Rəngli statuslar artıq WhatsApp-da

05-08-2017 / 13:07

Rəngli statuslar WhatsApp -a da gəlir.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, şirkət bu funksiyanı sınaqdan keçirməyə başlayıb.

Məlumata görə,  platformanın Android platformasında işləyən 2.17.291 beta-versiyasından istifadə edənlərin bəziləri üçün yeni funksiyadan istifadə artıq mümkündür.

Belə ki, bu yenilkdən istifadə etmək üçün  foto ikonkasını mətn mesajına keçirmək üçün statuslardan ibarət vərəqə keçmək və sağ tərəfdən aşağıda karandaş işarəsinin üzərinə sıxmaq lazımdır.

Bundan sonra mətni daxil etmək, ona emodzi əlavə etmək, şrifti və fonun rəngini seçmək mümkündür. Üzərində təyyarə şəkli olan yaşıl düymənin üzərinə sıxdıqdan sonra hazır statuslardan ibarət pəncərə açılır.
  

Günel


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə