qonaqlar AMEA İTİ-nin Tədris-İnnovasiya Mərkəzində həyata keçirilən layihələrlə də tanış oldular. 

//ikt.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Azərbaycan Estoniya ilə birgə innovativ layihələr həyata keçirəcək

Azərbaycan Estoniya ilə birgə innovativ layihələr həyata keçirəcək

01-11-2013
Pedaqoji Universitetin tələbələri İT üzrə təcrübə keçəcəklər

Pedaqoji Universitetin tələbələri İT üzrə təcrübə keçəcəklər

27-02-2009
AzScienceNet şəbəkəsinin inkişaf perspektivləri müzakirə edildi

AzScienceNet şəbəkəsinin inkişaf perspektivləri müzakirə edildi

05-05-2011
RİTN ilə AMEA arasında əməkdaşlığa dair Niyyət Protokolu imzalanıb

RİTN ilə AMEA arasında əməkdaşlığa dair Niyyət Protokolu imzalanıb

29-10-2009
ELSEVIER nümayəndələri İnformasiya Texnologiyaları İnstitutunda oldular

ELSEVIER nümayəndələri İnformasiya Texnologiyaları İnstitutunda oldular

26-02-2013
17 may - Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunmuş elmi-praktiki konfrans keçirildi

17 may - Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunmuş elmi-praktiki konfrans keçirildi

19-05-2014
AMEA İTİ-də “Телекоммуникации” jurnalının baş redaktoru ilə görüş keçirildi

AMEA İTİ-də “Телекоммуникации” jurnalının baş redaktoru ilə görüş keçirildi

28-04-2011
“İnformasiya cəmiyyətinin əsasları” kursu başa çatdı

“İnformasiya cəmiyyətinin əsasları” kursu başa çatdı

25-05-2009
AMEA Rəyasət Heyətində əməkdaşların kompüter avadanlıqları ilə təminatı 100 faizə çatdırılıb

AMEA Rəyasət Heyətində əməkdaşların kompüter avadanlıqları ilə təminatı 100 faizə çatdırılıb

22-04-2014
AMEA-da Biometrik Texnologiyaların öyrənilməsi sahəsində tədqiqatlar davam edir

AMEA-da Biometrik Texnologiyaların öyrənilməsi sahəsində tədqiqatlar davam edir

06-04-2009
Elm və təhsilin inteqrasiyasına dair Memorandum imzalanıb

Elm və təhsilin inteqrasiyasına dair Memorandum imzalanıb

25-01-2024
AMEA-nın Mərkəzi Elmi Kitabxanasında İKT infrastrukturu yaradılır

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında İKT infrastrukturu yaradılır

14-11-2013
“Elektron dövlət quruculuğu problemləri” konfransı keçirilib

“Elektron dövlət quruculuğu problemləri” konfransı keçirilib

04-12-2014
Təhsilin informasiyalaşdırılması üzrə beynəlxalq ekspert Sayyora Raxmankulova ilə görüş keçirildi

Təhsilin informasiyalaşdırılması üzrə beynəlxalq ekspert Sayyora Raxmankulova ilə görüş keçirildi

03-07-2012
“Elmmetriya: mövcud vəziyyəti və imkanları” adlı ekspress-informasiya çapdan çıxıb

“Elmmetriya: mövcud vəziyyəti və imkanları” adlı ekspress-informasiya çapdan çıxıb

15-07-2013
“İnformasiya cəmiyyətinin əsasları” fənninin tədrisinə dair innovativ layihə  həyata keçirilir

“İnformasiya cəmiyyətinin əsasları” fənninin tədrisinə dair innovativ layihə həyata keçirilir

19-02-2009
İnformasiya cəmiyyətinə böyük töhfə -“İnformasiya cəmiyyətinin əsasları” fənni

İnformasiya cəmiyyətinə böyük töhfə -“İnformasiya cəmiyyətinin əsasları” fənni

27-05-2010
İnformasiya texnologiyalari institutunda «Elektron elm» proqram layihəsi işlənilir

İnformasiya texnologiyalari institutunda «Elektron elm» proqram layihəsi işlənilir

21-11-2008
AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

24-06-2015
Elektron elmin mövcud vəziyyətinin monitorinqi keçiriləcək

Elektron elmin mövcud vəziyyətinin monitorinqi keçiriləcək

10-03-2015
“Milli Grid Seqmenti”nin açılış mərasimi keçirilib

“Milli Grid Seqmenti”nin açılış mərasimi keçirilib

29-10-2009
“İKT-nin problemlərinin araşdırılması mühüm əhəmiyyət kəsb edir”

“İKT-nin problemlərinin araşdırılması mühüm əhəmiyyət kəsb edir”

14-10-2016
Elektron elmin formalaşması problemləri  araşdırılır

Elektron elmin formalaşması problemləri araşdırılır

10-02-2016
AzScienceNet-in fəaliyyəti gücləndirilir

AzScienceNet-in fəaliyyəti gücləndirilir

14-12-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə