Innbx-la birdən çox Instagram hesabından istifadə edin

05-05-2015 / 13:56

Brndstr Inc tərəfindən istehsal edilən və Brndstr Labs tərəfindən yayımlanan Innbx proqramı sosial media və xüsusilə Instagram istifadəçilərinin çox sevəcəyi bir tətbiqdir.

Xəbərlər-in verdiyi məlumata görə, 3 MB-lıq yeni tətbiq irəlidə daha çox sosial media platformasına xidmət edəcəyini vəd edir, amma yayımlanan ilk versiyası yalnız Instagram üçündür. Tag-ları, qrupları və ya şəxsləri daha asan göstərib qarşılıqlı əlaqədə olacağınız Innbx-ın təcrübədəki ən əhəmiyyətli xüsusiyyəti isə çıxış etmədən eyni anda birdən çox Instagram hesabından istifadə imkanı verməsidir. Əsas ekranda (+) simvolundan Instagram hesablarınızı açmaq və istifadə etmək istəyinizi aktiv etmək lazımdır.

Proqramı Play Store-dan, həmçinin iTunes vasitəsilə yükləyə bilərsiniz.

Sevil Rəsulzadə

 

                                      


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə