Previous Next
Bağla

HP LaserJet printeri qüsursuz çapın 25 illiyini bayram edir

15-06-2009 15:04
HP LaserJet printeri qüsursuz çapın 25 illiyini bayram edir

HP şirkəti çap və təsvirlərin işlənməsi üçün qurğuların inkişafı tarixində baş verən əhəmiyyətli hadisəni – birinci LaserJet printerinin yaranmasının 25 illiyini elan edir.  Bu vaxt ərzində bütün dünyada 132 milyondan yuxarı LaserJet printeri satılmış, HP-nin öz sahəsində mükəmməlliyə və liderliyə nail olmaq cəhdi isə bir sıra innovasiyalı qurğuların yaranmasına gətirib çıxarmışdır ki, bunların arasında  dünyada ilk şəbəkə lazer printeri, ilk çoxfunksiyalı qurğu və ilk rəngli lazer printeri olan LaserJet printerini göstərmək olar.

Yeni LaserJet printerləri ideyası başlıca olaraq lazer çapının ənənəvi texnologiyası  ilə müqayisədə printerə 50% az enerjidən istifadə etmək, eyni zamanda onun məhsuldarlığını 50% artırmaq imkanı verən Instant-on  texnologiyasından istifadə etmək sayəsində ətraf mühitə vurulan ziyanı minimuma endirməyə yönəldilmişdir. 

İnstant-on Technology texnologiyasının tətbiqindən bəri onun istifadəsi CO2 tullantılarını 5,25 milyon ton azaltmışdır ki, bu da ildə yollarda hərəkət edən avtomobillərin sayının 1.1 milyon azalması deməkdir .

Kiçik və orta biznes seqmentinin marketinqi, LaserJet bölməsinin və Avropa, Yaxın Şərq və Afrika (EMEA) regionunda HP təsvirlərinin çapı və işlənməsi üzrə korporativ həlletmələr qrupunun direktoru Tatyana Fiş izah edir:

 “1984-cü ildə ənənəvi ofis çapı təsvirlərin (dpi) sabit olmayan keyfiyyəti, qeyri-qənaətbəxş həlli və şriftlərin məhdud dəsti kimi xarakterizə olunan olduqca səs-küylü yarpaq (“çobanyastığı”), yaxud matrisa sistemlərinə əsaslanırdı. HP şirkətinin LaserJet printeri təkcə ofis mühitini deyişmədi, habelə o, müxtəlif fəaliyyət növü ilə məşğul olan şirkətlərin istifadə edə biləcəkləri peşəkar keyfiyyətə malik  bütöv “ev” çapı konsepsiyasını yaratdı və onun inkişafının dönüş nöqtəsi 1990 –cı ildə dəyəri 1000 ABŞ dollarından aşağı olan lazer printerinin və 2004-cü ildə təqdim olunmuş dəyəri 500 ABŞ dollarından aşağı olan ilk rəngli lazer printerinin yaranması oldu”.

Tatyana Fiş HP LaserJet printerini statusu daima müxtəlif mükafatlarla təsdiq olunan ofis çapı üçün orijinal  “qızıl standart” kimi təsvir edir. Bu mükafatlar sırasında  bu yaxınlarda HP Color LaserJet CP3525n modelini “Orta ölçülü işçi qrupu üçün ən yaxşı rəngli printer” kimi tanıyan Buyers Lab International nüfuzlu müstəqil mükafatını göstərmək olar . 


“HP LaserJet printerləri personal kompüterlər və telefonlar kimi əhəmiyyət kəsb etməklə şirkətlərin İT-infrastrukturlarının ayrılmaz hissəsinə çevrilmişlər. Müasir printerlər təhlükəsizlik, çıxışa nəzarət, simsiz çıxış, sənədlərin idarə edilməsi və qurğunun idarə edilməsi kimi əlavə üstünlüklərə malikdirlər”, - xanım Fiş deyir.
 
Proqram təminatı növü üzrə bu üstünlüklərdən biri olan – HP Web Jetadmin 10 bu yaxınlarda  Buyers Lab International  tərəfindən tanınmışdır. Bu xidmət LaserJet  korporativ seqmentinin bütün printerləri üçün mümkündür və İT-şöbəsinin əməkdaşlarına uzaq məsafədən HP printerlərinin, eləcə də müəssisənin korporativ şəbəkələrində yerləşən digər istehsalçıların printerlərinin  monitorinqini və idarə edilməsini həyata keçirmək, qurğulardan istifadə etmək və onların fəallıq səviyyələrinə dair hesabatlar hazırlamaq, son istifadəçilərin printerlərinə çıxışa nəzarət etmək və sərfiyyat materiallarını sifariş etmək  imkanı verir.

“Bu, HP LaserJet printerlərinin yüksək etibarlılığa, əla keyfiyyətə, asan istifadəyə və yüksək məhsuldarlığa malik olan qurğular kimi yüksək nüfuza sahib olmalarına rəvac verən əlavə üstünlüklərdir”, - xanım Fiş əlavə edir. http://mak.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

HP və LaserBand əməkdaşlıq edirlər

20-02-2009

HP və Canon İnc. birləşdilər

18-09-2009

HP “Sehrli kvadrant” məhsul və printerləri sahəsində liderlər sektoruna daxil oldu

11-02-2009

Dünyanın ən sürətli printeri

20-11-2009

Lazer müharibəsinə start verildi!!!

29-01-2009

«Kumho» şirkəti protektor şəklinin vurulması üçün lazer texnologiyası hazırlayır

28-09-2009

Yüksək keyfiyyətli 3D-printer təqdim olunub

05-05-2015

Süni günəş yaradılacaq

16-03-2009

İnsan orqanlarının 3D-çapı mümkün olacaq

12-05-2015

“Mitsubishi” lazer televizorlarının istehsalını dayandırıb

13-02-2009

Yeni 3D printer texnologiyası təqdim edildi

26-08-2015

HP şirkəti istifadəçiləri dəstəkləyən Qlobal onlayn cəmiyyəti yaradır

10-02-2009

Dünyanın ən güclü lazeri yaradılıb

30-07-2015

Qiyməti yüksək olmayan SLS SinterIt 3D-printeri satışa çıxarılacaq

09-05-2015

1 kub millimetr ölçülü kompüter yaradılıb

06-03-2011

Yeni nəsil SİM-kartlar gəlir

22-11-2010

“Azercell” keyfiyyətə görə “İnternational Star” mükafatını alıb

10-11-2010

HP şirkəti öz nazik müştərisini sertifikatlaşdı

27-01-2009

İnsan əzalarını çap edən printer hazırlanıb

08-03-2011

Metal detalların 3D çapı üçün zavod açılıb

15-04-2016

Sony dünyada ilk dəfə olaraq mobil telefonlar üçün 16 meqapikselli kamera buraxıb

09-10-2010

Kompüterlərin qiyməti artır

17-12-2010

“Azercell Telekom” və Avrasiya Əməkdaşlıq Fondu Korporativ Sosial Məsuliyyətə dair seminarı

22-06-2009

Robot və telefonun ilk hibridi satışa çıxarılıb

27-05-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə