Previous Next
Bağla

Bakı bulvarında dron və robot nümayiş etdirilir

27-04-2019 21:12
Bakı bulvarında dron və robot nümayiş etdirilir

Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində Dənizkənarı Milli Parkda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnnovasiyalar Agentliyi tərəfindən innovativ məhsul və xidmətlərin, startapçıların uğurlu tətbiqlərinin nümayiş olunduğu pavilyon fəaliyyət göstərir.

Xeberler.az bildirir ki, bir neçə zonadan ibarət olan pavilyonda “Mars Academy” tərəfindən gələcəyin yenilikçi texnologiya mühəndislərinin yetişməsinə töhfə vermək, kiçik yaşlardan bu sahəyə maraq aşılamaq məqsədilə STEAM (Science, Technology, Engineering, Art, Math – Elm, Texnologiya, Mühəndislik, İncəsənət, Riyaziyyat) təhsil proqramları barədə məlumatlar təqdim edilir. Proqramın hədəfi peşə seçimi mərhələsinə gəlib çatmış gənclərə özlərini müxtəlif peşələrdə sınamaqda, eləcə də düzgün seçim etməkdə kömək olmaqdır.

Eyni zamanda, pavilyonda hər hansı maşın modelinin xarici görünüşünə estetik müdaxilə imkanı yaradan vizual kodlaşdırma aləti olan “Car confiqurator” nümayiş olunur. “Car confiqurator” maşının təkərinin ölçüsünü, diskin formasını, ümumi örtüyünün rənginin dəyişməsini, hər hansı üst detalların digərləri ilə əvəz olunaraq tüninq olunmasını həll etməklə yanaşı, maşının mexaniki detallarına baxış keçirərək lazımi məlumatları əldə etmək imkanı da yaradır.

Pavilyon uşaqlar üçün xüsusi ilə maraqlıdır. Burada onlar dronlarla, robot texnologiyaları ilə tanış olmaq, həmçinin də onların quraşdırılma və idarə olunmasında iştirak etmək imkanı əldə edir.

Bundan başqa, pavilyonda “Azərmarka” MMC tərəfindən dövriyyəyə buraxılan “FORMULA 1 AZERBAIJAN GRAND PRIX” adlı poçt markası və vərəqləri də təqdim olunur.

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Heydər Əliyev Mərkəzinin parkında İnnoFest Village təşkil edilib

01-06-2019

Robitiks Mühəndislik, proqramlaşdırma və rəqəmsal incəsənət kurslarına başlanılıb

08-10-2018

İnnovasiya həftəsi çərçivəsində Roboday festivalı təşkil olunub

19-10-2019

İnnovasiyalar Agentliyi və Mars Academy Açıq qapı günü keçirib

07-09-2019

Beynəlxalq Humanitar Forumda innovativ məhsul, xidmət və tətbiqlər nümayiş olunacaq

25-10-2018

Bakıda InnoWeek – İnnovasiya həftəsi keçiriləcək

14-10-2019

Məktəblərdə STEAM layihəsinin tətbiqinə başlanıb

21-10-2019

İnnovativ məhsul, xidmət və tətbiqlərin nümayiş olunduğu sərgi keçirilir

26-10-2018

SAF 2025 - Beynəlxalq STEAM Azərbaycan Festivalı keçiriləcək

13-10-2025

Paytaxt məktəbliləri SAF 2025-də iştirak edir

19-11-2025

“Bakcell” “Formula 1 Azərbaycan Qran Prisi”nin rəsmi dəstəkçisidir

25-04-2023

BŞH könüllüləri Formula 1 Fransa Qran Prisini canlı izləyib

01-08-2022

SAF 2025-ə sayılı günlər qalıb

11-11-2025

Bakcell "Formula 1"in sürət liderlərini təqdim edir!

30-04-2023

Bakıda yerləşən Uşaq evlərinin sakinləri Bakutel-2018 sərgisinə ekskursiya edib

07-12-2018

Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalı keçiriləcək

24-09-2024

Yüksək Texnologiyalar Parkı “Uşaq festivalı”nda innovativ məhsullar nümayiş etdirib

02-06-2022

“Bakcell” “Formula 1” üzrə Azərbaycan Qran Prisinin tədbir sponsorudur

12-09-2024

Baş katib İKT sahəsində əldə olunan nailiyyətlərlə tanış olub

13-09-2018

Uşaqlar üçün robot-pişik

24-10-2017

Yeni poçt markası dövriyyəyə buraxılıb

27-06-2018

Azərbaycan Milli Pavilyonu beynəlxalq sərginin ən yaxşısı seçildi

11-04-2019

İnnovasiyalar həftəsində ölkəmizdə innovasiyaların inkişafı üzrə layihələr təqdim edilib

26-10-2018

Azərbaycan və Gürcüstan nazirləri Qubada STEAM Mərkəzində olublar

25-07-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə