Previous Next
Bağla

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi informasiya sistemlərini tam şəkildə “Hökumət buludu”na köçürüb

16-04-2024 17:31
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi informasiya sistemlərini tam şəkildə “Hökumət buludu”na köçürüb

“Hökumət buludu”nun (G-cloud) yaradılması və bulud xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanının icrası davam etdirilir.

Dövlət qurumlarının informasiya sistemlərinin və ehtiyatlarının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC-yə məxsus Bakı və Yevlax Data mərkəzlərinə tam və ya qismən miqrasiyası həyata keçirilir.

Daha əvvəl informasiya sistemlərini “Hökumət buludu”na qismən köçürmüş İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) artıq miqrasiya prosesini tam olaraq yekunlaşdırıb. Mərkəz “Hökumət buludu”na miqrasiya çərçivəsində “AzInTelecom” MMC-nin təqdim etdiyi Virtual server – IaaS (İnfrastructure-as-a-Service) virtual server xidmətini əldə edib. İİTKM informasiya sistemlərini Bakı Data Mərkəzində yerləşdirməklə kritik sistemlərinin yüksək əlçatanlığını təmin edib.

Eyni zamanda İİTKM məlumatların təhlükəsiz saxlanması məqsədilə Rezervlənmə – BaaS (Backup-as-a-Service) bulud xidmətindən də yararlanıb. “AzInTelecom” bu xidmət daxilində təqdim edilən funksionallıqları daha çevik və sadə formada idarə etmələri üçün İİTKM mütəxəssislərini “Veeam” platforması ilə təmin edib.

Qeyd edək ki, dövlət qurumlarının “Hökumət buludu”na miqrasiyası ilə cari İT xərcləri azalır və informasiya sistemlərinin məhsuldarlığı artır. Beləliklə, informasiya sistemlərinin təhlükəsizliyinin daha da təkmilləşdirilməsinə, sabit və dayanıqlı İT infrastrukturuna, operativ koordinasiya ilə yüksəkkeyfiyyətli servis təminatı və 24/7 monitorinq xidmətinə nail olunur.

“AzInTelecom” MMC Azərbaycan və Cənubi Qafqaz regionunda “TIER III” beynəlxalq uyğunluq sertifikatına malik ilk qurumdur. Bundan əlavə, “ISO 20000”, “ISO 22301” və “ISO 27001” sertifikatlarının tələblərini ödəyən Bakı və Yevlaxda yerləşən iki Data Mərkəzinə malikdir.

 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Azərenerji” informasiya sistemlərini qismən “Hökumət buludu”na köçürüb

02-04-2024

MEDİA informasiya sistemlərini tam olaraq “Hökumət buludu”na köçürüb

29-02-2024

Dövlət Statistika Komitəsi bütün informasiya sistemlərini “Hökumət buludu”na köçürüb

10-03-2023

Azərbaycan Turizm Bürosu İT sistemlərini “Hökumət buludu”na köçürüb

18-10-2024

Milli Depozit Mərkəzi İT sistemlərini “Hökumət buludu”na köçürüb

05-11-2024

İTSDA informasiya sistemlərini "Hökumət buludu"na köçürüb

17-01-2023

Səhiyyə Nazirliyi İT sistemlərini qismən “Hökumət buludu”na köçürür

23-05-2023

Daha bir qurum informasiya sistemlərini qismən “Hökumət buludu”na köçürüb

17-08-2023

ANAMA informasiya sistemlərini qismən “Hökumət buludu”na köçürüb

26-07-2023

Agentlik informasiya sistemlərini “Hökumət buludu”na köçürüb

27-02-2024

Daha bir qurum İT sistemlərini qismən “Hökumət buludu”na köçürüb

29-05-2024

Daha bir qurum informasiya sistemlərini “Hökumət buludu”na köçürür

18-07-2023

“Azərbaycan Sənaye Korporasiyası” ASC İT sistemlərini qismən “Hökumət buludu”na köçürüb

09-08-2024

AHİK İT sistemlərini “Hökumət buludu”na köçürüb

17-06-2025

Mədəniyyət Nazirliyi informasiya sistemlərini tam olaraq “Hökumət buludu”na köçürüb

27-12-2023

FHN İT resurslarını qismən “Hökumət buludu”na köçürüb

21-12-2023

KOBİA İT sistemlərini “Hökumət buludu”na köçürüb

05-02-2025

Elm və Təhsil Nazirliyi İT resurslarını “Hökumət buludu”na köçürüb

07-11-2024

Əqli Mülkiyyət Agentliyi İT sistemlərini “Hökumət buludu”na köçürüb

19-05-2025

Daha bir qurum informasiya sistemlərini qismən “Hökumət buludu”na köçürüb

04-05-2023

“AzerGold” İT sistemlərini “Hökumət buludu”na köçürüb

30-05-2025

Hesablama Palatası İT sistemlərini qismən “Hökumət buludu”na köçürüb

25-02-2025

İnnovasiyalar Mərkəzi İT sistemlərini “Hökumət buludu”na köçürüb

19-06-2025

MİDA bütün informasiya sistemlərini “Hökumət buludu”na köçürüb

06-11-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə