Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, artıq tətbiq rəhbərləri Facebook-da istifadəçilərin daha az məlumatlarını əldə edə biləcək.
Belə ki, onlar istifadəçilər haqda daha çox məlumatı almaq üçün sosial şəbəkə rəhbərliyinin təsdiqini almalıdır.
Bundan sonra yeni bir tətbiq və ya veb xidmət üçün qeydiyyatdan keçərkən “Facebook-la qeydiyyatdan keç” düyməsinə basanda istifadəçinin yalnız adı, profil şəkli və e-poçt ünvanı şirkətlərə təqdim ediləcək.
Tətbiqdə istifadəçi haqda daha çox məlumat lazım olanda Facebook-dan icazə alınacaq.
Həmçinin, Facebook 3 ay istifadə olunmayan tətbiqlərin istifadəçi məlumatlarını əldə etməsini əngəlləyəcək.
Qeyd edək ki, bu dəyişikliklər skandaldan sonra səssiz qalmaqda ittiham olunan Mark Zuckerberg tərəfindən Facebook-da paylaşılıb.
Bəyanatda Facebook-un gələcəkdə platdormada məlumatların istifadəsi ilə bağlı yeni təlimatların da olacağı vurğulanıb.
Məlumata görə, şirkət ötən aylarda istifadəçi məlumatlarına çata bilən bütün tətbiqləri tək-tək araşdıracaq. Və bu məlumatların mənfi məqsədlər üçün istifadə edildiyini aşkar etdiyi zaman istifadəçiləri dərhal məlumatlandıracaq.
Facebook məlumat təhlükəsizliyi üçün yeni tədbirlər və prosedurlara yaxın həftələrdə başlayacağını elan edib.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri