Artıq işəgötürənlər müraciət edən namizədin Facebook profilini də araşdırır. Yaxşı və təsiredici bir profil fotosu namizədin işə götürülmə şansını daha çox artırır.
Xeberler.az xarici mətbuata istinadən bildirir ki, statistikaya əsasən, Facebook profili ciddi olanlar işəgötürənlər tərəfindən daha maraqla qarşılanıb.
Sosial İqtisadiyyat fakültəsi müəllimlərindən professor Stijn Baert və qrupu iş müraciətlərində Facebook-un təsirini araşdırıb.
Araşdırma çərçivəsində 7 ay ərzində 2 min 112 qondarma CV ilə iş müraciəti edilib. İlk sınaqda "özün haqqında informasiya" yer aldığı fayla şəkil qoyulmayıb. Ancaq müraciət sahibi olanlar adına bir Facebook profili açılıb. İş müraciəti nəticəsində nizamlı bir Facebook profilinə və yaxşı bir profil fotosuna sahib olan namizədlər digərlərinə nisbətən daha çox maraqla qarşılanıb.
Facebook fotosu daha cazibədar və ciddi olan namizədlər yüzdə 21 nisbətində daha müsbət reaksiya görüb.
Elm adamları ikinci mərhələdə Facebook profil şəkillərinin əlavə olunduğu CV-lər vasitəsilə iş üçün müraciət edib. Profil şəkli ciddi olaraq seçilmiş insanlar daha çox maraqla qarşılanıb.
Araşdırmaçılara görə, hazırda işəgötürənlər artıq yalnız tərcümeyi-halı deyil, Facebook profillərini də araşdırır.
Çünki insanlar işəgötürənlər tərəfindən nəzarət edildiyindən xəbərsiz şəkildə, təbii hallarının əks etdirildiyi şəkilləri Facebook səhifəsinə qoyurlar. Facebook şəkilləri onların şəxsiyyəti və həyata baxışı mövzusunda işə götürənlərə məlumat verir.
Ruhəngiz Muradova
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri