Previous Next
Bağla

İşgüzar qadınlar növbəti dəfə “SHE Congress”də bir araya gəldi

26-05-2025 17:56
İşgüzar qadınlar növbəti dəfə “SHE Congress”də bir araya gəldi

Ölkənin lider mobil operatoru “Azercell Telekom” MMC-nin rəqəmsal transformasiya tərəfdaşlığı ilə növbəti “She Congress” baş tutdu. 500-dən çox qadının iştirak etdiyi tədbir maraqlı çıxışlar, panel müzakirələri və interaktiv sessiyalarla yadda qaldı.

“Bu Gündən Kənar – Gələcəyə Qalanı Yaratmaq” (“Beyond Now – Creating What Lives On”) şüarı altında keçirilən konqresdə Azercell şirkətini Hüquq və Data Strategiyası üzrə Baş direktor Şirin Əliyeva və Korporativ və Marketinq Kommunikasiyaları Departamentinin direktoru Sona Abbasova təmsil etdilər.

Çıxışı zamanı Şirin Əliyeva Azercell-in telekommunikasiya sektorundakı lider mövqeyindən danışdı: “Azercell olaraq biz telekommunikasiya xidmətləri təqdim etməklə yanaşı sosial rifahın gücləndirilməsi və insan potensialının inkişafına töhfə veririk. Texnologiyanın, xüsusilə də süni intellektin bu qədər sürətlə həyatımıza nüfuz etdiyi bir dövrdə inanırıq ki, heç bir texnoloji yenilik insan duyğularını, empatiya və yaradıcılığını əvəz edə bilməz. Məhz buna görə həyata keçirdiyimiz hər bir təşəbbüs insan mərkəzli yanaşmaya əsaslanmalı və rifahın yüksəldilməsinə xidmət etməlidir.”

Konqres çərçivəsində təşkil olunan “İlk Açıq Qapı – Tağıyevin İrsi” adlı panel müzakirəsi Azərbaycan qadınının təhsil tarixinə həsr olundu. Panelin moderatoru Sona Abbasova bildirdi ki, Tağıyev “yumşaq güc”ün canlı təcəssümü idi. Cəmiyyətin mövcud stereotiplərinə və müqavimətinə baxmayaraq, o, 100 il əvvəl qadınların təhsil almasının vacibliyini anlayır və bu istiqamətdə cəsarətli addımlar atırdı. Bakı Media Mərkəzinin icraçı direktoru Orman Əliyev çıxışında xeyriyyəçi Zeynalabdin Tağıyevin həyat və fəaliyyətindən bəhs edən bədii filmə toxundu. O, əsərin yalnız bir tarixi şəxsiyyətin ömür yolunu deyil, həm də xeyriyyəçinin qadınların təhsil alması uğrunda apardığı mübarizə və qarşılaşdığı çətinlikləri əks etdirdiyini vurğuladı. Tağıyevin “Bir qadına təhsil verərsənsə, bir millətə təhsil vermiş olarsan” fikri bu gün də öz aktuallığını qoruyur.

“Tağıyev” filminin ssenari müəllifi İsmayıl İmanov isə çıxışında bildirdi ki, aradan 100 il keçməsinə rəğmən qızların təhsil almasına münasibətdə bəzi stereotiplər hələ də qalmaqdadır.

Cəfər Cabbarlının “Almaz” əsərinin motivləri əsasında çəkilmiş “Vətəndaş A” serialında baş rolu canlandıran aktrisa Günəş Təkin də bu fikri bölüşərək qeyd etdi ki, əsərdə əks olunan bir sıra problemlərin bu gün də aktual olmasının əsas səbəbi valideynlərin düşüncə tərzində mövcud olan stereotiplərdir.

Çıxışında müasir dövrdə qadınların təhsili mövzusuna toxunan ADA Universitetinin prorektoru Vəfa Kazdal gənc qızlar üçün seçim azadlığı və özünəinam hissinin formalaşmasına şərait yaradılmasının vacibliyini vurğuladı. O bildirdi ki, bu imkanların genişləndirilməsi təkcə fərdi deyil, cəmiyyətin ümumi inkişafı baxımından da böyük əhəmiyyət daşıyır.

Panelin növbəti iştirakçısı - “Huma Quşu” Təhsilə Yardım Fondunun İdarə Heyətinin üzvü Səidə Abdullayeva fondun yaranma tarixi, fəaliyyəti və Azercell ilə tərəfdaşlığı barədə məlumat verdi. O bildirdi ki, fondun dəstəyi ilə artıq bir çox gənc qız xaricdə təhsil imkanı qazanıb və bu təşəbbüslər qadınların innovasiya və texnologiya sahələrində irəliləməsinə töhfə verir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Azercell-in dəstəyilə Bakıda 5-ci “SHE Congress”i keçirildi-Foto

Azercell-in dəstəyilə Bakıda 5-ci “SHE Congress”i keçirildi-Foto

18-05-2023
Azercell “SHE Congress”in rəqəmsal transformasiya tərəfdaşıdır

Azercell “SHE Congress”in rəqəmsal transformasiya tərəfdaşıdır

01-05-2025
Azercell İT ixtisası üzrə ən yüksək bal toplamış tələbə qızları təbrik etdi

Azercell İT ixtisası üzrə ən yüksək bal toplamış tələbə qızları təbrik etdi

23-09-2024
Azercell qadınların təhsil imkanlarını genişləndirən layihəyə dəstək olub

Azercell qadınların təhsil imkanlarını genişləndirən layihəyə dəstək olub

17-02-2025
Azercell ölkənin qadın liderlərini bir araya gətirir

Azercell ölkənin qadın liderlərini bir araya gətirir

12-05-2023
Azercell-in növbəti ESG tədbiri baş tutdu

Azercell-in növbəti ESG tədbiri baş tutdu

11-06-2024
Azercell-in dəstəyi ilə keçirilən 15-ci Davamlı İnnovasiya Forumu başa çatıb

Azercell-in dəstəyi ilə keçirilən 15-ci Davamlı İnnovasiya Forumu başa çatıb

23-11-2024
Azercell İT-də ən yüksək nəticə göstərmiş tələbə qızları təbrik edib

Azercell İT-də ən yüksək nəticə göstərmiş tələbə qızları təbrik edib

29-09-2025
Azercell qadınların yaradıcı inkişafına dəstək göstərir

Azercell qadınların yaradıcı inkişafına dəstək göstərir

13-03-2026
“Qızlara ağ yaraşır” layihəsinin iştirakçıları Azercell-in qonağı oldular

“Qızlara ağ yaraşır” layihəsinin iştirakçıları Azercell-in qonağı oldular

11-03-2026
"Azercell"in tərəfdaşlığı ilə “Baku Flames” festivalı keçirilib

"Azercell"in tərəfdaşlığı ilə “Baku Flames” festivalı keçirilib

08-05-2025
Azercell-in tərəfdaşlığı ilə “Mələk İnvestorlar Məktəbi” layihəsi baş tutdu

Azercell-in tərəfdaşlığı ilə “Mələk İnvestorlar Məktəbi” layihəsi baş tutdu

14-11-2025
Azercell jurnalistlər üçün “Media Texnologiyaları: yeniliklər və trendlər” adlı təlim təşkil edib

Azercell jurnalistlər üçün “Media Texnologiyaları: yeniliklər və trendlər” adlı təlim təşkil edib

07-12-2024
“Qızların STEM-də yüksəlişi” proqramının qalibləri açıqlanıb

“Qızların STEM-də yüksəlişi” proqramının qalibləri açıqlanıb

20-05-2025
Azercell “GSMA M360 2024” konfransı çərçivəsində ilk ESG hesabatını təqdim etdi

Azercell “GSMA M360 2024” konfransı çərçivəsində ilk ESG hesabatını təqdim etdi

16-05-2024
“Qadın Dəstək Xətti”nin ispan dilli təlimatının təqdimatı keçirilib

“Qadın Dəstək Xətti”nin ispan dilli təlimatının təqdimatı keçirilib

27-11-2025
Azercell məhkum qadınlar üçün "Kitab Klubu" təşkil edib

Azercell məhkum qadınlar üçün "Kitab Klubu" təşkil edib

13-03-2025
Azercell-in dəstəyi ilə keçirilən ICPC Dünya Finalı başa çatıb

Azercell-in dəstəyi ilə keçirilən ICPC Dünya Finalı başa çatıb

10-09-2025
Azercell “Baku Flames” festivalının rəsmi tərəfdaşıdır

Azercell “Baku Flames” festivalının rəsmi tərəfdaşıdır

28-04-2025
Azercell “Dayanıqlıllığın təmin edilməsində təşkilatların rolu” adlı panel müzakirəsi keçirib

Azercell “Dayanıqlıllığın təmin edilməsində təşkilatların rolu” adlı panel müzakirəsi keçirib

25-11-2024
“Azercell”in sponsorluğu ilə  beynəlxalq “womENcourage” konfransı keçirilir

“Azercell”in sponsorluğu ilə beynəlxalq “womENcourage” konfransı keçirilir

25-09-2020
“Qadınlar üçün karyera inkişafı və rəqəmsal bacarıqlar” adlı panel müzakirə keçirilib

“Qadınlar üçün karyera inkişafı və rəqəmsal bacarıqlar” adlı panel müzakirə keçirilib

06-03-2025
Azercell-in dəstəyi ilə Beyləqanda STEM dərslərinə start verilir

Azercell-in dəstəyi ilə Beyləqanda STEM dərslərinə start verilir

05-03-2026
Azercell Beynəlxalq İnformatika Olimpiadası üzrə milli komanda ilə görüş keçirib

Azercell Beynəlxalq İnformatika Olimpiadası üzrə milli komanda ilə görüş keçirib

02-02-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə