ASUS-dan yeni noutbuk

03-11-2008 / 13:17
ASUS şirkətinin rəsmi veb-saytında məlumat yayılıb ki, yaxın gələcəkdə korporativ müştərilərə hesablanan güclü və cəlbedici noutbuk meydana çıxacaq.
ASUS inandırır ki, kompüterin gücü nəinki sənədlər və şəbəkədə serfinqlə iş üçün, həm də multimediya kontentindən istifadə etməklə təqdimatların keçirilməsinə kifayət edəcək. Bunun üçün Intel Centrino 2 platformasından istifadə edilib. Mərkəzi prosessor keyfiyyətində Intel GM45 Express sistemi ilə əlaqəli işləyən Intel Core 2 Duo (T9400/T5850/ P8600/P7350) təqdim olunur.
ASUS B80A 4 GB-a qədər DDR2 standartlı operativ yaddaş və 320 GB-a qədər 2.5” SATA sərt diskini dəstəkləyir. Baza konfiqurasiyasında DVD Super Multi ötürücüsü, LAN, WLAN və Bluetooth modulları, veb-kamera, daktiloskopik məlumat ötürücü və HDMI portu mövcuddur. Ölçüləri 34.1x24.5x 3.7 sm, çəkisi 2,5 kq-dır.

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə