Facebook-a adınızı yazdırmağa tələsin!

11-06-2009 / 10:11

Facebook-un yeni xüsusiyyətinin köməyi ilə profilinizi istifadəçi adınızla əlaqələndirmək mümkün olacaq.

İnternetdə adınızı axtradığınızda, bəlkə də yüzlərlə sizin ada uyğun adlar tapılır. 200 milyon əhalisi olan Facebook-da isə eyni adlı insanlara rast gəlmək heç də çətin deyil. Artıq Facebook buna da bir çarə tapdı.

Yeni xüsusiyyət sayəsində profil səhifənizin ünvanı facebook.com/adınız.soyadınız şəklində asan yadda qalacaq. Profilini hər kəslə paylaşmaq istəməyənlər üçün bu əhəmiyyətli bir yenilik olmaya bilər, amma xüsusilə məşhurlar, ictimai şəbəkə saytlarında işlərini və ya adlarını tanıtmağı hədəfləyənlər üçün əhəmiyyətli bir xüsusiyyət olacaq.

Facebook, 13 İyun , Şənbə günü, Azərbaycan vaxtı ilə 09:01-dən başlayaraq bu xüsusiyyəti istifadəyə verəcək və profil ünvanında görünəcək adınızı seçmə şansınız olacaq.

Bir problem var ki, Facebook “tez gələn tez də aparar”məntiqi ilə işləyəcək. Buna görə də, adınızı adaşlarınıza qoymaq istəmirsinizsə saatlarınızı həmin vaxta nizamlayın.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə