Previous Next
Bağla

Proqramlaşdırmanın əsaslarına dair yeni kitab çap olunub

21-11-2020 18:00
Proqramlaşdırmanın əsaslarına dair yeni kitab çap olunub

Proqramlaşdırmanın əsaslarına dair yeni kitab çap olunub. “C++ dilində proqramlaşdırmanın əsasları” adlı kitab “C++” dilinin nümunəsində proqramlaşdırmanın əsaslarını öyrətmək və başqa proqramlaşdırma dillərinin öyrənilməsi üçün qabiliyyətləri formalaşdırmaq üçün nəzərdə tutulub.

Yeni nəşrin müəllifləri Bakı Dövlət Universitetinin dosenti Ramin Mahmudzadə və AMEA İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşı İsmayıl Calallıdır. Rəyçilər isə AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev və BDU-nun İnformasiya Texnologiyaları və proqramlaşdırma kafedrasının müdiri, texnika elmləri doktoru, professor Ələkbər Əliyevdir.

İnstitutdan bildirilib ki, kitabda verilmiş materialların mənimsənilməsi nəticəsində müxtəlif istiqamətlər üzrə bilik və bacarıqların formalaşdırılması nəzərdə tutulur: proqramlaşdırma mühitlərində layihələrin yaradılması, proqramların kompilyasiya edilməsi və sintaktik və alqoritmik yanlışlıqların tapılıb düzəldilməsi, standart riyazi məsələlərin həlli proqramının yazılması (ədədin rəqəmlərə ayrılması, verilmiş aralıqdakı bütün sadə ədədlərin aşkarlanması, massivin ən böyük və ən kiçik elementinin tapılması və s.).

Kitab ali və orta ixtisas məktəblərində proqramlaşdırmanın əsaslarını öyrənən və gələcəkdə bu sahədə çalışmaq istəyən tələbələr üçün nəzərdə tutulsa da, bu vəsaitdən ümumtəhsil məktəblərinin informatika təmayüllü siniflərinin müəllimləri və şagirdləri, eləcə də proqramlaşdırmanın əsaslarını müstəqil öyrənmək istəyən hər kəs yararlana biləcək.

Qeyd edək ki, yeni vəsait İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının qərarı ilə çapa tövsiyə olunub

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Delphi 7 və proqramlaşdırma” kitabının təqdimat mərasimi keçiriləcək

16-11-2009

“Proqramlaşdırma yarışlarına hazırlıq” adlı kitab proqramlaşdırma müsabiqələrinə hazırlaşanlar üçün dəyərli vəsaitdir

19-10-2023

Mobil hesablama buludları ilə bağlı kitab nəşr olunub

05-02-2018

“Delphi 7 və proqramlaşdırma” kitabının təqdimat mərasimi keçirilib

19-11-2009

“İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar” kitabı işıq üzü görüb

01-08-2013

“Nitq texnologiyaları üzrə terminlərin izahlı lüğəti” hazırlanıb

09-12-2015

Azərbaycan Almaniya ilə tibbi informatika sahəsində əməkdaşlıq edə bilər

17-04-2023

İnformatikada işlədilən terminlərin 3 dildə izahı-Yeni kitab

28-03-2017

Abituriyentlər üçün informatikadan tədris vəsaitinin 1-ci hissəsi nəşr olunub

07-07-2022

Şəbəkə texnologiyaları ilə bağlı yeni kitab

23-01-2018

Ekspress-informasiyanın növbəti sayı işıq üzü görüb

01-06-2009

“İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti” nəşr olunub

11-12-2015

“Bu kitabla proqramlaşdırmanı daha asan öyrənə bilərsiniz”

27-05-2016

“Azərbaycan dili və virtual məkan” adlı kitab işıq üzü görüb

25-08-2009

“İnformatika. 555 test” kitabı işıq üzü görüb

11-06-2015

“Elmmetriya: mövcud vəziyyəti və imkanları” adlı ekspress-informasiya çapdan çıxıb

15-07-2013

İnformasiya hüququ adlı dərslik nəşr olunub

19-07-2019

Həmyerlimiz qlobal İT konfransa üzv seçilib

07-02-2018

“Jurnalistlər üçün İnformasiya Texnologiyaları” kitabı nəşr olunub

25-01-2009

Virtual mühitdə folklor : ənənə və kommunikasiya kitabı çapdan çıxıb

27-02-2019

“Beynəlxalq informatika olimpiadaları” kitabının təqdimatı keçirilib

30-04-2012

“İnformatika terminlərinin izahlı lüğəti”nin elektron versiyası hazırlanıb

12-06-2020

Hesablama sistemlərinin yaradılması texnologiyaları barədə informasiya nəşr olunub

24-11-2015

"Rəqəmsal bacarıqlar” layihəsinin əhatə dairəsi genişləndiriləcək

23-04-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə