Previous Next
Bağla

Elmir Vəlizadə "Caspian Business Award 2020" mükafatına layiq görülüb

24-12-2020 13:51
Elmir Vəlizadə "Caspian Business Award 2020" mükafatına layiq görülüb

Xeberler.az bildirir ki, 5-ci Beynəlxalq “Caspian Business Award 2020” mükafatının təqdimetmə mərasimi keçirilib. COVID-19 pandemiyası ilə əlaqədar tədbir onlayn formatda təşkil olunub.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən məlumata görə, mərasimdə diplomatik missiyaların, dövlət qurumlarının, nazirliklərin nümayəndələri, “Caspian Energy Club”un üzv şirkətlərinin rəhbərləri iştirak ediblər.

Mükafat “COVID-19” pandemiyası dövründə Azərbaycan və Xəzər-Qara dəniz regionu ölkələrinin iqtisadiyyatının inkişafına xüsusi töhfə vermiş şirkətlərə və biznes-hökumət dialoqunun inkişafinda rolu olan şəxslərə təqdim olunub.

Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə “Caspian Energy Club” tərəfindən mükafatlandırılıb. Qurumun baş icraçı direktoru Telman Əliyev bildirib ki, kluba üzv olan 1500 şirkət rəhbəri arasında keçirilən sorğunun nəticəsinə görə, Elmir Vəlizadə biznes-hökumət dialoqunun inkişafina verdiyi xüsusi töhfəyə görə “Caspian Business Award 2020” mükafatına layiq görülüb.

Öz növbəsində, Elmir Vəlizadə mükafata layiq görüldüyü üçün “Caspian Energy Club”un rəhbərliyinə və üzvlərinə təşəkkür edib. O bildirib ki, koronavirus səbəbindən biznes-forumların fəaliyyətində müəyyən çətinliklər yaransa da, “Caspian Energy Club” dövlət – biznes əməkdaşlığını davam etdirib. Nazir müavini qeyd edib ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi dövlət qurumu kimi özəl sektora dəstək göstərir. Elmir Vəlizadə Qarabağın azad olunmasının ölkəmizdə yeni reallıqlar yaratdığını və şirkətlər üçün yeni imkanlar açdığını diqqətə çatdırıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

NRYTN Caspian Energy Forum Baku– 2018-ə rəsmi dəstək göstərir

08-08-2018

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliyinin iştirakı ilə biznes forum keçiriləcək

05-02-2019

Caspian European Club-un biznes forumunun vaxtı dəyişdirilib

13-02-2019

Caspian Energy Forum Baku 2019-un partnyoru AzerTelecom olacaq

05-08-2019

Dövlət Gömrük Komitəsi və Caspian Energy Club-un birgə təşkilatçılığı ilə forum keçirilib

08-12-2023

AzerTelecom Caspian Energy Forum Baku-2019-un tərəfdaşıdır

11-09-2019

Caspian European Club-ın üzvləri İnnovasiyalar Mərkəzində olub

20-11-2019

Caspian Business Award 2018-in təqdimat mərasimi keçirilib

21-12-2018

Telman Əliyev 25 il sonra Caspian Energy International Media Group-un sədri vəzifəsinə təyin edilib

13-06-2024

Elmir Vəlizadə nazirlikdə baş verənlərdən danışdı

01-12-2015

Elmir Vəlizadə vəzifəsindən azad edilib

15-06-2021

“Nar” “İlin mobil operatoru” adına layiq görülüb

18-12-2021

AzəriKard beynəlxalq mükafata layiq görülüb

25-12-2018

Azərbaycan “WSIS-2020” çərçivəsində keçirilmiş toplantıda təmsil olunub

09-09-2020

Milli Biznesin İnkişafı Forumunun xüsusi sessiyası keçirilib

11-07-2025

"Digital Bridge" üzərindən 500 milyondan çox tranzaksiya həyata keçirilib

04-12-2024

Nazirlik BTİ-nin sertifikatına və gümüş medala layiq görülüb

12-09-2019

“İnnovation Awards Gala” mükafatlandırma mərasimi keçirilib

24-10-2019

“İKT-dən istifadə zamanı etimad və təhlükəsizlik” adlı virtual sessiya keçirilib

24-07-2020

AzerTelecom İlin Telekommunikasiya şirkəti adına layiq görülüb

24-09-2019

İltimas Məmmədovun vəzifədən azad edilməsi təsdiqləndi

05-02-2018

Spartakiadanın qalibləri mükafatlandırılıb

18-03-2019

İcra hakimiyyəti orqanlarının “elektron hökumət” portalına qoşulmasına başlanılır

14-01-2015

“Brand Award Azerbaijan” davam edir

03-06-2009





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə