“Instagram” istifadəçilərə hesab məlumatlarını daha effektiv şəkildə paylaşmağa imkan verəcək rəqəmsal profil vizit kartı funksiyasını elan edib.
Xeberler.az məlumat verir ki, “Instagram” artıq istifadəçilərə öz rəqəmsal profil kartlarından istifadə edərək paylaşımlar etməyə icazə verəcək.
İki tərəfli kartda istifadəçinin şəkli, qısa tərcümeyi-halı və adı, QR kodu var.
Rəqəmsal profil kartları istifadəçilərin “Instagram” hesablarını başqaları ilə paylaşmasını asanlaşdırmaq üçün nəzərdə tutulub. İstifadəçilər öz şəxsi linklərini və ya seçdikləri mahnını əlavə etməklə profil kartlarını fərdiləşdirə bilərlər.
Qeyd edək ki, tezliklə hər kəs üçün aktivləşdiriləcək profil kartları Instagram profillərindəki "Profili paylaş" bölməsində yerləşir. İstifadəçi özünü daha yaxşı ifadə etmək üçün profil kartının fonunu seçdiyi şəkillə fərdiləşdirə bilər.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri