Previous Next
Bağla

İnnovasiya həftəsi çərçivəsində Roboday festivalı təşkil olunub

19-10-2019 20:04
İnnovasiya həftəsi çərçivəsində Roboday festivalı təşkil olunub

“InnoWeek – İnnovasiya həftəsi” çərçivəsində Heydər Əliyev Mərkəzində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və İnnovasiyalar Agentliyinin təşkilatçılığı, AREA – Azərbaycan Robototexnika Mühəndisliyi Akademiyası, “Sumaks Academy”, “Engineering for kids” və “Mars Academy”nin tərəfdaşlığı ilə “Roboday” festivalı keçirilib.

Xeberler.az bildirir ki, “Robopark” layihəsinin tərkib hissəsi olan festivalda müxtəlif robotlarla ünsiyyət qurmaq imkanı yaradan sərgilər, robotexnika sahəsində tətbiq və əyləncə zonası ilə təchiz edilmiş stendlər təşkil olunub. Eyni zamanda, gənc nəslin dron və robotlarla ilkin tanışlığı, ümumilikdə robototexnika sahəsi üzrə maarifləndirilməsi məqsədilə müxtəlif təlimlər, o cümlədən “Dron”, “Robofutbol” və “Robosumo” yarışları keçirilib, robot şouları nümayiş olunub. Əyləncə zonasında “Formula 1”- in avtomobil simulyatorları yerləşdirilib.

AREA tərəfindən “WRO – Dünya Robot Olimpiadası” yarışı üzrə “Regular” kateqoriyası üçün ayrıca yarış meydançası qurulub. Həmçinin “Roboday” festivalı çərçivəsində gələcəyin yenilikçi texnologiya mühəndislərinin yetişməsinə töhfə vermək, kiçik yaşlardan bu sahəyə maraq aşılamaq məqsədilə STEAM (Science, Technology, Engineering, Art, Math – Elm, Texnologiya, Mühəndislik, İncəsənət, Riyaziyyat) təhsil proqramları barədə məlumat verilib.

STEAM və robotexnikaya aid tədris sərgisində İKT LAB – İnformasiya Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi, AREA – Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyası, SUMAKS, “Engineering for kids”, “Mars Academy”, “BNB Dinamycs”, Bakı Modern Təhsil Kompleksi, “Matrix Training Center”, “Smart Owl” – Uşaq İnkişaf Mərkəzi və “Hədəf” liseyi daxil olmaqla 10 qurumun nümayəndələri iştirak ediblər. Festivalı “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə şəhid övladları, müxtəlif məktəblərin şagirdləri, Uşaq evlərinin sakinləri ziyarət ediblər.

Qeyd edək ki, “Robopark” layihəsinin başlıca hədəfləri robototexnika sahəsinə maraq yaratmaq, uğurlu robototexnika layihələrini müsabiqələrə cəlb etmək və onların kommersiyalaşdırılmasına imkan yaratmaqdır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Nazirlik şəhid hərbçilərin övladlarını sevindirdi

27-06-2019

Bakıda InnoWeek – İnnovasiya həftəsi keçiriləcək

14-10-2019

Robitiks Mühəndislik, proqramlaşdırma və rəqəmsal incəsənət kurslarına başlanılıb

08-10-2018

Bakı bulvarında dron və robot nümayiş etdirilir

27-04-2019

Heydər Əliyev Mərkəzinin parkında İnnoFest Village təşkil edilib

01-06-2019

Azərbaycan 1-ci Robototexnika yarışmasında təmsil olunub

31-10-2019

Robotexnika Akademiyasının dərnəklərinə qeydiyyat davam edir

05-09-2019

SAF 2025 - Beynəlxalq STEAM Azərbaycan Festivalı keçiriləcək

13-10-2025

Yüksək Texnologiyalar Parkı “Uşaq festivalı”nda innovativ məhsullar nümayiş etdirib

02-06-2022

İnnovasiyalar Agentliyi və Mars Academy Açıq qapı günü keçirib

07-09-2019

Paytaxt məktəbliləri SAF 2025-də iştirak edir

19-11-2025

SAF 2025-ə sayılı günlər qalıb

11-11-2025

Şəhid övladlarına yeni texnologiyalara dair təlim keçirilib

04-11-2022

“2021 Dünya Robot Olimpiadası”na seçmə mərhələsi üçün son qeydiyyat tarixi müəyyənləşib

26-05-2021

Robototexnika üzrə III-cü Respublika Olimpiadasında iki həmyerlimiz gümüş medal qazanıb

07-06-2019

"STEAM Azərbaycan Festivalı 2021" keçiriləcək

19-11-2021

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi maarifləndirici kampaniyaya başlayıb

15-11-2019

Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalı keçiriləcək

24-09-2024

Azərbaycan Dünya Robot Olimpiadasında təmsil olunub

14-11-2019

Robot və dronların yürüşü adlı seminar keçirilib

26-11-2018

Bakıda SAF 2025-ə start verilib

17-11-2025

Azərbaycan Ordusunun zəfərlərini tərənnüm etmək məqsədilə təlimlər keçiriləcək

08-10-2020

Ölkəmizdə ilk dəfə “Creative Solution Go” olimpiadası keçirilib

18-12-2020

STEAM Azərbaycan layihəsinin rəhbəri: SAF-2024 “Əylən, öyrən” devizi altında keçiriləcək

26-09-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə