Facebook-da kimlərin sizi dostluqdan çıxardığını biləcəksiniz

06-07-2015 / 12:16

Twitter-da istifadə olunan Who unfollowed me (kim məni izləmədən çıxardı?) proqramının oxşarını artıq Facebook istifadəçiləri də istifadə edəcək.

Xəbərlər-in xarici mətbuata istinadən verdiyi məlumata görə, Who deleted me on Facebook (Facebookda dostluqdan məni kim sildi?) proqramının adından da məlum olduğu kimi dost olduğunuz profilin sizi dost siyahısından çıxarması ilə bağlı bildiriş alacaqsınız.

Həm Android, həm də İOS əməliyyat sistemləri üçün istifadəyə təqdim olunan proqram, yüklədiyiniz andan etibarən məlumat verəcək. Yəni proqramı yükləməmişdən əvvəl sizi dostluq siyahısından çıxaranları görə bilməyəcəksiniz. Proqram bu funksiyadan başqa profillərini əngəllədiyiniz və yeni əlavə etdiyiniz dostlar haqqında məlumat da əldə edəcəksiniz.

                                                                                    Ağasəf Haqverdiyev


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə