Previous Next
Bağla

"Azercell"in Rəqəmsal Tərəfdaşlığı ilə 7-ci “womENcourage” Virtual Toplantısı Keçiriləcək

11-08-2020 17:17
"Azercell"in Rəqəmsal Tərəfdaşlığı ilə 7-ci “womENcourage” Virtual Toplantısı Keçiriləcək

Dünya səviyyəli çıxışçıların qatılacağı tədbirə Azercell “Qızıl Sponsor” qismində dəstək verəcək.

Sentyabrın 24-27-də ADA Universiteti, “ACM-W” Avropa təşkilatçılığı, “Azercell Telekom” MMC-nin Rəqəmsal Tərəfdaşlığı və Azərbaycan Konqreslər Bürosunun dəstəyi ilə ACM-in İnformatikada qadınların rolunu təbliğ edən 7-ci beynəlxalq “womENcourage” toplantısı keçiriləcək.

Xeberler.az bildirir ki, ənənəvi olaraq konfrans, karyera sərgisi və hakafondan ibarət bu beynəlxalq tədbir hər il dünyanın müxtəlif ölkələrində keçirilir. Bu il ADA Universitetinin ev sahibliyi edəcəyi toplantının iştirakçıları pandemiya səbəbindən onlayn görüşəcəklər.

ACM (Association for Computing Machinery, “ey-si-em”, Hesablama Maşınları üzrə Assosiasiya) informatika sahəsində ən qədim və ən böyük peşəkar təşkilatdır. “İnformatikanın Nobel mükafatı” adlandırılan A.M.Türinq mükafatı əsası 1947-ci ildə qoyulmuş bu təşkilat tərəfindən verilir.

“womENcourage”in məqsədi texniki istiqamətlərdə təhsil alan və ya işləyən xanımları, həmçinin qadınların informatika sahəsinə daha çox cəlb olunmağına çalışan hər kəsi bir araya gətirmək, onlar üçün təcrübə mübadiləsi aparmaq, elmi-tədqiqatlarını təqdim etmək imkanı yaratmaqdır.

Dörd gün davam edəcək virtual tədbirin açılışında yeni seçilmiş ACM Prezidenti salamlama nitqi söyləyəcək. İlk iki gün baş tutacaq konfrans hissəsində dünya səviyyəli çıxışçıların iştirakı ilə “Böyük verilənlər analitikasının böyük vədləri” və “Süni intellekt: alqoritmlərdən etikaya” mövzularında təqdimatlar və panel müzakirələri aparılacaq. Konfrans proqramına həmçinin bakalavr, magistr və doktorantların göndərdiyi tədqiqat işləri arasında beynəlxalq komitənin seçdiyi 30 posterin təqdimatı daxildir. Təqdim edilən tədqiqatların müəllifləri dünyanın 5 qitəsindəki 17 ölkəni təmsil edir.

Bundan əlavə, “womENcourage 2020” iştirakçılarını karyera yarmarkası və haker marafonu (“hakathon”) gözləyir. İştirakçılar karyera yarmarkasında müxtəlif texnoloji şirkətlərin nümayəndələri ilə şəxsi kabinetdə söhbət edib müvafiq vakansiyalardan yararlana bilərlər. Hakafonda isə haker komandaları real həyatdan götürülmüş problemə texnoloji bir həll gətirəcək funksional prototip yaratmaq üçün yarışacaqlar. Bu tapşırıqlardan biri də Azercell şirkətinin Big Data və Təhlillər departamentinin direktoru Azad Hüseynov tərəfindən təqdim olunacaq. Bu mübarizəyə qatılmaq üçün heç də mütləq proqramçı və ya kompüter elmləri üzrə ixtisasa malik olmaq tələb olunmur.

“womENcourage” bu il “bərabərliyin iki tərəfi var” şüarı altında təşkil olunur. Bu deviz informatika sahəsində məşğul olan insanlar arasında müxtəliflik və balansın olmasını təbliğ edir. Konfransın yalnız qadınlar üçün olmadığını bəyan edən təşkilatçılar tədbirdə rekord sayda kişilərin iştirakını hədəfləyiblər.

Odur ki, hər kəsi Azercell-in “Qızıl Sponsor”luğu ilə keçirilən bu toplantı üçün 14 avqusta qədər davam edən erkən qeydiyyatdan keçməklə tədbirin yaratdığı imkanlardan yararlanmağa dəvət edirik. Əlavə məlumatı http://womencourage.acm.org/2020/ ünvanında əldə etmək mümkündür.

Qeyd edək ki, bir sıra texnoloji yeniliklər, innovativ həllər, müasir xidmətlər vasitəsilə abunəçilərin həyatını asanlaşdıran Azercell hər zaman telekommunikasiya texnologiyaları sahəsində layihələri dəstəkləyib, çoxsaylı tədbirlər təşkil edib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Hackathon” müsabiqəsinin də davamlı olaraq sponsoru qismində çıxış edib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Azercell”in sponsorluğu ilə beynəlxalq “womENcourage” konfransı keçirilir

25-09-2020

7-ci “womENcourage” beynəlxalq virtual toplantısı ADA Universitetində keçiriləcək

23-09-2020

İnformatikada qadınların rolu müzakirə ediləcək

15-04-2016

İnformatikada qadınların rolu müzakirə ediləcək

27-03-2018

Qadınların informatikada rolu müzakirə ediləcək

20-03-2017

Şagirdlər arasında beynəlxalq informatika müsabiqəsi keçirilir

30-11-2016

Olimpiadaçı İstedadların Rəqəmsal Sponsoru Azercelldir

01-08-2019

"Azercell Hackathon 2022" müsabiqəsinə qeydiyyat başlayıb

12-01-2022

Azercell Beynəlxalq Müsabiqəsinin telekommunikasiya tərəfdaşıdır

18-08-2025

“İnformatika təhsili” mövzusu müzakirə ediləcək

02-12-2016

İKT sahəsindəki qadınlara daha bir dəstək

03-10-2015

Proqramçılar yarışa çıxır

26-10-2018

“Azercell Telekom” “Bakı Marafonu-2023”ün eksklüziv tərəfdaşıdır

14-04-2023

Azercell Azərbaycanın rəqəmsal qızlarına dəstək olub

02-05-2016

Beynəlxalq İnformatika Olimpiadasında növbəti uğurumuz!

18-08-2022

Azercell ölkənin qadın liderlərini bir araya gətirir

12-05-2023

Azercell-in dəstəyi ilə Big Data Day tədbiri keçirilib

18-05-2016

“Azercell Telekom”un eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2024” baş tutacaq

05-04-2024

ADA Universiteti Beynəlxalq İnformatika Olimpiadasında yarışan milli komandamızın iştirakını dəstəkləyib

02-07-2021

Bakıda beynəlxalq İKT-də Qadınlar Günü qeyd ediləcək

26-04-2016

Azercell   “GSMA M360 EURASIA” tədbirinə ev sahibliyi edəcək

18-04-2024

ADA-nın “Yay düşərgəsi” Azercell-də!

26-07-2021

Azercell-in dəstəklədiyi məktəblilər beynəlxalq olimpiadada növbəti dəfə uğur qazanıb

07-01-2022

İnformatika və Proqramlaşdırma Müsabiqəsi başlayıb

07-11-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə