Oflayn olanda da Instagram-dakı paylaşımları görmək olacaq

19-04-2017 / 13:33

Facebook F8 konfransında məşhur foto paylaşım tətbiqi Instagram haqqında da yeni məlumatlar açıqlayıb.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, şirkət Instagram-ın mobil internetə çıxışın məhdud olduğu ərazilərdə də böyüyəcəyini deyib.

Məlum olduğu kimi, Facebook Lite-ni mobil internetin məhdud olduğu ölkələr üçün bazara təqdim edib  və son bir ildə 200 milyon istifadəçiyə çatıb.

Facebook buna bənzər bir addımı Instagram üçün də atır və Android tətbiqinə oflayn istifadə xüsusiyyətini gətirir (hələlik Google Play-ə bu yenilik gəlməyib).

Instagram-ın oflayn xüsusiyyəti istifadəçilərin əvvəldən yüklədiyi paylaşımları mobil internetə ehtiyacı olmadan görə bilməsini təmin edəcək.

Qeyd edək ki, onlayn istifadənin xüsusiyyəti bununla da məhdudlaşmır.

Belə ki, istifadəçilər gördüyü internetə bağlı paylaşımlar edəcək (əlbəttə internetə bağlandığı anda yayımlanacaq). Əvvəllər yüklənmiş fotoşəkilləri /videoları bəyənə və şərh edə biləcək.

Həmçinin, istifəçilər offlayın rejimdə öncədə yüklənilmiş şəkilləri görə və istədiyi şəxsi unfollow edə biləcək.

Instagram dünyada 600 milyon istifadəçiyə çatıb. Bu istifadəçilərin 80 faizi ABŞ xaricindədir.

Günel 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə