ABŞ-ın Kaliforniya ştatındakı Lonq-Biç şəhərində keçirilən TED (Technology Entertainment and Design) konfransında amerikalı alim pasiyetin öz toxumalarından əzaların yaradılması üçün nəzərdə tutulmuş üçölçülü printeri nümayiş etdirib.
Printer insan böyrəyi "çap" edərkən Ueyk-Forest Universitetinin əməkdaşı Entoni Atala qurğunun iş prinsipini izah edib. İlk əvvəl xəstənin əzası müxtəlif rakurslardan skanlaşdırılır və bu minvalla əzanın üçölçülü dəqiq rəsmi, o cümlədən daxili quruluşunun şəkli əldə olunur. Əldə edilmiş orbaz və pasiyentin toxumasının kiçik nümunəsi üçölçülü printerə yerləşdirilir.
Qurğu həmin əzanın damarları da daxil olmaqla praktiki olaraq dəqiq surətini hazırlayır. Bu proses 6-7 saat davam edir.
"Yeni qurğu transplantasiya üçün müxtəlif strukturlar yaratmaqla yanaşı, bilavasitə pasiyentin vücudunda yaraları sağatmağa qadirdir", - Atala bildirib.
//milli.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri