ASUS X59SL - xüsusən tələbələr üçün!

07-10-2008 / 13:24
ASUS, ATİ qrafikası ilə 15,4 düymlük noutbuk təqdim edir. Noutbuk xoş görünüşə, tələbə üçün vacib olan yaxşı funksionallığa və səmərəliliyə malikdir. Korpus parlaq, keyfiyyət yüksəkdir. Ekranı gözəl rənglər, yüngül işıqlanma ilə təmin olunub. Hər istifadəçi işıqlanmanı öz istəyi ilə seçə bilər. Bunun üçün bir neçə rejim və xüsusi düymə ayrılıb.
ASUS mühəndisləri bilirlər ki, indi tələbələr kompüterdə çox işləyirlər. Ona görə də, daha rahat istifadə olunan noutbuk hazırlamağa cəhd göstəriblər. Matrisanın imkanları 1280x800 ölçülərdədir. Quruluşu noutbuku 180 dərəcə açmağa imkan verir ki, bu da rahat istifadəyə gətirib çıxarır.
ASUS X59SL, İntel Core 2 Duo T5450 (1,66 GHs), və ya T5750 (2,0 GHs) prosessoru ilə təchiz olunub. Sistem şininin tezliyi 667 MHs, L2 keş yaddaşının həcmi 2 Mbaytdır. Prosessorun gücü həm işləməyə, həm də oyunlara kifayət edir.
Noutbukda ATI Mobility Radeon HD 3470 videoadapteri quraşdırılıb. Videokart Crysis üçün nəzərdə tutulmayıb. Lakin köhnə illərin oyunlarını oynamaq mümkündür. Videoadapter 3DMark06-da 1900 punktda planka quraşdırıb. Əgər sizə güclü videokart lazımdırsa, onda bahalı noutbuk modellərinə diqqət yetirməyə dəyər. 
Klaviatura çox rahatdır, düymələr xoşagəlimli və qismən ağırdır. Görünüşü, bircə Fn düyməsi pozur. O, çox uğursuz yerdə, Ctrl düyməsinin yerində qoyulub. Orta yüklənmədə noutbukda səsin səviyyəsi nisbətən yuxarıdır. Lakin maksimal yüklənmədə səs həddən artıq çox olur.
Nəticədə pis noutbuk alınmayıb. Lakin  kompüter biraz səslidir. Bu isə bəziləri üçün o qədər də böyük mənfi cəhət sayılmır.

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə