Instagram-dan daha bir yenilik

23-10-2015 / 20:07

Instagram sosial şəbəkəsi daha bir yeniliyi istifadəçilərinə təqdim edib.

Xeberler.az xarici mətbuata istinadən məlumat verir ki, Boomerang ard-arda düzəldilmiş şəkillərdən qalıcı video düzəltməyə imkan verir.

Həmçinin alınmış videoları arxadan geriyə ani olaraq oynatmaq mümkün olacaq. "Qoy sizin dostunuz suya atılsın və su sıçrayaraq yuxarıya uçsun. Sanki fizika qanunları mövcud deyil", - deyə Instagram-dan bildiriblər.

Əldə olunan nəticə GİF-animasiyanı xatırladır.

Instagramın Boomerang tətbiqi həm AppStore, həm də Google Play-də yerləşdirilib.

                                                                                        Əsmər Qabil


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə