Instagramda yeni funksiya yaradılıb

12-01-2022 / 09:59

“Instagram”a yeni funksiya əlavə edilib.

Xeberler.az bildirir ki, bu barədə tərtibatçı Alessandro Paluzzi “Twitter”də məlumat verib. 

Məlumatda qeyd edilib ki, bundan sonra profildəki fərdi paylaşım şəbəkəsini redaktə etmək, paylaşımları istənilən ardıcıllıqla düzmək mümkün olacaq.

Onun sözlərinə görə, hazırda funksiya məhdud sayda istifadəçi üçün əlçatan olsa da, tezliklə geniş auditoriyaya təqdim ediləcək.

İstifadəçilər paylaşıların yerini dəyişdirə, bəzilərini isə “Twitter” profillərində və “Telegram” kanallarında olduğu kimi yuxarıya “bərkidə” biləcəklər.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə