Belə televizor almaq istəyənin ən azı 1400 dolları olmalıdır
“Toshiba” korporasiyası kontentə baxmaq üçün xüsusi stereoeynək tələb etməyən 3D-televizor seriyasını təqdim edib.
Xeberler.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bu, dünyada ilk belə televizorlardır.
Xüsusi eynəyin taxılması zərurəti üçölçülü televiziya sahəsinin inkişafına əngəl törədən ən vacib amillərdən biri sayılır. Yeni seriyada ekran ölçüləri ilə fərqlənən iki model – 20 düyümlü “20GL1” və 12 düyümlü “12GL1” yer alıb. Yeni televizorda avtostereoskopik 3D-displey tətbiq olunub ki, burada, tamaşaçının sağ və sol gözləri üçün müxtəlif təsvir formalaşdıran mikro linzalardan ibarət matrisa bilavasitə maye kristal ekrandan əvvəl yerləşdirilib.
Bu cür ekranların ciddi çatışmazlığı ondan ibarətdir ki, üçölçülü təsviri izləmək üçün tamaşaçı ekrana nisbətən müəyyən vəziyyət almalıdır. “Toshiba” israr edir ki, o, doqquz eyni stereotəsvirin formalaşması hesabına bu problemi aradan qaldıra bilib. Belə vəziyyətdə 3D-videonu müxtəlif məsafədən və müxtəlif görünüş bucağından izləmək mümkün olur. Bu zaman 20 düyümlü modelə 90 santimetrlik, 12 düyümlü modelə isə 65 santimetrlik məsafədən baxmaq tövsiyə edilir.
Yaponiyada cari ilin dekabr ayının sonunda satışa çıxarılacaq yeni televizorların qiyməti xeyli baha olacaq. “12GL1” 1400, “20GL1” isə 2900 dollara təklif ediləcək.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri