Instagram-da paylaşımların şərhlərinə foto əlavə etmək funksiyası test edilir.
Xeberler.az bildirir ki, istifadəçilərin diqqətini çəkən yeniliyə görə artıq bəzi paylaşımların altında şərh yazarkən şəkil yükləmək mümkün olub. Bununla bağlı Instagram rəsmi açıqlama verməsə də, sosial şəbəkədə funksiyanı istifadə edənlərin sayı artmağa başlayıb.
Məlumata görə, şərhə yalnız bir foto əlavə etmək olur və istəyə uyğun olaraq ona qısa mətn də yazmaq mümkündür. Göndərildikdən sonra isə yalnız mətn hissəsini redaktə etmək olur. Şəkli dəyişmək və ya ayrıca silmək mümkün deyil.
Yeni funksiya hazırda bütün istifadəçilər üçün aktiv deyil.
Qeyd edək ki, oxşar funksiya TikTok platformasında da mövcuddur.
























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları