Previous Next
Bağla

Azercell-in dəstəyi ilə keçirilən 15-ci Davamlı İnnovasiya Forumu başa çatıb

23-11-2024 11:52
Azercell-in dəstəyi ilə keçirilən 15-ci Davamlı İnnovasiya Forumu başa çatıb

Ölkənin lider mobil operatoru davamlılıq və innovasiya mövzusuna həsr olunmuş mühüm sessiyada iştirak edib

13-14 noyabr tarixlərində Bakıda "Azercell Telekom" MMC-nin dəstəyi ilə keçirilən 15-ci Davamlı İnnovasiya Forumu uğurla yekunlaşdı. İqlim dəyişikliklərinə həsr olunmuş qlobal tədbirlərin önəmli bir hissəsi olan bu forum biznes, maliyyə, dövlət qurumları və qeyri-hökumət təşkilatlarından 1000-ə yaxın sahə liderini bir araya gətirməyə müvəffəq olub.

Forum iqlim problemlərinin həlli, davamlı inkişaf təşəbbüsləri və innovativ həllərin müzakirəsi üçün effektiv platforma rolunu oynayıb.

Forumun əsas sessiyalarının birində Azercell-in Hüquq və Data Strategiyası üzrə baş direktoru Şirin Əliyeva iştirak etdi. Davamlı İnnovasiya Forumunun sədri Nik Qovinqin moderatorluğu ilə keçirilən sessiyada Ş. Əliyeva Azercell-in ESG strategiyası haqqında danışaraq şirkətin davamlı inkişaf sahəsindəki məqsəd və nailiyyətlərini vurğuladı. Şirin Əliyeva Azercell-in bərpa olunan enerji mənbələrindən istifadəyə və enerji səmərəliliyinin artırılmasına yönəlmiş layihələri barədə məlumat verib.

Ş. Əliyeva Azercell-in 2017-ci ildən iqlim dəyişikliyinə dair tədbirlər gördüyünü və ölkə ərazində yaşıl texnologiyaların tətbiqinə başladığını bildirdi. Təkcə Qarabağda lider mobil operatorun 35 yaşıl baza stansiyasının fəaliyyət göstərdiyi və onların enerji tələbatının 60%-i bərpa olunan enerji hesabına qarşılandığı qeyd edildi. Eyni zamanda, Şirin xanım baza stansiyalarının enerji istehlakını optimallaşdıran proqram təminatı vasitəsilə resurslardan səmərəli istifadənin təmin edildiyini də vurğulayıb.

Şirkətin qlobal iqlim təşəbbüslərində, o cümlədən BMT-nin Qlobal Sazişi və GSMA-nın İqlim Fəaliyyəti üzrə İşçi Qrupunda fəal iştirakı da qeyd olundu. Bildirildi ki, bununla Azercell digər bazar iştirakçılarını da ətraf mühitə dair öhdəliklərini artırmağa təşviq edir.

Azercell-in sosial məsuliyyət təşəbbüslərinə də xüsusi diqqət yetirildi. Şirkətin yaşıl ofis siyasəti və tullantıların idarə edilməsi təşəbbüsləri vurğulandı, 2022-2023-cü illər arasında şirkətin su istehlakını 27% azaltmağa nail olduğu bildirildi. Bundan əlavə, Azercell-in qadın və uşaqların müdafiəsi, onların cəmiyyətə inteqrasiyasını dəstəkləməyə yönəlmiş təşəbbüsləri gündəmə gətirildi. Bu çərçivədə “Qadın Qaynar Xətti” və “Uşaq Qaynar Xətti” kimi sosial əhəmiyyətli proqramlar və Cüdo Federasiyası ilə tərəfdaşlıq layihələri haqqında məlumat verilib.

Forumda dinamik panel müzakirələri, interaktiv dialoqlar, əsas çıxışlar, eləcə də qlobal iqlim və sənaye liderləri ilə canlı mübadilələr yer aldı. Tədbir iştirakçıları təbiətə müsbət təsir edən, karbonsuz iqtisadiyyata keçidi sürətləndirəcək strategiyaları paylaşdılar.

Azercell-in forumda fəal iştirakı şirkətin innovasiya və texnologiyalar vasitəsilə qlobal iqlim fəaliyyətinə təkan verməyə sadiq olduğunu bir daha nümayiş etdirib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Azercell “Dayanıqlıllığın təmin edilməsində təşkilatların rolu” adlı panel müzakirəsi keçirib

Azercell “Dayanıqlıllığın təmin edilməsində təşkilatların rolu” adlı panel müzakirəsi keçirib

25-11-2024
Azercell COP29-un telekommunikasiya tərəfdaşıdır

Azercell COP29-un telekommunikasiya tərəfdaşıdır

04-11-2024
Azercell-in növbəti ESG tədbiri baş tutdu

Azercell-in növbəti ESG tədbiri baş tutdu

11-06-2024
Azercell yaşıl baza stansiyalarının sayını artırır

Azercell yaşıl baza stansiyalarının sayını artırır

14-10-2024
Azərbaycanın aparıcı mobil operatoru İqlim Fəaliyyətinə qoşulub

Azərbaycanın aparıcı mobil operatoru İqlim Fəaliyyətinə qoşulub

13-12-2023
Azercell-in dəstəyilə Bakıda 5-ci “SHE Congress”i keçirildi-Foto

Azercell-in dəstəyilə Bakıda 5-ci “SHE Congress”i keçirildi-Foto

18-05-2023
Azercell “GSMA M360 2024” konfransı çərçivəsində ilk ESG hesabatını təqdim etdi

Azercell “GSMA M360 2024” konfransı çərçivəsində ilk ESG hesabatını təqdim etdi

16-05-2024
İİTKM-də Qlobal Beyin Mərkəzləri Forumu keçirilib

İİTKM-də Qlobal Beyin Mərkəzləri Forumu keçirilib

16-11-2024
“Azercell”  COP29-un telekommunikasiya tərəfdaşıdır

“Azercell” COP29-un telekommunikasiya tərəfdaşıdır

01-11-2024
Azercell ilk Dayanıqlılıq (ESG) hesabatını açıqlayır

Azercell ilk Dayanıqlılıq (ESG) hesabatını açıqlayır

08-05-2024
Azercell enerji səmərəliliyi və ətraf mühit təşəbbüslərini genişləndirir

Azercell enerji səmərəliliyi və ətraf mühit təşəbbüslərini genişləndirir

21-08-2025
COP29 çərçivəsində Davamlı İnnovasiya Forumu keçiriləcək

COP29 çərçivəsində Davamlı İnnovasiya Forumu keçiriləcək

03-11-2024
Azercell BMT-nin Qlobal Sazişinə qoşulub

Azercell BMT-nin Qlobal Sazişinə qoşulub

01-12-2023
Bakıda keçiriləcək Qlobal Beyin Mərkəzləri Forumuna hazırlıq  Nyu-Yorkda müzakirə edilib

Bakıda keçiriləcək Qlobal Beyin Mərkəzləri Forumuna hazırlıq Nyu-Yorkda müzakirə edilib

24-09-2024
Azercell ölkənin qadın liderlərini bir araya gətirir

Azercell ölkənin qadın liderlərini bir araya gətirir

12-05-2023
Azercell “SHE Congress”in rəqəmsal transformasiya tərəfdaşıdır

Azercell “SHE Congress”in rəqəmsal transformasiya tərəfdaşıdır

01-05-2025
Azercell və GSMA strateji tərəfdaşlıqlarının prioritet istiqamətləri haqqında danışdılar

Azercell və GSMA strateji tərəfdaşlıqlarının prioritet istiqamətləri haqqında danışdılar

23-05-2024
Yaşıl Rəqəmsal Fəaliyyət üzrə dəyirmi masada nələr müzakirə olunacaq?

Yaşıl Rəqəmsal Fəaliyyət üzrə dəyirmi masada nələr müzakirə olunacaq?

10-11-2024
"COP29-un dayanıqlı gələcək naminə tərəfdaşlıqları” adlı tədbir keçirilib

"COP29-un dayanıqlı gələcək naminə tərəfdaşlıqları” adlı tədbir keçirilib

11-11-2024
Azercell-in günəş enerjisi ilə çalışan baza stansiyaları Qarabağda!

Azercell-in günəş enerjisi ilə çalışan baza stansiyaları Qarabağda!

14-10-2022
“Qadın Dəstək Xətti”nin ispan dilli təlimatının təqdimatı keçirilib

“Qadın Dəstək Xətti”nin ispan dilli təlimatının təqdimatı keçirilib

27-11-2025
Azercell "Ən Yaxşı Mükafatlandırma və Tanıma Strategiyası" mükafatına layiq görülüb

Azercell "Ən Yaxşı Mükafatlandırma və Tanıma Strategiyası" mükafatına layiq görülüb

02-11-2024
“Gənclərin rəqəmsal iqlim inqilabında iştirakının dəstəklənməsi” adlı tədbir keçirilib

“Gənclərin rəqəmsal iqlim inqilabında iştirakının dəstəklənməsi” adlı tədbir keçirilib

16-11-2024
 “Qadın Qaynar Xətti”nin rəsmi təqdimatı baş tutdu

“Qadın Qaynar Xətti”nin rəsmi təqdimatı baş tutdu

09-12-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə