Instagram istifadəçilərinin şifrəsini ələ keçirən tətbiq silinib

12-11-2015 / 11:39

Bir çox ölkədə App Store-un ən populyar tətbiqlərindən biri olan "Who viewed you profile" (Profilimə kim baxdı) –InstaAgent adlı tətbiq App Store-dan silinib.

Xeberler.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu günə qədər 500 minə yaxın yüklənmə sayına malik olan InstaAgent-in istifadəçilərin Instagram şifrələrini ələ keçirmək fuksiyasına malik olduğu bildirilib.

Belə ki, Almaniyanın proqram təminatı şirkəti Peppersoft-un proqramçısı David L-R tərəfindən araşdırılan tətbiqin  istifadəçilərin şəxsi məlumatlarını şifrələmədən instagram.zunamedia.com adlı serverə göndərdiyi məlum olub.

Həmçinin serverin Instagramın rəsmi səhifəsi ilə əlaqədə olmadığı da bildirilib.

Bu problemdən sonra Instagram BBC-yə verdiyi açıqlamasında InstaAgent istifadəçilərinin tətbiqi silmələrini və Instagram şifrələrini dəyişdirməyini tövsiyyə edib.

Ağasəf Haqverdiyev


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə