«İntel» və «Hewlett Packard» şirkətləri qadınlar üçün nəzərdə tutulan 7 unikal noutbuk konsept-modellərini təqdim edib.
İKT Mərkəzindən verilən məlumata əsasən, futuristik konseptlər «Qadınlar üçün ideal noutbuk necə ola bilər?» sualına cavab olaraq işlənib hazırlanıb. Hazırlanma prosesində öz fantaziya və yumor hislərini işə salan adi noutbuk istifadəçisi olan qadınlar da iştirak ediblər. Qadınların rəyinə əsasən, ilk üç sıranı tutan noutbuk konseptləri aşağıdakılardır:
HP Perfume - Intel® Centrino®2 prosessor texnologiyasına əsaslanan yeni «HP Perfume» noutbukunda müxtəlif ətirlərin əsas incəliklərini əks etdirən daxilə quraşdırılmış rezervuarlar var. Qadınlar İnternetdən müxtəlif ətirləri yükləyə bilərlər. Ani olaraq yüklənilən ətir noutbuk tərəfindən emal olunur və qadınlar öz ətraflarında sevdikləri ətrin qoxusunu hiss edirlər. Zahirən «HP Perfume» noutbuku donuq şüşədən hazırlanmış zövqlü ətir şüşəsinə bənzəyir. Korpusun kənarlarında ətirləri yayan avtomatik detektorlu mikroforsunkalar yerləşdirilib. Qadınlar istənilən an öz əllərini onlara yaxınlaşdırıb biləklərindəki ətir qoxusunu yenidən canlandıra bilərlər.
HP Fitness - çoxfunksiyali noutbuk xüsusən öz görkəmlərinə nəzarət edən və sağlam həyat tərzi sürən qadınlar üçün hazırlanıb. Bu unikal noutbuk yüksək kompressiyalı davamlılığa malikdir və öz sahibinin çəkisinə tab gətirə bilər. Noutbukun ekranının əks tərəfində istənilən anda çəkini ölçməyə imkan verən çəki datçikləri və elektron displey quraşdırılıb. Çəki ölçülən zaman kompüter bütün məlumatları yazır və təhlil edir, çəkinin dəyişmə cədvəlini hazırlayır, fərdi pəhriz proqramını təklif edir və İnternet-dükanından zəruri məhsulları sifariş edir. Noutbuk Intel® prosessoru bazasında işləyir. Dəstə həmçinin «HP Go.» qolbağı da daxildir. O, qaçma, yerimə və istənilən digər idman məşğələsi zamanı sərf olunan kaloriləri hesablayır və alınan nəticələri pəhriz proqramının dəyişdirilməsində istifadə edir.
HP Chameleon - noutbuku zövqün harmoniyasına böyük diqqət yetirən qadınlar üçün işlənib hazırlanıb. Bu zərif model öz sahibinin geyim rənginə uyğun olaraq rəngini dəyişir. Nəticədə, qadınlar onların dəyişkən əhval-ruhiyyəsini ideal şəkildə əks etdirən tamamilə düzgün seçilmiş aksesuara malik olur. Noutbukun üstünü buqələmunun dərisinin elementlərinə oxşar bir neçə qat mikro-pullar örtür. Hər bir qat rəng spektrinin müəyyən hissəsinə cavabdehdir. Noutbukda quraşdırılmış iki kamera sahibinin geyim rəngini nəzərə alır və «HP Chameleon» noutbuku avtomatik olaraq rəngini dəyişir. Noutbukun üstü toxunma zamanı velvet parçasını xatırladır.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri