Previous Next
Bağla

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının yeni tərkibdə ilk iclası keçirilib

15-02-2019 17:19
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının yeni tərkibdə ilk iclası keçirilib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının yeni tərkibdə ilk iclası keçirilib.

Xeberler.az  bildirir ki, iclasda 2019-cu il üzrə güzəştli kredit, qrant və investisiya fəaliyyəti istiqamətləri üzrə maliyyələşmə və müvəkkil banklarla kredit xətlərinin həcminin müəyyənləşdirilməsi, Fondun fəaliyyətini tənzimləyən bir sıra hüquqi sənədlərə dəyişikliklərin edilməsi müzakirə olunub. İclasda, həmçinin Fondun investisiya fəaliyyətinin təmin edilməsi üçün “İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun investisiya qoyuluşu Qaydaları” ətrafında fikir mübadiləsi aparılıb.

Fondun Müşahidə Şurasının sədri, nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə Azərbaycan Respublikasının Prezidentinin müvafiq Fərmanına uyğun olaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun və “Yüksək Texnologiyalar Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin əsasında nazirliyin tabeliyində İnnovasiyalar Agentliyinin yaradıldığını diqqətə çatdırıb.

O qeyd edib ki, Agentlik “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınacağı günədək həm Fond və həm də “Yüksək Texnologiyalar Parkı” öz fəaliyyətini davam etdirəcək.

“Bunu nəzərə alaraq, nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin əmri ilə İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının yeni tərkibi təsdiq edilib. Bugünkü iclasda da qarşıya qoyulan vəzifələrə dair müzakirələr aparılacaq” – deyə nazir müavini əlavə edib.

Qeyd edək ki, “Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu haqqında Əsasnamə”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq Fondun Müşahidə Şurasının tərkibi 4 üzvü müvafiq dövlət orqanlarından, o cümlədən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Təhsil Nazirliyi və 3 üzvü bu sahədə qeyri-hökumət təşkilatlarını təmsil edən 7 üzvdən ibarət tərkibdə formalaşdırılır. İclasın sonunda Müşahidə Şurasının üzvləri tərəfindən yeni təkliflər irəli sürülüb və bir sıra əhəmiyyətli qərarlar qəbul edilib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib

11-10-2013
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının iclası keçirilib

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının iclası keçirilib

27-12-2018
Biznesin İnkişafı Fondunun Müşahidə Şurasının tərkibi təsdiqlənib

Biznesin İnkişafı Fondunun Müşahidə Şurasının tərkibi təsdiqlənib

15-12-2025
İT-nin İnkişafı Dövlət Fondu 3-cü qrant müsabiqəsini elan edəcək

İT-nin İnkişafı Dövlət Fondu 3-cü qrant müsabiqəsini elan edəcək

22-09-2015
Dövlət Fondunun Müşahidə Şurasının toplantısı keçiriləcək

Dövlət Fondunun Müşahidə Şurasının toplantısı keçiriləcək

11-12-2015
Sabah Dövlət Fondunun Müşahidə Şurasının toplantısı keçiriləcək

Sabah Dövlət Fondunun Müşahidə Şurasının toplantısı keçiriləcək

28-12-2015
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin kollegiyasının yeni tərkibi təsdiq edilib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin kollegiyasının yeni tərkibi təsdiq edilib

15-10-2018
İT-nin İnkişafı Dövlət Fondunun növbəti iclası keçiriləcək

İT-nin İnkişafı Dövlət Fondunun növbəti iclası keçiriləcək

19-09-2015
Dövlət Fondunun Müşahidə Şurasının toplantısı keçiriləcək

Dövlət Fondunun Müşahidə Şurasının toplantısı keçiriləcək

20-06-2015
Startaplar hansı banklardan güzəştli kredit ala bilər?-Siyahı

Startaplar hansı banklardan güzəştli kredit ala bilər?-Siyahı

15-12-2016
Startaplar üçün 4-cü qrant müsabiqəsi elan edilib

Startaplar üçün 4-cü qrant müsabiqəsi elan edilib

21-06-2016
Texnologiyalar mövzusunda yeni sənədlər təqdim edilib

Texnologiyalar mövzusunda yeni sənədlər təqdim edilib

04-10-2013
Müşahidə Şurasının toplantısı keçirilib

Müşahidə Şurasının toplantısı keçirilib

30-06-2018
3-cü qrant müsabiqəsinin qalibləri  açıqlandı

3-cü qrant müsabiqəsinin qalibləri açıqlandı

01-02-2016
Startaplar üçün növbəti qrant müsabiqəsi başlayır

Startaplar üçün növbəti qrant müsabiqəsi başlayır

05-04-2017
Bu gün  Dövlət Fondunun Müşahidə Şurasının toplantısı keçiriləcək

Bu gün Dövlət Fondunun Müşahidə Şurasının toplantısı keçiriləcək

21-06-2016
Dövlət Fondunun Müşahidə Şurasının iclası keçirilir

Dövlət Fondunun Müşahidə Şurasının iclası keçirilir

23-06-2015
Fondun əsasnaməsində dəyişiklik edilib- Fərman

Fondun əsasnaməsində dəyişiklik edilib- Fərman

19-10-2016
 Startaplar üçün növbəti qrant müsabiqəsi başlayır

Startaplar üçün növbəti qrant müsabiqəsi başlayır

27-01-2018
 Startaplar üçün növbəti qrant müsabiqəsi elan olunacaq

Startaplar üçün növbəti qrant müsabiqəsi elan olunacaq

28-01-2017
YT Parkın Müşahidə Şurasının əsasnaməsi təsdiq edildi

YT Parkın Müşahidə Şurasının əsasnaməsi təsdiq edildi

10-07-2015
Fond layihələrin qiymətləndirilməsini yekunlaşdırır

Fond layihələrin qiymətləndirilməsini yekunlaşdırır

29-12-2015
Azərbaycanın İKT-nin inkişafı üzrə Dövlət Fondunun Müşahidə Şurasının ilk iclası bu ay keçiriləcək

Azərbaycanın İKT-nin inkişafı üzrə Dövlət Fondunun Müşahidə Şurasının ilk iclası bu ay keçiriləcək

06-09-2013
İnformasiya Kommunikasiya Texnologiyalarının İnkişafı Fondu bu ilin sonunda fəaliyyətə başlayacaq

İnformasiya Kommunikasiya Texnologiyalarının İnkişafı Fondu bu ilin sonunda fəaliyyətə başlayacaq

12-07-2013





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə