LTE texnologiyasını dəstəkləyən ilk noutbuk satışa çıxarıldı

26-01-2011 / 20:50

Qiyməti 1080 dollardır

Skandinaviyanın “TeliaSonera” rabitə operatoru Cənubi Koreyanın “Samsung” şirkəti ilə birgə əvvəlcədən LTE-şəbəkələrinin dəstəklənməsi imkanı ilə təmin edilmiş ilk noutbukun buraxıldığını bəyan edib.

Xeberler.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, yeni portativ kompüter özündə “Samsung X430” modelinin modifikasiya edilmiş versiyasını əks etdirir.

14 düym diaqonallı displeylə təchiz olunmuş noutbukun orijinal versiyasının çəkisi 2 kq. təşkil edir. “Intel Core i3” prosessoru bazasında işləyən X430 LTE şəbəkələrindən başqa, 3G UMTS və ya GSM texnologiyalarını da dəstəkləmək imkanına malikdir. “TeliaSonera” yeni noutbuku müqaviləsiz 7100 isveç kronuna (1080 dollar) satır. Lakin operatorla ikiillik müqavilə imzaladıqda qurğunun qiyməti 733 dollaradək enir.

Xatırladaq ki, bu yaxınlarda keçirilmiş “CES 2011” sərgisində “Hewlett-Packard” korporasiyası da LTE texnologiyasını dəstəkləyən noutbuk təqdim edib. Lakin “Hewlett-Packard” yeni məhsulunun satışa çıxarılacağı tarix barədə məlumat verməyib.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə