Previous Next
Bağla

Rəqəmsal marketinqə aid kitab çap olunub

25-05-2016 10:41
Rəqəmsal marketinqə aid kitab çap olunub

Ölkəmizdə rəqəmsal marketinq mövzusunda Azərbaycan dilində kitab çap olunub.

Qanun nəştiryyatında çap olunan kitab “Rəqəmsal Marketinq – bələdçi” adlanır.

Kitabın müəllifi marketinq mütəxəssisi Pərviz Əzimovdur.

Xeberler.az olaraq  ölkəmizdə bu sahə ilə bağlı faydalı olan kitab barədə müəlliflə ətraflı söhbət etdik.

Pərviz Əzimov bildirib ki, kitab rəqəmsal marketinq sahəsində yeni çalışanlar üçün bələdçi rolunu oynayacaq:

"Kitab ümumilikdə 3 əsas mövzu və 20-dən çox yardımçı mövzulardan ibarət olacaq. 3 əsas mövzu – Google Adwords, SMM (Sosial Media Marketinq) və Affiliate marketinqdir. Hər 3 əsas mövzunun yazılma mexanizmi elə qurulub ki, oxucu mövzunu və onun köməkçi bölmələrini oxuyandan sonra qeyd olunan platformalarda öz rəqəmsal reklamlarını çox rahat şəkildə aktivləşdirə bilər”.

Onun sözlərinə görə, kitabın yazılmasında da məqsəd  kitabı oxuyan istənilən şəxsin rəqəmsal marketinq platformalarında sərbəst işləyə bilməsini təmin etməkdir.

“Buna görə tam əminliklə deyə bilərəm ki, kitabı oxuyanlar rəqəmsal platformalarda reklamlarını yarada, onları idarə edə, strategiyalar hazırlaya, hədəf qruplarını müəyyənləşdirə, analizlər apara bilər”.

Müəllif kitabın qiyməti barədə də ətraflı məlumat verib:

“Kitabın qiyməti 6 AZN-dir. Kitab əsasən tələbələr üçün nəzərdə tutulduğu üçün qiyməti də onların büdcəsinə uyğun müəyyən etdik. Kitabı sabahdan etibarən Bakının və Sumqayıtın kitab mağazalarından, o cümlədən sifarişlə Shopera.azAbsheronstore,  Alokitab.az saytlarından əldə edə bilərsiniz”.

 Pərviz Əzimov 2013-cü ilə qədər uzun müddət həm də müxtəlif media qurumlarında fəaliyyət göstərib. Müəllif 4 ilə yaxındır ki, bir çox şirkətlərdə Marketinq və xüsusən Rəqəmsal Marketinq mütəxəssisi kimi çalışır.

 Məltəm Talıbzadə 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Bu kitabla proqramlaşdırmanı daha asan öyrənə bilərsiniz”

27-05-2016

55 dərsə Excel-i öyrənmək imkanı- Yeni kitab nəşr edildi

15-08-2016

“Jurnalistlər üçün İnformasiya Texnologiyaları” kitabı nəşr olunub

25-01-2009

Rəqəmsal marketinq üzrə təlimlər başlayıb

09-09-2015

Rəqəmsal marketinq üzrə konfrans keçiriləcək

30-09-2015

İnformatikada işlədilən terminlərin 3 dildə izahı-Yeni kitab

28-03-2017

Rəqəmsal Marketinq mövzusunda seminar keçiriləcək

07-01-2013

“Sosial şəbəkələrdə paylaşılan kitabçanın nazirliyə aidiyyatı yoxdur”

01-09-2015

Tanınmış yazıçının kitabını elektron variantda oxumaq mümkün olacaq

04-02-2011

“Bakcell” “Müasir Marketinqin Əsasları Azərbaycan Nəşri”nə qoşulub

12-03-2025

Bakıda xarici şirkət rəqəmsal marketinq təlimi keçirəcək

04-04-2016

Rəqəmsal marketinq trendləri ilə bağlı seminar keçiriləcək

03-06-2016

“Wikileaks”-in iç üzü açılır

08-02-2011

Oracle sevənlər üçün şad xəbər- Azərbaycan dilində praktik kitab çap olunub

14-07-2016

Sabah Bakıda 2-ci rəqəmsal marketinq konfransı keçiriləcək

04-11-2016

“Delphi 7 və proqramlaşdırma” kitabının təqdimat mərasimi keçiriləcək

16-11-2009

“Şuşa poçt markalarında” adlı kitab hazırlanıb

09-12-2023

İnformasiya Texnologiyalarından bəhs edən kitablara maraq artıb

26-06-2009

“Müəllimlər üçün sosial servislər” kitabının Təqdimatı keçirilib

07-12-2012

Azercell azərbaycanca rəqəmsal məzmunu zənginləşdirməyə davam edir

28-02-2024

Azərbaycanlı mütəxəssisin yazdığı kitab dünyada maraqla qarşılanır

12-10-2016

“Rəqəmsal Marketinq: Gənclər üçün karyera imkanları” adlı müzakirə keçirilib

26-09-2025

“Bugünün marketinqi” kitabı təqdim olunacaq

13-10-2015

Ana dilində Data Analitika: Ms Excel Ms Power BI kitabı çap edilib

07-09-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə