Previous Next
Bağla

Bankomatlar üçün yeni kiber təhlükə

20-10-2016 14:34
Bankomatlar üçün yeni kiber təhlükə

Kaspersky Lab şirkətinin apardığı araşdırmanın nəticələr onu göstərib ki, biometrik məlumatların tanınmasına əsaslanan bankomat həllərinin tətbiqinə nəinki maliyyə qurumları, həmçinin fırıldaqçılar da hazırlaşırlar.

Nəzərə alsaq ki, banklar bu cür texnologiyaların perspektivini qiymətləndirir və hətta kimliyin təsdiq olunması üçün istifadə olunan üsulların əvəzedicisi kimi görürlər, cinayətkarlar artıq insanın kimliyini müəyyənləşdirən fiziki parametrlər barədə informasiyanın əldə edilməsi üçün alətlər üzərində çalışırlar.

Xeberler.az şirkətə istinadən məlumat verir ki, kibercinayətkarlar artıq uzun müddətdir ki, bankomatlara hücum üçün maqnit zolaqdan informasiyanı oxuyan skimmer, pin-kodun əldə edilməsi üçün saxta klaviatura ilə və ya çipdən informasiyanın alınması üçün veb-kameralar və onların daha inkişaf etdirilmiş versiyası olan şimmerlər kimi xüsusi qurğulardan istifadə edirlər.

Hazırda isə fırıldaqçılar oxuyuculara biometrik informasiyanın surətini çıxarmağı “öyrədirlər”.

Kaspersky Lab şirkəti artıq qara bazarda barmaq izi məlumatlarını oğurlayan skimmer təklif etmiş 12 satıcı, biləkdə damar sistemini və göz bəbəyini tanıyan sistemləri qırmağa imkan verən texnologiyalar üzərində işləyən ən azı üç tədqiqatçı aşkar edib. Ekspertlərin sözlərinə görə, 2015-ci ilin sentyabr ayında qara bazarda ilk biometrik skimmerlərin satış öncəsi sınağı keçirilib. Daha sonra bir neçə səhv aşkarlanıb ki, bunlardan ən əsası biometrik məlumatların ötürülməsi üçün istifadə edilən GSM modullarında tapılıb. Belə ki, onlar iri həcmli informasiyanı daşıya bilməyiblər, bu da o deməkdir ki, bu cür skimmerlərin yeni versiyasında məlumatların ötürülməsi üçün daha sürətli texnologiyalardan istifadə olunacaq.

Eyni zamanda aydın olub ki, kibercinayətkarlar arasında insan simasının maskalanmasına imkan verən mobil tətbiqin yaradılması məsələsi aktiv şəkildə müzakirə edilir. Bu cür proqramlar sosial şəbəkələrdə paylaşılan real insan fotolarından simaların tanınması siteminin yanıldılması üçün istifadəyə imkan verir.

“Sındırıldığı halda dəyişdirilməsi asan olan şifrə və pin-kodlardan fərqli olaraq, barmaq izlərini və ya göz qişasının şəklini dəyişdirmək mümkün deyil. Təbii olaraq, biometrik məlumatların bir dəfə də olsun yad əllərə keçməsi onun sonrakı istifadəsinin böyük təhlükələrə yol açmasına səbəb ola bilər. Elə buna görə də bu məlumatlara etibarlı müdafiə növü gərəkdir. Bu məlumatlar müasir elektron pasport və vizalara da daxil edilir, sözügedən sənədlərin oğurlanması isə cinayətkarların əlində insanın kimliyini müəyyən edən lazımi məlumatlar var”, - deyə Kaspersky Lab şirkətinin informasiya təhlükəsizliyi üzrə mütəxəssisi Olqa Koçetova bildirib.

Bankomatlara təhlükəni yalnız biometrik məlumatları əldə etməyə imkan verən alətlər yaratmır. Hakerlər qurğunu uzaqdan idarə etmək üçün xüsusi quraşdırılmış mikrokompüterləri (black box) – zərərli proqramlardan istifadni, həmçinin bank kartları məlumatlarını əldə etməyi, daha sonra isə nağd pul çıxarmaq üçün şəbəkə komponentlərinə hücumu davam etdirəcəklər.

Bankomatlara yönəlmiş kibertəhlükələr haqqında araşdırmanın tam versiyası burada.

 

Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Bank kartlarının təhlükəsizliyini necə qoruya bilərik?

Bank kartlarının təhlükəsizliyini necə qoruya bilərik?

24-05-2016
Kartla ödənişdə biometrik üsuldan istifadə olunacaq

Kartla ödənişdə biometrik üsuldan istifadə olunacaq

16-09-2015
Banklar gələcəyi biometrik texnologiyalarda görür

Banklar gələcəyi biometrik texnologiyalarda görür

06-07-2015
Kaspersky Lab rəqəmsal əkizlərin qara bazarını aşkarlayıb

Kaspersky Lab rəqəmsal əkizlərin qara bazarını aşkarlayıb

08-05-2019
Biometrik texnologiyaların tətbiqi genişlənir

Biometrik texnologiyaların tətbiqi genişlənir

28-08-2015
Fişinq hücumun əsas hədəfi  kimlərdir?-Araşdırma

Fişinq hücumun əsas hədəfi kimlərdir?-Araşdırma

24-02-2017
Bu il daha çox hansı sahələri kiberhücumlar gözləyir?- Proqnoz

Bu il daha çox hansı sahələri kiberhücumlar gözləyir?- Proqnoz

11-01-2017
İnsanlar uzaq məsafədən gözün qüzehli qişasına görə identifikasiya ediləcək

İnsanlar uzaq məsafədən gözün qüzehli qişasına görə identifikasiya ediləcək

29-05-2015
İnsanları yerişinə görə tanıyan texnologiya

İnsanları yerişinə görə tanıyan texnologiya

13-10-2017
Kaspersky Lab yeni casus proqramı aşkarlayıb

Kaspersky Lab yeni casus proqramı aşkarlayıb

26-09-2019
Kaspersky Threat Intelligence-ə iki yeni xidmət əlavə edib

Kaspersky Threat Intelligence-ə iki yeni xidmət əlavə edib

15-05-2020
Biometrik texnologiyalar sahəsində hansı ölkə liderdir?

Biometrik texnologiyalar sahəsində hansı ölkə liderdir?

05-04-2018
Avtomobil sahəsini hansı dəyişikliklər gözləyir?

Avtomobil sahəsini hansı dəyişikliklər gözləyir?

01-12-2016
Azərbaycanda hansı sosial şəbəkələrin daha çox populyar olduğu müəyyənləşdirilib

Azərbaycanda hansı sosial şəbəkələrin daha çox populyar olduğu müəyyənləşdirilib

19-12-2018
Biometrik texnologiyalar sahəsində əsas trendlər

Biometrik texnologiyalar sahəsində əsas trendlər

22-02-2017
Oyun həvəskarları kompüterini kiberhücumlardan necə qoruya bilər?

Oyun həvəskarları kompüterini kiberhücumlardan necə qoruya bilər?

23-12-2016
Barmaq izi ödəniş kartlarını əvəz edəcək

Barmaq izi ödəniş kartlarını əvəz edəcək

12-11-2015
Kaspersky Lab : Azərbaycanda kiber hücumların sayı artıb

Kaspersky Lab : Azərbaycanda kiber hücumların sayı artıb

17-05-2018
Azərbaycanda biometrik bankomatlar quraşdırılacaq

Azərbaycanda biometrik bankomatlar quraşdırılacaq

04-06-2015
Routerin sındırılması cinayətkarlara pul oğurlamağa imkan yaradır

Routerin sındırılması cinayətkarlara pul oğurlamağa imkan yaradır

24-05-2018
Biometriya parolları əvəzləyəcək

Biometriya parolları əvəzləyəcək

06-10-2015
Kriptovalyuta birjalarına yüzdən çox keçid cəhdlərinin qarşısı alınıb

Kriptovalyuta birjalarına yüzdən çox keçid cəhdlərinin qarşısı alınıb

12-07-2018
Parolları kibercinayətkarlardan necə qorumaq olar?

Parolları kibercinayətkarlardan necə qorumaq olar?

09-03-2017
AMEA-da Biometrik Texnologiyaların öyrənilməsi sahəsində tədqiqatlar davam edir

AMEA-da Biometrik Texnologiyaların öyrənilməsi sahəsində tədqiqatlar davam edir

06-04-2009





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə