“İnternet kəsintisi sırf texniki problemlə bağlı olub”

27-11-2015 / 15:40

"Noyabrın 6-da Azərbaycanda internet kəsintisi ilə bağlı lazımi addımlar atılıb və bu gün Azərbaycanda stabil internet yayımı mövcuddur. Bütün işləri görülüb ki, bir daha belə hadisə baş verməsin".

Xeberler.az  məlumat verir ki, bunu rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.

Elmir Vəlizadə bildirib ki, aparılmış və davam edən işlər nəticəsində Azərbaycanda internet şəbəkəsinin dayanıqlığı, keyfiyyətli xidmətlərin göstərilməsi daha yüksək səviyyəyə qalxacaq, bir daha belə hallar baş verməyəcək.

Nazir müavini noyabrın 6-da DeltaTelecom-da baş verən hadisənin araşdırılmasının başa çatdığını da açıqlayıb:

"Araşdırmalar göstərdi ki, internet kəsintisi sırf texniki problemlə bağlı olub, hansısa qəsd, yaxud təxribat hadisəsi aşkarlanmayıb. Bunu birmənalı demək olar".

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.