Previous Next
Bağla

Proqramlaşdırma üzrə beynəlxalq müsabiqənin qalibləri açıqlanıb-Foto

24-10-2016 17:01
Proqramlaşdırma üzrə beynəlxalq müsabiqənin qalibləri açıqlanıb-Foto

Qafqaz Universitetində “41-ci ACM ICPC - Universitet Tələbələrinin Proqramlaşdırma üzrə Beynəlxalq” müsabiqəsinin növbəti 1/4 final mərhələsi (XII Azərbaycan Çempionluğu) keçirilib.

Xeberler.az-ın məlumatına görə, Qafqaz Universiteti, Bakı Dövlət Universiteti, ADA Universiteti, NAPCAR, IEEE Computer Society Azərbaycan bölməsi, ACM Azərbaycan bölməsinin təşkilatı dəstəyi ilə “41-ci ACM ICPC -  Universitet Tələbələrinin Proqramlaşdırma üzrə Beynəlxalq” müsabiqəsinin növbəti 1/4 final mərhələsi (XII Azərbaycan Çempionluğu) Qafqaz Universitetində keçirilib.

Müsabiqənin açılış mərasimində Qafqaz Universitetinin rektoru prof. Havar Məmmədov çıxış edərək, qonaqları və iştirakşıları salamlayıb. Rektor qeyd edib ki, Azərbaycan  İKT-nin tətbiqi sahəsində regionda liderdir. Ölkə rəhbərliyi bu sahəyə xüsusi diqqət ayırır:

"İndiyədək İKT sahəsi üzrə bir neçə dövlət proqramı həyata keçirilib. Ona görə də siz tələbələr dövlətin diqqət və qayğısından istifadə edərək beynəlxalq  yarışlarda ölkəmizi layiqli təmsil etməlisiniz".

Rektor tələbələrə finala çıxıb ABŞ-da qalib olmağı arzulayıb.

ACM ICPC - Universitet Tələbələrinin Proqramlaşdırma üzrə Beynəlxalq” müsabiqəsinin Azərbaycan Respublikası üzrə regional drektoru Bakı Dövlət Universetinin dosenti Ramin Mahmudzadə çıxış edib.

Münsiflər heyyətinin sədri və müsabiqənin Azərbaycan üzrə koordinatoru Qafqaz Universietinin baş müəllimi Etibar Seyidzadə bildirib ki, bu müsabiqə 41 ildir keçirilir. 2015-2016 cı ildə dünyanın 102 ölkəsindən 2736 universitetin 40266 tələbəsi iştirak edib. Bu kimi statistikalar yarışın səviyyəsinin yüksək olmasına bariz nümunədir. Azərbaycan Universitetlərinin komandaları isə 12 ildir bu müsabiqədə iştirak edirlər. Hər il müsabiqədə iştirak edən unuiversitetlərin sayı artır. Yarım finala çıxan komandalarımızın da sayı artır. Hədəfimiz isə final mərhələsidir. Finala isə dünya üzrə 128 komanda fəsiqə qazana bilir. Sualları ingilis dilində olan yarışma online kecirilir.

Sonra Etibar Seyidzadə müsabiqənin şərtləri, keçirilmə qaydaları və texniki məsələlər haqqında məlumat verib.

Müsabiqədə 12 universitetdən, o cümlədən: Qafqaz Universiteti, Bakı Dövlət Universiteti, Moskva Dövlət Universitetinin Bakı filialı, ADA Universiteti, Bakı Ali Neft Məktəbi, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Milli Aviasiya Akademiyası, Naxçıvan Dövlət Universiteti, Azərbaycan Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Odlar Yurdu Universitetindən ümumilikdə 47 komanda (hər komandada 3 tələbə) iştirak edib.

Komandalara 5 saat ərzində 11 alqoritmik məsələni həll etmək tapşırığı verilib. Qiymətləndirmə http://neerc.ifmo.ru/contest/ saytında PCMS2 avtomatik test sistemi ilə aparılıb.

Müsabiqənin nəticələrinə görə Qafqaz U 1 komandası I, Qafqaz U 2 komandası II, ADA Universiteti 2 komandası 3-cü yerə layiq görülüb. Daha 13 komanda III dərəcəli diploma, 9 komanda yüksək nailiyyət sertifikatına layiq görülüb.

Müsabiqədə müvəffəqiyyət qazanmış komandalar 3-4 dekabr 2016-cı il tarixlərində Gürcüstan Respublikasının Tbilisi şəhərində keçiriləcək “41-ci ACM ICPC - Universitet Tələbələrinin Proqramlaşdırma üzrə Beynəlxalq” müsabiqəsinin növbəti yarımfinal mərhələsində və Cənubi Qafqaz açıq çempionatında iştirak edəcəklər.

 

 

Günel

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Tələbələrin proqramlaşdırma üzrə müsabiqəsinin finalı keçirilib

Tələbələrin proqramlaşdırma üzrə müsabiqəsinin finalı keçirilib

26-10-2015
Tələbələrimiz beynəlxalq  proqramlaşdırma müsabiqəsində qalib oldu

Tələbələrimiz beynəlxalq proqramlaşdırma müsabiqəsində qalib oldu

11-12-2015
48-ci Beynəlxalq proqramlaşdırma müsabiqəsinin Azərbaycan üzrə təsnifat mərhələsi keçirilib

48-ci Beynəlxalq proqramlaşdırma müsabiqəsinin Azərbaycan üzrə təsnifat mərhələsi keçirilib

25-10-2023
BDU-nun komandası ICPC-nin Azərbaycan üzrə finalına vəsiqə qazanıb

BDU-nun komandası ICPC-nin Azərbaycan üzrə finalına vəsiqə qazanıb

31-10-2025
İnformatika üzrə X Ümumrespublika Olimpiadasının finalı olub

İnformatika üzrə X Ümumrespublika Olimpiadasının finalı olub

04-05-2015
Tələbələrimiz beynəlxalq proqramlaşdırma müsabiqəsində uğur qazanıb

Tələbələrimiz beynəlxalq proqramlaşdırma müsabiqəsində uğur qazanıb

29-04-2016
BMU-da Beynəlxalq Proqramlaşdırma Müsabiqəsi keçirilib

BMU-da Beynəlxalq Proqramlaşdırma Müsabiqəsi keçirilib

28-10-2024
ICPC dünya finalı çərçivəsində qaliblər mükafatlandırılıb

ICPC dünya finalı çərçivəsində qaliblər mükafatlandırılıb

03-09-2025
Qarabağ Universitetinin tələbələri proqramlaşdırma üzrə beynəlxalq müsabiqənin finalına vəsiqə qazanıblar

Qarabağ Universitetinin tələbələri proqramlaşdırma üzrə beynəlxalq müsabiqənin finalına vəsiqə qazanıblar

24-10-2024
Bakı Proqramlaşdırma Müsabiqəsinin Dünya Finalına ev sahibliyi edəcək

Bakı Proqramlaşdırma Müsabiqəsinin Dünya Finalına ev sahibliyi edəcək

13-02-2025
Beynəlxalq proqramlaşdırma müsabiqəsi yekunlaşdı

Beynəlxalq proqramlaşdırma müsabiqəsi yekunlaşdı

10-12-2014
Azercell daha bir bilik yarışmasına dəstək oldu

Azercell daha bir bilik yarışmasına dəstək oldu

10-12-2015
Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin Azərbaycan üzrə regional mərhələsi keçirilib

Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin Azərbaycan üzrə regional mərhələsi keçirilib

17-11-2023
Qafqaz Universitetinin yeni rektoru ilə görüş keçirilib

Qafqaz Universitetinin yeni rektoru ilə görüş keçirilib

21-07-2016
İnformatika olimpiadasının yarımfinal mərhələsinin nəticələri açıqlanıb

İnformatika olimpiadasının yarımfinal mərhələsinin nəticələri açıqlanıb

13-03-2026
Siz də Azərbaycanı proqramlaşdırma ilə bağlı müsabiqədə təmsil edə bilərsiniz

Siz də Azərbaycanı proqramlaşdırma ilə bağlı müsabiqədə təmsil edə bilərsiniz

26-10-2013
Qafqaz Universiteti Bakı Ali Neft Məktəbinin idarəçiliyinə verilib

Qafqaz Universiteti Bakı Ali Neft Məktəbinin idarəçiliyinə verilib

20-07-2016
Azərbaycanda ilk dəfə 3 universitet TOP 800-ə daxil olub

Azərbaycanda ilk dəfə 3 universitet TOP 800-ə daxil olub

18-06-2026
Azərbaycan beynəlxalq proqramlaşdırma müsabiqəsinin finalına hazırlaşır

Azərbaycan beynəlxalq proqramlaşdırma müsabiqəsinin finalına hazırlaşır

19-03-2025
Proqramçılar yay məktəbində

Proqramçılar yay məktəbində

02-09-2015
Azercell-dən tələbələrə daha bir dəstək

Azercell-dən tələbələrə daha bir dəstək

06-12-2017
BANM tələbələri Tbilisidə keçirilən müsabiqədə mükafatlandırılıb

BANM tələbələri Tbilisidə keçirilən müsabiqədə mükafatlandırılıb

15-01-2025
 İnformatika üzrə Ümumrespublika Olimpiadası başa çatır

İnformatika üzrə Ümumrespublika Olimpiadası başa çatır

29-04-2016
Bakıdakı universitetlərin blog şəbəkəsi yaradılacaq

Bakıdakı universitetlərin blog şəbəkəsi yaradılacaq

07-04-2009





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə