• ANA SƏHİFƏ
  • LAYİHƏ HAQQINDA
  • ARXİV
  • XƏBƏRLƏR
  • ƏLAQƏ
  • AZNET
    • SOSİAL MEDIA
    • E-TİCARƏT
    • MİLLİ NET
    • STARTAP AZƏRBAYCAN
    • YENİ MEDİA
    • İNTERNET
  • E - HÖKUMƏT
  • TEXNOLOGİYA
    • SÜNİ İNTELLEKT VƏ DATA
    • AVADANLIQ
    • TƏHLÜKƏSİZLİK
    • OYUNLAR
    • PROQRAMLAR
    • KRİPTOVALYUTA
    • İNVESTİSİYA
    • TENDER
    • MƏSLƏHƏTXANA
  • TƏNZİMLƏMƏ
    • QANUNVERİCİLİK
    • TƏHLİL
    • İSTEHLAKÇI HÜQUQLARI
  • TELEKOM VƏ NƏQLİYYAT
    • MOBİL RABİTƏ
    • TV VƏ RADİO
    • KOSMOS
    • TELEKOMMUNİKASİYA
    • NƏQLİYYAT
    • RADİOTEZLİKLƏR
  • RUBRİKA
    • COP29
    • İT GÜNDƏM
    • İT VAKANSİYA
    • İKT VETERAN
    • İKT QADINLAR
    • İT TƏLƏBƏ
    • İKT TƏHSİL
    • İKT REGİON
    • İNTERNET BANKÇILIQ
    • İKT UŞAQLAR
    • İKT KADRLAR
    • İKT VƏ SEÇKİ
    • İT TANINMIŞLAR
  • TƏDBİRLƏR
  • MÜSAHİBƏ

MÜSAHİBƏ

  1. Ana səhifə
  2. MÜSAHİBƏ

"Təhlükəsiz Şəhər" sistemi cinayətkarlıqla mübarizə apara bilirmi?

29-03-2023 / 17:00
"Bravo"da baş verən cinayətin açılmasında DİN-in texnologiyalardan, rəqəmsal resurslardan, "Təhlükəsiz Şəhər" sistemindən peşəkarlıqla istifadəsi haqqında bir neçə gün öncə yazmışdım.
 
Ötən gün deputat Fazil Mustafaya qarşı törədilən terror bir daha bu məsələyə diqqət yetirməyimə səbəb oldu.
 
Ölkəmizdə "Təhlükəsiz Şəhər" sistemi 2009-cu ildən fəaliyyət göstərir.
Bu sistem daxilində biometrik identifikasiya, video müşahidə və s . bu tip alt sistemləri mövcuddur, kütlə içərisindən yalnız axtarılan şəxsi seçməyə və izləməyə imkan verir, hətta saxta nömrə ilə avtomobili və sahibini identifikasiya etməyə və izləməyə imkan verir və s.
 
Bununla bağlı Prezidentin 15 may 2009-cu il tarixli fərmanı və NK-nın 2010-cu ildə qəbul edilən qərarları var.
 
Videomüşahidə kameralarının quraşdırılacağı məkanlar, bu işə məsul qurumlar, bu işin reallaşmasına ayrılan vəsaitlərlə bağlı NK qərarına bir neçə dəfə əlavələr də olub.
 
Əvvəllər DİN-in müşahidə kameraları yalnız əhalinin sıx hərəkətdə olduğu küçə və prospektlərdə, parklarda, idman kompekslərində quraşdırılırdı. Hazırda isə , yuxarıda qeyd olunan qərara edilən dəyişikliklərdən sona müşahidə kameraların sayı və keyfiyyəti xeyli artırılıb.
 
Son açıqlanan məlumatlara görə Bakı şəhərində "Təhlükəsiz şəhər" sistemində, təxminən 2300 nöqtədə 7 min müşahidə kamerası istifadəyə verilib.
 
İnkişaf etmiş ölkələrdə isə müşahidə perimetrinə daxil olan ərazilər, hər 100 nəfərə düşən kamera sayı hədsiz yüksəkdir.
 
Beynəlxalq təcrübəni, inkişaf etmiş ölkələrdə bu istiqamətdə atılan addımları müşahidə etdikdə görmək olar ki, ictimai təhlükəsizliyin qorunması və cinayətkarlığa qarşı mübarizədə "Təhlükəsiz şəhər" sisteminin təkmilləşdirilməsinə ciddi ehtiyac var.
 
"Təhlükəsiz şəhər" sisteminin əsas tərkib hissəsi olan videomüşahidə infrastrukturunun qurulması mövcud normalara görə DİN, FHN, Yerli icra qurumları və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə həvalə edilib.
 
Lakin görünən odur ki , bu infrasturkturun inkişaf etdirilməsi və dayanıqlığı ilə bağlı çatışmazlıqlar da var.
 
Baş verənlər və müasir çağırışlar da tələb edir ki, "Təhlükəsiz Şəhər"in əhatə dairəsi genişləndirilməli, bu məqsədlə Yol xəritəsi hazırlanmalıdır.
 
Yeni tikilən binaların, obyektlərin təhvil-təslimində "Təhlükəsiz Şəhər" sisteminə qoşulan videomüşahidə sisteminin mövcudluğu təmin edilməlidir. Qaydalar bunu tələb etsə də icrası istiqamətində problemlər var.
 
Bu sistemin operatoru olan DİN bu prosesdə daha yaxından iştirak etməlidir.
Yeri gəlmişkən, yeni tikililərdə telekommunikasiya və videomüşahidə sisteminin mövcudluğu və istismarı ilə bağlı qanunvericiliyə dəyişikliklər edilməlidir.
Müasir dünyanın çağırışlarına uyğun olaraq "Təhlükəsiz şəhər" sisteminə
hətta maskada olan cinayətkarları identifikasiya etməyə imkan verən müasir video müşahidə sistemləri, təmassız biometrik texnologiyalar quraşdırılmalıdır.
 
İnkişaf etmiş ölkələr terrorçuluğa qarşı mübarizədə, identifikasiya məsələlərində süni intellekt həllərindən istifadəyə daha çox önəm verirlər. Bu təcrübələrin öyrənilməsi və ölkəmizdə tətbiqinə diqqət artırılmalıdır.
 
"Təhlükəsiz şəhər" sisteminin modernləşdirilməsi, yeni texnologiyaların tətbiqi, kameralardan məlumatların ötürülməsi üçün optik şəbəkənin inkişaf etdirilməsi, məlumatların emal edilməsi üçün Data Mərkəzin gücünün artırılması, digər təhlükəsizlik sistemləri ilə inteqrasiya böyük resurslar və peşəkar kadrlar tələb edir.
 
Dünyada baş verənlər, son zamanlar ölkəmizdə baş verənlər və beynəlxalq təcrübədə göstərir ki, "Təhlükəsiz şəhər" tipli sistelmlər ictimai təhlükəsizliyin qorunması üçün mühüm əhəmiyyət kəsb edir.
 
Odur ki, hökumətin bu məsələləri yenidən gündəmə gətirməsi, resurslar ayırması və təhlükəsizlik sistemlərinin təkmilləşdirilməsinə xüsusi diqqət yetirməsi düşünürəm ki, faydalı olardı.
 
Yeri gəlmişkən, videomüşahidə sistemləri ilə toplanan informasiyaların qorunması və bu məlumatlardan sui-istifadə hallarının qarşısının alınması üçün də qanunverciliyin təkmilləşdirilməsi vacibdir.
 
Osman Gündüz
Azərbaycan İnternet Forumunun Prezidenti, ekspert

ŞƏRHLƏR


OXŞAR XƏBƏRLƏR


"Bravo"da inkassatora silahlı hücum edən cinayətkarlar necə yaxalanıb?

14-03-2023

Generalların görüşündə hansı məsələlər müzakirə edilib ?

17-02-2024

Azərbaycanda 3,9 min nöqtə üzrə 12,5 min kamera quraşdırılıb

17-03-2023

DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi nələri dəyişəcək?-RƏY

04-06-2023

Ekspert:görəsən FHN, yaxud da ETSN meşə yanğınları baş verən əraziləri real vaxtda izləyə bilirlərmi ?

19-08-2022

İnsanlar uzaq məsafədən gözün qüzehli qişasına görə identifikasiya ediləcək

29-05-2015

Bu gün Beynəlxalq Təhlükəsiz İnternet Günüdür

06-02-2018

Ekspert: Polisin fəaliyyətində süni intellektin və texnologiyaların rolu xeyli artıb

19-12-2024

Beynəlxalq Təhlükəsiz İnternet Günüdür

07-02-2017

Bakcell və ENGİNET Təhlükəsiz İnternet günü ilə bağlı təlimlər keçirib

14-02-2019

AYNA tərəfindən şəhər darboğazlarında hərəkətin yenidən təşkili üzrə layihələrin icrasına başlanılıb

17-05-2024

Bakcell uşaqlara İnternetdən təhlükəsiz istifadəni öyrədir

11-06-2019

Dördölçülü kodlaşdırma sınaqdan keçirilib

31-08-2017

Bakcell müsabiqədə qalib gələn məktəbliləri mükafatlandırdı

12-12-2018

Bakcell məktəbliləri İnternetdən təhlükəsiz istifadə ilə tanış edir

07-01-2019



  • Son Xəbər
  • populyar
  • Yazarlar
  • AzTU-da “Huawei” şirkətinin “Açıq qapı” günü keçirilib

    08-05-2025
  • AzTU “Huawei Technologies Azerbaijan” ilə əməkdaşlıq edəcək

    08-05-2025
  • Google süni intellekt məlumatlarını məhdudlaşdırır

    08-05-2025
  • ABB səhmdarlarına 200 000 000 manat dividend ödəyəcək

    08-05-2025
  • XRİTDX beynəlxalq tədbirdə iştirak edib

    08-05-2025
  • Agentlik: 10 min şagird kompüter əsaslı monitorinqə cəlb olunacaq

    08-05-2025
  • Daha 4 KOB subyektinə startup şəhadətnaməsi verilib

    08-05-2025
  • “Biletim.az” portalı üzərindən onlayn bilet satışı artıb

    08-05-2025
  • “Nar”ın baş icraçı direktoru Gəncədə keçirilən konfransda çıxış edib

    08-05-2025
  • EcomX E-ticarət Proqramının birinci mərhələsi başa çatıb

    08-05-2025
  • Nəqliyyat vasitələrində gedişhaqqı bank kartları ilə ödənilə bilər

    08-05-2025
  • "Azercell"in tərəfdaşlığı ilə “Baku Flames” festivalı keçirilib

    08-05-2025
  • “digital.login” iki faktorlu autentifikasiya ilə gücləndirilib

    08-05-2025
  • Ötən gün bank kartlarından 30 min manatdan çox vəsait oğurlanıb

    08-05-2025
  • “Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb

    08-05-2025
  • mygov platformasına yeni funksionallıq əlavə edilib

    08-05-2025
  • Tramp TikTok qadağasını yenidən təxirə salıb

    08-05-2025
  • Azərbaycan və Çin əməkdaşlığı müzakirə edilib

    07-05-2025
  • Azercell tarif paketləri ilə bağlı açıqlama yayıb

    07-05-2025
  • Veb texnologiyaları üzrə milli yarışa qeydiyyat davam edir

    07-05-2025
  • Bütün xəbərlər
  • "DEFAGE Bootcamp" intensiv inkişaf proqramına start verilir

    12-04-2025
  • Osman Gündüz: Milli Korpus və Az-LLM nə zaman yaradılacaq?

    10-04-2025
  • Ən faydalı və populyar mobil hökumət həlli hansılardır? - Ekspert açıqladı

    14-04-2025
  • İnformatika fənni üzrə kurikulum tam yenilənib - Osman Gündüz

    21-04-2025
  • "AMEA"da süni intellekt məsələlərinə böyük diqqət ayrılır

    12-04-2025
  • Çində ilk 10G genişzolaqlı şəbəkə istifadəyə verilib

    20-04-2025
  • Nigeriya “Meta”nın cəriməsini təsdiqləyib

    26-04-2025
  • Rəqəmsal iqtisadiyyat və texnologiyada yeni dövr başlayır - Osman Gündüz

    25-04-2025
  • “Elektron məhkəmə” övladlığagötürmə ilə əlaqədar altsistemə inteqrasiya ediləcək

    19-04-2025
  • "Aztelekom" yenidən təşkil edilir

    25-04-2025
  • Osman Gündüz

    Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?

  • Məltəm Talıbzadə

    Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh

  • Ağasəf Haqverdiyev

    Windows 10-u necə sürətləndirmək olar?

  • Fərrux İlhamoğlu

    Bizi idarə edən güc: Netokratiya

  • Sevil Rəsulzadə

    Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

  • İsmayıl Rafiqoğlu

    Facebook müəmması

  • Günel Azadə

    4G mobil texnologiyası niyə ləngiyir?

  • Kamran Ədalətoğlu

    Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

  • Azər Həsrət

    “Asan imzanı belə gördüm”- Azər Həsrət

  • Eyvaz Qocayev

    Satışa çıxarılmış Azərbaycan adları

  • Bütün yazarlar



sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə



NƏTİCƏLƏR

Bütün sorğular

  • ANA SƏHİFƏ
  • LAYİHƏ HAQQINDA
  • ARXİV
  • XƏBƏRLƏR
  • ƏLAQƏ
  •  
  •  
  •  
  •  
© 2008 -2025 Xəbərlər.az
Bütün hüquqlar qorunur.