Dell şirkətinin Dell XPS 13 noutbuklar seriyası Intel Kaby Lake-R aparat platformasına malik modellərlə yenilənib.
İstifadəçilərə Intel Core i7-8550U (4 nüvə/8 axın, 1,8/4 QHs) və Intel Core i5-8250U (4 nüvə/8 axın, 1,6/3,4 QHs) prosessorları təklif ediləcək.
Xeberler.az ict.az-a istinadən məlumat verir ki, 13 düymlük displeyin təsvir ölçüsü 3200x1800 piksel təşkil edir.
Versiyadan asılı olaraq noutbuk 16 Gb-dək əməli yaddaş və 512 Gb-dək sərtgövdəli daşıyıcılarla təchiz edilə bilər. Həmçinin 40 Gbit/s-dək ötürmə sürətinə malik Thunderbolt 3 interfeysi və 2 ədəd USB 3.1 Gen 2 (10 Gbit/s-dək) portu mövcuddur.
İstehsalçı bu modeli dünyada ən yığcam 13 düymlük noutbuk adlandırıb. Yeni çiplərdən istifadə sayəsində qurğunun məhsuldarlığı əvvəlki nəsil Dell XPS 13ilə müqayisədə, 40 faiz artıb. Aparatın çəkisi təxminən 1,22 kq təşkil edir.
Noutbuk 22 saat avtonom işləyə bilər, video izlədikdə və ya veb-sörfinq zamanı isə avtonom iş vaxtı 8-13 saat təşkil edir.
Qeyd edək ki, standart konfiqurasiyalı noutbukun qiyməti 1400 dollardır.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri