Elm və Təhsil Nazirliyinin dəstəyi, “AZCON Holding” şirkətlərindən olan “Aztelekom” MMC və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə “İnternetdən təhlükəsiz istifadə bacarıqları” layihəsinin icrasına başlanılıb.
Xeberler.az bildirir ki, layihənin məqsədi şagird və müəllimlər arasında internetdən düzgün istifadə vərdişlərinin formalaşdırılması, rəqəmsal savadlılığın artırılması və onlayn təhlükələrdən qorunma mədəniyyətinin inkişaf etdirilməsidir.
İlk təlim Lənkəran rayonu Şürük kənd tam orta məktəbində keçirilib. Sessiyalar interaktiv formada təşkil olunaraq şəxsi məlumatların qorunması, sosial şəbəkələrdə davranış qaydaları və məsuliyyətli internet istifadəsi mövzularını əhatə edib.
Layihə çərçivəsində növbəti təlimlərin digər bölgələrdə də keçirilməsi planlaşdırılır.

Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları