Previous Next
Bağla

Heydər Əliyev Mərkəzinin parkında İnnoFest Village təşkil edilib

01-06-2019 19:34
Heydər Əliyev Mərkəzinin parkında İnnoFest Village təşkil edilib

İyunun 1-də “İnnovasiya Festivalı” çərçivəsindəHeydər Əliyev Mərkəzinin parkında “İnnoFest Village” təşkil olunub.

Xeberler.az bildirir ki, nazir Ramin Quluzadə, Gənclər və İdman naziri Azad Rəhimov Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərovla birgə “İnnoFest Village”də İnnovasiyalar Agentliyi tərəfindən innovativ məhsul və xidmətlərin, startapçıların uğurlu tətbiqlərinin nümayiş olunduğu, VR oyunlar, dronlarla, robotlarla iş imkanı yaradan təlimlərin keçirildiyi, əyləncə zonası ilə təchiz edilmiş “Robopark” pavilyonunda olublar.

Bir neçə zonadan ibarət olan pavilyonda “Mars Academy” tərəfindən gələcəyin yenilikçi texnologiya mühəndislərinin yetişməsinə töhfə vermək, kiçik yaşlardan bu sahəyə maraq aşılamaq məqsədilə STEAM (Science, Technology, Engineering, Art, Math – Elm, Texnologiya, Mühəndislik, İncəsənət, Riyaziyyat) təhsil proqramları barədə məlumatlar təqdim edilir. Proqramın hədəfi peşə seçimi mərhələsinə gəlib çatmış gənclərə özlərini müxtəlif peşələrdə sınamaqda, eləcə də düzgün seçim etməkdə kömək olmaqdır.

Bundan başqa, “Azercell” şirkətinə məxsus əyləncə zonasında interaktiv oyunlar, şirkətin göstərdiyi xidmətlərlə yanaşı, internet təhlükəsizliyi ilə bağlı məlumatlar təqdim olunur. Həmçinin, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərmarka” MMC tərəfindən keçirilən 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Gələcək” mövzusunda rəsm müsabiqəsinin qalibləri də “İnnoFest Village”də elan edilib.

Birinci yerin qalibi 12 yaşlı Paşayev Əlcamal 300, ikinci yerin sahibi 12 yaşlı Aşımlı Əli və 10 yaşlı Əbdurrəhimli Ziya 200, üçüncü yeri tutan 10 yaşlı Əliyeva Aylin isə 100 AZN məbləğində pul mükafatı ilə mükafatlandırılıb.

Qalibləri təbrik edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə bildirib ki, onların rəsmlərindən poçt markaları hazırlanaraq dövriyyəyə buraxılacaq.

“İnnoFest Village” çərçivəsində həmçinin“Baku Open Cyber Cup” kiber idman turniri təşkil edilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi, Heydər Əliyev Mərkəzinin tərəfdaşlığı ilə Azərbaycan Kiber İdman Federasiyası tərəfindən keçirilən turnirdə “playstation” platformasında iki oyun növü “PES 2019” üzrə yarışlar olub. Turnirdə 15 yaşdan yuxarı şəxslər iştirak ediblər. Hər bir oyun növü üzrə seçilmiş 64 iştirakçı gücünü sınayıb. Olimpiya sistemi üzrə keçiriləcək oyunlardan sonra qaliblər müəyyənləşdirilib. Yarışın qalibləri pul mükafatı ilə təltif olunub.

“İnnoFest Village” öz işini sabah da davam etdirəcək.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Bakı bulvarında dron və robot nümayiş etdirilir

Bakı bulvarında dron və robot nümayiş etdirilir

27-04-2019
Kiber idman turnirinə qeydiyyat başlanır

Kiber idman turnirinə qeydiyyat başlanır

11-10-2018
Baku Open Cyber Cup turniri keçirildi

Baku Open Cyber Cup turniri keçirildi

29-10-2018
Robitiks Mühəndislik, proqramlaşdırma və rəqəmsal incəsənət kurslarına başlanılıb

Robitiks Mühəndislik, proqramlaşdırma və rəqəmsal incəsənət kurslarına başlanılıb

08-10-2018
İnnovasiya həftəsi çərçivəsində Roboday festivalı təşkil olunub

İnnovasiya həftəsi çərçivəsində Roboday festivalı təşkil olunub

19-10-2019
Azərmarka uşaqların çəkdiyi rəsmlərdən poçt açıqcası hazırlayıb

Azərmarka uşaqların çəkdiyi rəsmlərdən poçt açıqcası hazırlayıb

22-06-2018
Bakıda InnoWeek – İnnovasiya həftəsi keçiriləcək

Bakıda InnoWeek – İnnovasiya həftəsi keçiriləcək

14-10-2019
Robo Futbol turniri təşkil olunacaq

Robo Futbol turniri təşkil olunacaq

22-10-2018
Yüksək Texnologiyalar Parkı “Uşaq festivalı”nda innovativ məhsullar nümayiş etdirib

Yüksək Texnologiyalar Parkı “Uşaq festivalı”nda innovativ məhsullar nümayiş etdirib

02-06-2022
Azərbaycanda III Robot Olimpiadası keçiriləcək

Azərbaycanda III Robot Olimpiadası keçiriləcək

22-05-2019
Hackathon-un qalibləri bəlli oldu

Hackathon-un qalibləri bəlli oldu

01-11-2018
Azərbaycanda ilk dəfə beynəlxalq İnnovasiyalar həftəsi keçiriləcək

Azərbaycanda ilk dəfə beynəlxalq İnnovasiyalar həftəsi keçiriləcək

26-09-2018
“Baku Cyber Cup 2020” onlayn kiber idman turniri keçirilib

“Baku Cyber Cup 2020” onlayn kiber idman turniri keçirilib

19-12-2020
Ölkəmizdə ilk dəfə “Creative Solution Go” olimpiadası keçirilib

Ölkəmizdə ilk dəfə “Creative Solution Go” olimpiadası keçirilib

18-12-2020
"Heydər Əliyev - 100: Mühəndislik hakatonu" intellektual yarışının qalibləri mükafatlandırılıb

"Heydər Əliyev - 100: Mühəndislik hakatonu" intellektual yarışının qalibləri mükafatlandırılıb

21-10-2023
İ2B – İdeyadan Biznesə layihəsinin qalibləri müəyyən olunub

İ2B – İdeyadan Biznesə layihəsinin qalibləri müəyyən olunub

19-10-2019
İdeyadan Biznesə startap turlarının respublika üzrə qalibləri seçildi

İdeyadan Biznesə startap turlarının respublika üzrə qalibləri seçildi

27-10-2018
 Ramin  Quluzadə nazir vəzifəsini müvəqqəti icra edəcək

Ramin Quluzadə nazir vəzifəsini müvəqqəti icra edəcək

25-11-2015
Prezident Ramin Quluzadəyə yeni müavin təyin etdi

Prezident Ramin Quluzadəyə yeni müavin təyin etdi

21-04-2017
İnnovasiyalar Agentliyi və Mars Academy Açıq qapı günü keçirib

İnnovasiyalar Agentliyi və Mars Academy Açıq qapı günü keçirib

07-09-2019
Ramin Quluzadə nazir vəzifəsindən azad edildi

Ramin Quluzadə nazir vəzifəsindən azad edildi

26-01-2021
II və III yer üzrə qaliblər təltif olunub

II və III yer üzrə qaliblər təltif olunub

29-05-2022
21 aprel – Ümumdünya Yaradıcılıq və İnnovasiya Günüdür

21 aprel – Ümumdünya Yaradıcılıq və İnnovasiya Günüdür

21-04-2020
Ramin Quluzadə Fransanın Azərbaycana təyin olunmuş səfiri ilə görüşüb

Ramin Quluzadə Fransanın Azərbaycana təyin olunmuş səfiri ilə görüşüb

02-10-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə